Vakansiya haqqında

SOCAR Baş ofis, Hüquq və Uyğunluq Seqmenti üzrə Uyğunluq Departamentində böyük hüquq məsləhətçisi vəzifəsi (əməkdaşın hərbi xidmətdə olması ilə əlaqədar müvəqqəti əsaslarla) üzrə vakansiya elan edir.

Əsas vəzifə öhdəlikləri:

  • SOCAR-ın əməliyyatlarının rəqabət qanunvericiliyinin tələblərinə uyğunluğunun təmin edilməsinə dəstək göstərmək və bu sahədə araşdırmalarda iştirak etmək;

  • Şirkətin fəaliyyətini, biznes proseslərini və müqavilə münasibətlərini fərdi məlumatların mühafizəsi və məxfilik tələblərinə uyğunluq baxımından nəzərdən keçirmək, müvafiq tövsiyələr vermək;

  • SOCAR-ın və xidmət təminatçılarının lisenziyalar və icazələr haqqında qanunvericiliyin tələblərinə uyğunluğunu yoxlamaq və bu istiqamətdə müvafiq tədbirlər görmək;

  • Şirkətin iştirak etdiyi əməliyyatlarla bağlı müqavilələri uyğunluq baxımından qiymətləndirmək, müvafiq müddəaları hazırlamaq və bu müddəalar üzrə danışıqlarda iştirak etmək;

  • Tətbiq olunan yerli və beynəlxalq qanunvericilikdə, uyğunluq standartlarında, rəqabət/antiinhisar qanunvericiliyində və sanksiya tənzimləmələrində baş verən dəyişiklikləri izləmək, onların mövcud uyğunluq proqramına təsirini qiymətləndirmək, daxili qayda, təlimat və prosedurların təkmilləşdirilməsinə dair təklif və hesabatlar hazırlamaq;
  • Törəmə müəssisələrdən daxil olan məlumatları təhlil etmək və milli qanunvericiliyin tələblərinə uyğunluğun təmin edilməsini izləmək;

  • Daxili uyğunluq siyasət və prosedurlarının hazırlanmasında və yenilənməsində iştirak etmək, onları əməkdaşlara çatdırmaq, sorğuları cavablandırmaq və müvafiq təlimlərin keçirilməsinə dəstək göstərmək;

  • Uyğunluq pozuntuları və riskləri ilə bağlı məlumatları toplamaq və hesabatlar hazırlamaq, risklərin azaldılması üzrə tədbirlər təklif etmək və onların icrasına nəzarət etmək.

Namizədə tələblər:

  • Hüquq üzrə bakalavr və ya magistr dərəcəsi (Biznesin idarə edilməsi, maliyyə, satınalma, etika və korrupsiyaya qarşı mübarizə sahələrində magistr dərəcəsinin olması üstünlükdür);

  • Uyğunluq sahəsində mütəxəssis kimi 3 il iş təcrübəsi;

  • Rəqabət/antiinhisar hüququ və tənzimləyici uyğunluq, fərdi məlumatların mühafizəsi və məxfilik, lisenziya və icazələrin alınması, kompleks yoxlamaların (due diligence/KYC) aparılması, eləcə də qanunvericilik, məhkəmə təcrübəsi və tənzimləyici dəyişikliklərin monitorinqi üzrə təcrübə üstünlükdür;

  • Azərbaycan Respublikasının lisenziyalaşdırma, rəqabət/antiinhisar və fərdi məlumatların mühafizəsi sahəsində qanunvericiliyi üzrə biliklər;

  • Satınalma, əqli mülkiyyət və əmtəə nişanları üzrə qanunvericilik barədə biliklərin olması üstünlükdür;

  • MS Office proqramlarından yüksək səviyyədə istifadə bacarığı;

  • Azərbaycan və ingilis dillərində sərbəst danışıq və yazı bacarığı;

  • Rus dili biliyi üstünlükdür;

  • Yüksək iş etikası, analitik düşüncə, problem həll etmə və ünsiyyət işləmək bacarıqları;

  • Rəqabət/antiinhisar hüququ, fərdi məlumatların mühafizəsi və sanksiyalara uyğunluq sahələrində beynəlxalq səviyyədə tanınan sertifikatların olması üstünlükdür.

