Təlim və inkişaf üzrə ekspert

Azersun Holding

Yerləşmə
Azərbaycan
Təcrübə
2–3 il
Məşğulluq
Tam ştat
Əməkhaqqı
Göstərilməyib
Yerləşdirilib
20 iyul 2026
Son tarix
20 avqust 2026

Vakansiya haqqında

Azersun Holding də istehsalat sahələrində çalışan operator, mexanik, elektrik və digər texniki heyətin peşəkar bilik və bacarıqlarının inkişaf etdirilməsi, istehsalat səmərəliliyinin artırılması və SƏTƏM qaydalarına uyğunluğun təmin olunması məqsədilə "Təlim və inkişaf üzrə ekspert" vakansiyası çərçivəsində namizəd axtarışındayıq.

Tələblər:

  • Ali təhsil: mühəndislik, mexanika, sənayenin təşkili və idarə olunması, insan resursları və ya əlaqəli sahələr üzrə;
  • İstehsalat, ağır sənaye, fabrik və ya texniki sahələrdə təlimlərin təşkili üzrə minimum 2-3 il iş təcrübəsi;
  • Texniki heyət, operatorlar və istehsalat işçiləri ilə işləmə təcrübəsi;
  • Bacarıq matrisi, təlim ehtiyaclarının təhlili və təlim planlaşdırılması üzrə biliklər;
  • Lean Production, 5S, OEE və istehsalat səmərəliliyi anlayışları barədə ümumi bilik;
  • SƏTƏM qaydaları və texniki təhlükəsizlik tələbləri üzrə anlayış;
  • Təqdimat, fasilitasiya və kommunikasiya bacarıqları;
  • MS Office proqramları ilə işləmək bacarığı;
  • HRM/LMS sistemləri ilə iş təcrübəsi üstünlükdür.

Üstünlük veriləcək:

  • Texniki təlim materiallarının hazırlanması təcrübəsi;
  • Daxili təlimçi və ya mentorluq sisteminin qurulmasında iştirak;
  • Sertifikatlaşdırma prosesləri ilə iş təcrübəsi;
  • İstehsalat göstəriciləri və təlim nəticələri arasında əlaqəni analiz etmək bacarığı;
  • Müxtəlif səviyyəli texniki heyətlə effektiv ünsiyyət qurmaq bacarığı.

​​​​​​​​​​​​​​Əsas vəzifələr:

  • İstehsalat sahələrində iş proseslərini, avadanlıqların istifadə qaydalarını və əməkdaşların mövcud bacarıq səviyyəsini analiz etmək;
  • Operator, mexanik, elektrik və digər texniki heyət üzrə təlim ehtiyaclarını müəyyən etmək;
  • Avadanlıqların istismar təlimatları, texnoloji xəritələr və SOP-lar əsasında bacarıq matrislərini hazırlamaq və mütəmadi yeniləmək;
  • Ustalar, sex rəisləri və istehsalat rəhbərləri ilə birlikdə bilik və bacarıq boşluqlarını müəyyənləşdirmək;
  • İllik və aylıq texniki təlim planlarını hazırlamaq və icrasını izləmək;
  • Yeni avadanlıq və texnologiyaların tətbiqi zamanı daxili və ya istehsalçı şirkət tərəfindən keçiriləcək təlimləri təşkil etmək;
  • Yeni işə qəbul olunan texniki heyət üçün adaptasiya, mentorluq və iş yerində öyrənmə proseslərini qurmaq;
  • Daxili təlimçiləri müəyyən etmək və “Train the Trainer” prosesini koordinasiya etmək;
  • Xarici təlim və sertifikatlaşdırma qurumları ilə əlaqə saxlamaq, təlimlərin təşkilini təmin etmək;
  • Təlimlərin defektli məhsul, dayanma vaxtı, iş qəzaları və digər istehsalat itkilərinə təsirini ölçmək;
  • Təlim nəticələri üzrə hesabatlar hazırlamaq və rəhbərliyə təqdim etmək.

İş şəraiti

  • İş yeri: Bakı şəhəri
  • İş qrafiki: B.e – Cü / 09:00 – 18:00
  • Nahar şirkət tərəfindən təmin olunur
  • Nəqliyyat dəstəyi mövcuddur

Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. Mövzu hissəsində: “Təlim və inkişaf üzrə ekspert”

Şirkət haqqında

Azersun Holding
Emal sənayesi, Qida məhsullarının istehsalı · Baku

1991-ci ildə Azərbaycanda fəaliyyətə başlayan "Azərsun Holdinq" MMC ölkənin qida istehsalı, pərakəndə satış və kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən qabaqcıl şirkətidir. Qida sektorunda Azərbaycanın istehsalçı və ixracatçı ölkə halına gəlməsində böyük rol oynayan "Azərsun Holdinq" tərkibində fəaliyyət göstərən zavodların güclü istehsal potensialı ilə yanaşı geniş ixracat şəbəkəsinə sahibdir. Sahib olduğu şirkət idarəçilik prinsipləri, müştəri məmnuniyyəti, keyfiyyət təminatı, sosial məsuliyyət layihələri və ətraf mühiti qoruma prinsipləri ilə xalqa xidmət etməkdədir. "Azərsun Holdinq" fəaliyyətə başladığı gündən ölkənin inkişafı üçün yalnız iqtisadi sahədə atılan addımların yetərli olmadığını görür, həyata keçirilən iqtisadi layihələrin toplumların mədəni dəyərlərinə və sosial həyat vərdişlərinə söykənmədən, ondan ilham almadan reallaşmayacağına inanır. Bu dəyərli mirasın ərsəyə gəlməsi, qorunması və gənclərə ötürülməsi yönündə "Azərsun Holdinq" öhdəsinə götürdüyü missiyanı bu gün də eyni həyəcanla yerinə yetirməkdədir. "Azərsun Holdinq", Azərbaycanı Azərbaycan edən mədəni dəyərləri yalnız ölkə adına deyil, dünya adına da böyük zənginlik olaraq görür və bu dəyərləri qorumağı, yaşatmağı, gələcək nəslə ötürməyi missiyasının bir hissəsi kimi qəbul edir.

Azersun Holding — bütün vakansiyalar

Bacarıqlara görə oxşar

Bütün oxşar vakansiyalar

Bu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.

Bütün oxşar vakansiyalar
Göstərilməyib
Təlim və inkişaf üzrə ekspert
Müraciət et