Şirkətin hüquqi məsələlərini idarə etmək və hüquq sahəsində 5 il təcrübə tələb olunur
Vakansiya haqqında
Vəzifə öhdəlikləri:
- Sərnişin xidmətləri, kommersiya, icarə, təchizat, finans və digər tərəfdaşlıq müqavilələrinin, eləcə də məxfilik müqavilələri və memorandumlar kimi sənədlərin idarə edilməsi, müqavilələrdə şirkətin maraqlarının qorunması və öhdəliklərlə müddətlərə hüquqi nəzarətin həyata keçirilməsi;
- Tender və konsessiya sənədlərinin hüquqi ekspertizası, təkliflərin və müqavilələrin hazırlanması, tələblərin və öhdəliklərin yoxlanılması, habelə rəhbərliyə hüquqi rəy və tövsiyələrin verilməsi yolu ilə proseslərin tam hüquqi dəstəklənməsi;
- Strateji tərəfdaşlıqların və xarici strukturların qurulması, korporativ dəyişikliklərin idarə olunması, investisiya müqavilələrinin ekspertizası proseslərinin həyata keçirilməsi ilə korporativ və investisiya strukturlaşdırılmasının təmin edilməsi;
- Sənədlərin hüquqi ekspertizası, HR və rəhbərliyə qanunvericiliyin tətbiqi ilə bağlı dəstək göstərilməsi, intizam tədbirlərinin rəsmiləşdirilməsi və əmək mübahisələrinin idarə olunması;
- Şirkətin xarici ölkələrdə fəaliyyətinin və yeni hüquqi şəxslərin yaradılmasının hüquqi təminatı;
- Təchizatçılar, tərəfdaşlar, müştərilər, icarədarlar, əməkdaşlar və digər müqavilə tərəfləri ilə yaranan hüquqi mübahisələrin idarə edilməsi, müvafiq sənədlərin hazırlanması, məhkəmə və arbitraj proseslərində şirkətin maraqlarının qorunması, eləcə də zərurət olduqda xarici hüquqşünasların koordinasiyası;
- Biznes qərarları və müqavilələr üzrə hüquqi risklərin qiymətləndirilməsi, standart sənədlərin, təsdiq prosedurlarının və korporativ aktların hazırlanması, habelə reyestrlərin aparılması, sənədlərin idarə olunması və rəhbərliyə dövri hesabatların təqdim edilməsi.
Əmək şəraiti:
- İş rejimi: 5 günlük (09:00-18:00);
- İş yeri: Heydər Əliyev Beynəlxalq Hava Limanı;
- Nəqliyyatla və naharla təmin edilmə;
- Ödənişsiz parkinq imkanı.
Tələblər
- Hüquq üzrə ali təhsil;
- Korporativ hüquq sahəsində minimum 5 il müvafiq iş təcrübəsi;
- Kommersiya müqavilələrinin hazırlanması, hüquqi ekspertizası və danışıqlarının aparılması üzrə güclü təcrübə;
- Analitik düşünmə, hüquqi təhlil və hüquqi risklərin qiymətləndirilməsi bacarığı;
- Yüksək məsuliyyət və peşəkar etika;
- Azərbaycan dili sərbəst, ingilis dili və rus dilləri peşəkar səviyyədə.
Vakansiya növü - Tam ştat
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Maaş bazarla müqayisədə
İşəgötürən məbləği göstərməyib. Korporativ hüquqşünas üzrə bazar adətən 850–1 750 ₼ ödəyir, median — 1 375 ₼.
35 açıq vakansiya, 10 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».
Korporativ hüquqşünas kimi öz maaşını yoxlaŞirkət haqqında
Müraciətin
Bu vakansiya haqqında suallar
İş rejimi həftədə 5 gün, saat 09:00-dan 18:00-dəkdir.
İş yeri Heydər Əliyev Beynəlxalq Hava Limanındadır.
Nəqliyyat və nahar təmin edilir, ödənişsiz parkinq mövcuddur.
Korporativ hüquq sahəsində minimum 5 il iş təcrübəsi tələb olunur.
Azərbaycan dili sərbəst, ingilis və rus dilləri peşəkar səviyyədə olmalıdır.
Hüquq üzrə ali təhsil tələb olunur.
Müraciət bu səhifədəki formadan göndərilir: məktub birbaşa işəgötürənin poçtuna gedir, qeydiyyat lazım deyil.
Müraciət formasına keçOxşar vakansiyalar
Bütün oxşar vakansiyalarKorporativ hüquqşünas üzrə Bakıda digər açıq elanlar.
Müqavilələrin hazırlanması və hüquqi ekspertizası ilə məşğul olmaq üçün 5 il təcrübə tələb olunur
Hüquqi təminat və müqavilələrin ekspertizası üzrə 5 ildən çox təcrübəsi olan hüquqşünas.
Şirkətin hüquqi sənədlərini hazırlamaq və hüquqi məsələləri idarə etmək üçün ən az 5 il təcrübə tələb olunur



