İnsan resursları üzrə mütəxəssis

Grand Motors Company

Yerləşmə
Azərbaycan
Təcrübə
1–3 il
Məşğulluq
Tam ştat
Əməkhaqqı
Göstərilməyib
Yerləşdirilib
15 iyul 2026
Dillər
Azerbaijani
Son tarix
15 avqust 2026

Vakansiya haqqında

Namizədə olan tələblər:

  • Ali təhsil;
  • İR əməliyyatları sahəsi üzrə 1-3 il iş təcrübəsi;
  • Əmək Qanunvericiliyi üzrə nəzəri biliklər (işə qəbul və xitam, iş vaxtının tənzimlənməsi, ezamiyyə, məzuniyyət);
  • Müvafiq e-platformalarında əməliyyatların aparılması bacarığı;
  • MS Office proqramlarından istifadə bacarığı.

Vəzifə öhdəlikləri:

  • Müqavilələr, hesabatlar, əmrlər və İR ilə bağlı digər sənədlərin hazırlanması, emal edilməsi və arxivləşdirilməsi;
  • İR ilə bağlı məlumatların elektron hökumət portalına və müvafiq proqram təminatına daxil edilməsi;
  • İstifadə olunmuş saatlıq icazələrin matrisasının hazırlanması;
  • Yeni işçilərin qeydiyyat prosesinin icra edilməsi (İmtiyaz və təminatların verilməsi üçün müraciətin olunması, şirkətin daxili qaydaları ilə bağlı təlimatların verilməsi, onboardinglərin aparılması);
  • İşdən çıxan işçilər ilə bağlı əməliyyatların aparılması (işçinin ərizəsinin alınması, əmrin yazılması, haqq-hesab blankının doldurulması, sistemdə və dövlət portalında müvafiq qeydlərin aparılması);
  • Digər strukturlardan və əmək müfəttişliyindəndən daxil olan İR-ı ilə bağlı sorğularının cavablandırılması;
  • Əməkdaşların günlük davamiyyətlərinin izlənilməsi və qeydiyyatının aparılması;
  • Hesabatların rəhbərliyə təqdim olunması;
  • Rəhbərliyin verdiyi digər işlərin yerinə yetirilməsi;
  • Əməkdaşlar arasında baş vermiş konfliktlərin vəzifə səlahiyyətləri çərçivəsində həll edilməsi;
  • Məzuniyyət qrafiklərinin hazırlanması və icrasına nəzarət;
  • Müvafiq proqram teminatinda əmək haqqıların, son haqq hesabların , məzuniyyət haqlarının hesablanması və ödənişə göndərilməsi;
  • Ştat cədvəli və struktur dəyişiklikləri ilə bağlı sənədləşmənin aparılmasının təmin edilməsi.

İş şərtlərimiz:

  • İş qrafiki: Tam iş günü (5 gün);
  • İş saatları: 08:30-17:30;
  • İş yeri: Binəqədi ray., Mədən küçəsi 4 (Baş Dövlət Yol polisinin yaxınlığı, Neptun Marketlə üzbəüz);
  • Servis xidməti (20 mst, Gənclik mst və Sumqayıt ş.);
  • Karyera inkişafı imkanları və mehriban kollektiv.

Şirkət haqqında

Bacarıqlara görə oxşar

Bütün oxşar vakansiyalar

Bu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.

Bütün oxşar vakansiyalar
Göstərilməyib
İnsan resursları üzrə mütəxəssis
Müraciət et