Təlim və inkişaf üzrə aparıcı mütəxəssis

OBA Marketlər şəbəkəsi

Yerləşmə
Azərbaycan
Təcrübə
2–3 il
Məşğulluq
Tam ştat
Əməkhaqqı
Göstərilməyib
Yerləşdirilib
20 iyul 2026
Son tarix
20 avqust 2026

Vakansiya haqqında

Təsvir

  • Təlim ehtiyaclarının müəyyən edilməsi üçün struktur bölmələrlə əməkdaşlıq etmək.
  • Daxili və xarici təlim proqramlarını planlaşdırmaq, təşkil etmək və koordinasiya etmək.
  • Təlim materialları, təqdimatları hazırlamaq.
  • Təlim büdcəsinin hazırlanmasında iştirak etmək və icrasına nəzarət etmək.
  • Təlim provayderlərinin seçilməsi və qiymətləndirilməsində iştirak etmək.
  • Təlimlərin effektivliyini ölçmək, nəticələri təhlil etmək və rəhbərliyə hesabatlar təqdim etmək.
  • Yeni işçilərin adaptasiya (Onboarding) proqramlarının hazırlanması və koordinasiyasını həyata keçirmək.
  • Liderlik, istedadların idarə olunması və varislik (Succession Planning) proqramlarının hazırlanmasında iştirak etmək.
  • Şirkətin korporativ öyrənmə mədəniyyətinin inkişafına töhfə vermək.

İş qrafiki: 5 gün, 09:00-18:00

Tələblər

  • Ali təhsil (İnsan Resurslarının İdarə Edilməsi, Biznesin İdarə Edilməsi, Menecment, Psixologiya, Pedaqogika və ya digər uyğun ixtisaslar üzrə).
  • Təlim və inkişaf sahəsində minimum 2- 3il iş təcrübəsi.
  • Texniki biliklər: MS Office ( Yüksək səviyyədə Excel biliyi)
  • Təlim proqramlarının hazırlanması, təşkili və qiymətləndirilməsi sahəsində praktiki təcrübə.
  • Rəqəmsal təlim platformaları və e-learning həlləri ilə iş təcrübəsi.
  • Layihələrin idarə edilməsi və müxtəlif funksional komandalarla işləmək təcrübəsi
  • Analitik düşünmə və məlumatların təhlili bacarığı.
  • Planlaşdırma və təşkilatçılıq bacarığı.
  • Təşəbbüskarlıq və nəticəyönümlülük.

Vakansiya növü - Tam ştat

Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.

Şirkət haqqında

OBA Marketlər şəbəkəsi
Retail · Baku

OBA Market is a discount grocery retail chain in Azerbaijan, part of the Veyseloglu Group, operating over 1,200 neighborhood stores.

OBA Marketlər şəbəkəsi — bütün vakansiyalar

Bacarıqlara görə oxşar

Bütün oxşar vakansiyalar

Bu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.

Bütün oxşar vakansiyalar
Göstərilməyib
Təlim və inkişaf üzrə aparıcı mütəxəssis
Müraciət et