Biz nə təklif edirik?

  • Peşəkar inkişaf və karyera imkanları;
  • Rəqabətqabiliyyətli əməkhaqqı və müavinətlər paketi;

  • SOCAR Tower-də yerləşən idman zalından istifadə imkanı daxil olmaqla tibbi sığorta və sağlamlıqla bağlı əlavə üstünlüklər;

  • Nəqliyyat xidmətləri.

İş yeri: SOCAR Tower, H. Əliyev prospekti 121, Bakı, Azərbaycan

Son müraciət tarixi: 09.11.2026

Bu vakansiyaya uyğunsan?

CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.

Yerləşmə
Bakı, H. Əliyev prospekti 121, SOCAR Tower
Təcrübə
5+ il
Məşğulluq
Tam ştat
Əməkhaqqı
Göstərilməyib
Yerləşdirilib
21 oktyabr 2026
Dillər
Azerbaijani, English, Russian
Son tarix
9 noyabr 2026
HRX ilə müraciət
4
Baxış
181

Maaş bazarla müqayisədə

İşəgötürən məbləği göstərməyib. Korporativ hüquqşünas üzrə bazar adətən 850–1 750 ₼ ödəyir, median — 1 500 ₼.

adətən bu qədər ödəyirlərnadir hallarda

33 açıq vakansiya, 9 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».

Korporativ hüquqşünas kimi öz maaşını yoxla

Şirkət haqqında

SOCAR
Oil & Gas · 10,000+ employees · Bakı
SOCAR — bütün vakansiyalar

Müraciətin

Bu işəgötürən müraciətləri öz saytında qəbul edir. Vakansiyanın səhifəsinə keç və oradakı formanı doldur.

İşəgötürənin səhifəsinə keç

Tanışına uyğundur?

Dostun linkdən birbaşa müraciət edə bilər

Bu vakansiya haqqında suallar

SOCAR Tower, H. Əliyev prospekti 121, Bakı, Azərbaycan.

Uyğunluq sahəsində mütəxəssis kimi ən azı 5 il iş təcrübəsi tələb olunur.

Hüquq üzrə bakalavr və ya magistr dərəcəsi tələb olunur, əlavə magistr dərəcəsi üstünlükdür.

Rəqabət hüququ, fərdi məlumatların mühafizəsi, lisenziyalaşdırma, müqavilələrin qiymətləndirilməsi və MS Office proqramlarından istifadə bacarığı tələb olunur.

Azərbaycan və ingilis dillərində sərbəst danışıq və yazı bacarığı tələb olunur, rus dili üstünlükdür.

Bu səhifədəki «Müraciət et» düyməsi işəgötürənin öz müraciət səhifəsinə aparır.

Müraciət formasına keç

Tibbi sığorta, idman zalından istifadə və nəqliyyat xidmətləri təklif olunur.

Oxşar vakansiyalar

Bütün oxşar vakansiyalar

Korporativ hüquqşünas üzrə Bakıda digər açıq elanlar.

Az-Caspian CONSTRUCTION
Senior · 5+ ilBakı
Maaş göstərilməyib

Şirkətin hüquqi sənədlərini hazırlamaq və hüquqi məsələləri idarə etmək üçün ən az 5 il təcrübə tələb olunur

Labor LawCorporate LawContract ManagementLegal Risk Assessment+9
Müraciət etBirbaşa işəgötürənəBirbaşa işəgötürənə
Anonim işəgötürən
Senior · 5+ ilBakı
2 500–3 000₼

Hasilatın Pay Bölgüsü Sazişi üzrə hüquqi məsələləri idarə edir və 5 il təcrübə tələb olunur.

Contract DraftingLegal Risk AssessmentLegal ExpertiseLegal Document Preparation+7
Müraciət etBirbaşa işəgötürənəBirbaşa işəgötürənə
Deloitte
Senior · 2+ ilBakı
Maaş göstərilməyib

Hüquqi araşdırmalar aparır, sənədlər hazırlayır və müştərilərlə effektiv əlaqə saxlayır, hüquq təhsili tələb olunur

Contract DraftingClient communicationPresentation SkillsTeamwork+6
Müraciət et
Bütün oxşar vakansiyalar
Göstərilməyib
Baş hüquq məsləhətçisi
Müraciət et