İnsan resursları üzrə mütəxəssis

Baku Medical Plaza

Yerləşmə
Bakı
Təcrübə
1–3 il
Məşğulluq
Tam ştat
Əməkhaqqı
900–900 ₼
Yerləşdirilib
17 iyun 2026
Dillər
Azerbaijani

Vakansiya haqqında

Müqavilələrin, əmrlərin, hesabatların və İR ilə bağlı digər sənədlərin hazırlanması, emalı və arxivləşdirilməsi;İR məlumatlarının elektron hökumət portalına və müvafiq proqram təminatlarına daxil edilməsi;Saatlıq icazələrin uçotunun aparılması və matrisasının hazırlanması;Yeni işçilərin qeydiyyat prosesinin təşkili, onboarding prosesinin həyata keçirilməsi;İşdən çıxan əməkdaşlarla bağlı əməliyyatların icrası;Dövlət qurumlarından və digər strukturlardan daxil olan sorğuların cavablandırılması;Əməkdaşların davamiyyətinin izlənilməsi və qeydiyyatının aparılması;Müvafiq hesabatların hazırlanaraq rəhbərliyə təqdim edilməsi;Məzuniyyət qrafiklərinin hazırlanması və icrasına nəzarət;Əmək haqlarının, son haqq-hesabların və məzuniyyət haqlarının hesablanaraq ödənişə göndərilməsi;Ştat cədvəli və struktur dəyişiklikləri ilə bağlı sənədləşmənin aparılması;Əməkdaşlar arasında yaranan münaqişələrin vəzifə səlahiyyətləri çərçivəsində həllinə dəstək göstərilməsi;Rəhbərlik tərəfindən verilən digər tapşırıqların yerinə yetirilməsi.İş şərtləriİş qrafiki: 6 günlük iş həftəsi;İş saatları:Bazar ertəsi – Cümə: 08:00 – 17:00Şənbə: 08:00 – 12:00Əmək haqqı: 900 AZN;Karyera inkişafı imkanları;Peşəkar və mehriban iş mühiti Xüsusi tələblər Ali təhsil;İnsan Resursları əməliyyatları sahəsində 1–3 il iş təcrübəsi;Əmək qanunvericiliyi üzrə nəzəri biliklər (işə qəbul və xitam, iş vaxtının tənzimlənməsi, ezamiyyə, məzuniyyət və s.);Müvafiq e-platformalarda əməliyyatların aparılması bacarığı;MS Office proqramlarından sərbəst istifadə bacarığı;Məsuliyyətlilik, diqqətlilik və komanda ilə işləmək bacarığı.

Bacarıqlara görə oxşar

Bütün oxşar vakansiyalar

Bu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.

Bütün oxşar vakansiyalar
900–900 ₼
İnsan resursları üzrə mütəxəssis
Müraciət et