İnsan resursları üzrə mütəxəssis

Beynəlxalq Maliyyə və Mühasibat Mərkəzi

Yerləşmə
Bakı
Təcrübə
2+ il
Məşğulluq
Tam ştat
Əməkhaqqı
Göstərilməyib
Yerləşdirilib
17 iyun 2026
Dillər
Azerbaijani, Russian, English

Vakansiya haqqında

İşə qəbul prosesi: Vakansiyaların elan edilməsi, namizədlərin axtarışı (sourcing) və müsahibələrin təşkili;Kadr kargüzarlığı: Azərbaycan Respublikasının Əmək Qanunvericiliyinə uyğun olaraq işçilərin işə qəbulu, işdən azad edilməsi, məzuniyyət, ezamiyyət və digər əmrlərin hazırlanması, ƏMAS (e-sosial.gov.az) portalına daxil edilməsi;Adaptasiya (Onboarding): Yeni işə başlayan əməkdaşların şirkətə və komandaya uyğunlaşması prosesinin idarə edilməsi;Şəxsi işlər: İşçilərin şəxsi işlərinin formalaşdırılması, əmək kitabçalarının yazılması və qeydiyyatı;Davamiyyət və hesabatlılıq: İş vaxtının uçotu tabelinin tərtib edilməsi və aylıq İR hesabatlarının hazırlanması;Korporativ mədəniyyət: Şirkətdaxili tədbirlərin təşkilində və daxili kommunikasiyanın gücləndirilməsində aktiv iştirak. Xüsusi tələblər Təhsil: Ali təhsil (İnsan resurslarının idarə edilməsi, Biznesin idarə edilməsi sahələri arzuolunandır); Təcrübə: İR sahəsində minimum 2 il iş təcrübəsi (Kadr kargüzarlığı və İşə qəbul təcrübəsi mütləqdir); Qanunvericilik bilikləri: AR Əmək Məcəlləsini bilmək; Sistem bilikləri: MS Office (xüsusilə Excel) proqramları və ƏMAS portalı ilə sərbəst işləmək bacarığı; Dil bilikləri: Azərbaycan dili (mükəmməl), Rus və ya İngilis dili bilikləri üstünlükdür; Şəxsi keyfiyyətlər: Yüksək ünsiyyət və təqdimat bacarığı, konfidensiallığı qoruma qabiliyyəti, komandada işləmək istedadı və problem həlletmə bacarığı. Müraciət etmək üçün: [email protected]

Bacarıqlara görə oxşar

Bütün oxşar vakansiyalar

Bu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.

Bütün oxşar vakansiyalar
Göstərilməyib
İnsan resursları üzrə mütəxəssis
Müraciət et