Şirkətin hüquqi məsələlərini idarə etmək və hüquq sahəsində 5 il təcrübə tələb olunur
Vakansiya haqqında
İş yeri: Bakı (mərkəzi ofis)
İş növü: Tam ştat
İş qrafiki: Əməkdaşın iş qrafiki gündə 8 saatdan, həftə ərzində isə 40 saatdan çox olmamaq şərtilə həftə içi 5 gün.
Əsas vəzifə öhdəlikləri:
- Müqavilələrin və digər əqdlərin hazırlanması, hüquqi ekspertizası və razılaşdırılmasını həyata keçirmək, müqavilə danışıqlarında iştirak etmək, müqavilə layihələrini Cəmiyyətin maraqları və qanunvericiliyin tələbləri baxımından qiymətləndirmək və bu istiqamətdə hüquqi rəy və arayışlar tərtib etmək;
- Müqavilələrin icrası ilə bağlı hüquqi məsələləri və riskləri müəyyən etmək və qiymətləndirmək, müqavilələrə əlavə və dəyişikliklərin, habelə xitam və digər əlaqəli sənədlərin hazırlanmasını təmin etmək, müqavilə münasibətləri üzrə hüquqi məsləhət və dəstək göstərmək;
- Normativ hüquqi aktların və normativ xarakterli sənədlərin hazırlanmasını, hüquqi ekspertizasını və qanunvericiliyə uyğunluğunun təmin edilməsini həyata keçirmək, zəruri hüquqi təklif və rəylər hazırlamaq;
- Birgə müəssisələrin yaradılması və fəaliyyəti ilə bağlı müqavilələrin və digər təsis sənədlərinin hazırlanmasını və hüquqi ekspertizasını həyata keçirmək, tərəflərin hüquq və öhdəliklərini, idarəetmə və qərar qəbuletmə mexanizmlərini, iştirak paylarını və digər əsas şərtləri hüquqi baxımdan tənzimləmək, danışıqlar prosesində hüquqi dəstək göstərmək və Cəmiyyətin maraqlarının qorunmasını təmin etmək;
- Birgə müəssisələrin təsisindən sonrakı korporativ prosedurların, təsisçi (iştirakçı, ali idarəetmə orqanı və s.) qismində Cəmiyyət tərəfindən qəbul edilməli qərarların və digər zəruri hüquqi tədbirlərin həyata keçirilməsini hüquqi baxımdan müşayiət etmək;
- Hasilatın Pay Bölgüsü Sazişləri (PSA) üzrə rəhbərliyin tapşırıqlarını icra etmək, həmin tapşırıqlar əsasında hüquqi araşdırmalar aparmaq, hüquqi arayış və rəylər hazırlamaq, aidiyyəti dövlət orqanları və qurumlarına, habelə digər maraqlı tərəflərə ünvanlanacaq məktub və digər sənəd layihələrini hazırlamaq, müvafiq qurumlarla hüquqi məsələlər üzrə kommunikasiya və koordinasiyanı təmin etmək, görülmüş işlər və əldə edilmiş nəticələr barədə şöbə müdirinin müavininə məlumat və hesabat təqdim etmək;
- Müxtəlif sahələr üzrə qanunvericiliyin tətbiqi ilə bağlı hüquqi arayışlar, rəylər və digər analitik sənədlər hazırlamaq;
- Dövlət satınalmaları sahəsində qanunvericiliyin tətbiqi üzrə hüquqi dəstək göstərmək, satınalma sənədlərinin və qərar layihələrinin hüquqi ekspertizasını həyata keçirmək, satınalma prosedurlarında yaranan hüquqi riskləri qiymətləndirmək və müvafiq rəylər hazırlamaq;
- Cəmiyyətin struktur bölmələrindən daxil olan sorğular əsasında qanunvericiliyin və Cəmiyyətin Nizamnaməsinin tətbiqi ilə bağlı hüquqi məsləhət və yardım göstərmək.
Tələb olunan bilik və bacarıqlar:
- Azərbaycan dilini mükəmməl, rus dilini isə sərbəst səviyyədə bilmək;
- Azərbaycan Respublikasının Konstitusiyasını, Mülki Məcəlləni, Torpaq Məcəlləsini, Şəhərsalma və Tikinti Məcəlləsini, Vergi Məcəlləsini, Əmək Məcəlləsini, Rəqabət Məcəlləsini, “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununu, "Yerin təki haqqında" Qanunu, "Lisenziyalar və icazələr haqqında" Qanunu, "Ətraf mühitin mühafizəsi haqqında" Qanunu, “İnzibati icraat haqqında” Qanunu, korporativ idarəetmə və investisiya fəaliyyəti ilə bağlı qanunvericiliyi və digər əlaqəli qanunvericilik aktlarını bilmək;
- Hasilatın pay bölgüsü sazişlərinin əsas prinsipləri, hüquqi və müqavilə mexanizmləri üzrə biliklərə malik olması arzuolunandır.
Tələb olunan təhsil:
- Ali təhsil (Hüquq ixtisası üzrə)
Tələb olunan iş təcrübəsi:
- Müvafiq sahə üzrə 5 il iş təcrübəsi (Hasilatın pay bölgüsü sazişləri üzrə təcrübəyə malik olması arzuolunandır).
Əmək haqqı və əlavə imtiyazlar:
- Əmək haqqı daxili prosedura və dərəcələndirməyə əsasən müəyyən edilir.
- Əməkdaşlara beynəlxalq və yerli təlimlərdə (konfranslarda) iştirak etmək imkanı yaradılır.
- Əməkdaşlara idmanla məşğul olmaq üçün müəyyən idman mərkəzlərindən limitsiz istifadə hüququ verilir.
- Nəqliyyat xidməti.
- Rəqabətli mükafatlandırma sistemi.
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Maaş bazarla müqayisədə
İşəgötürən məbləği göstərməyib. Korporativ hüquqşünas üzrə bazar adətən 850–1 750 ₼ ödəyir, median — 1 375 ₼.
35 açıq vakansiya, 10 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».
Korporativ hüquqşünas kimi öz maaşını yoxlaŞirkət haqqında
AzerGold CJSC — Azerbaijan's state gold & non-ferrous metals producer (Chovdar, Söyüdlü/ZOD). Hires middle+ geology, mining engineering, IT, legal, procurement and ecology talent.
Müraciətin
Bu vakansiya haqqında suallar
İş yeri Bakı şəhərində, mərkəzi ofisdə yerləşir.
İş qrafiki həftədə 5 gün, gündə 8 saatdır, ümumilikdə həftədə 40 saatdan çox olmamalıdır.
Müvafiq sahə üzrə minimum 5 il iş təcrübəsi tələb olunur.
Ali təhsil, hüquq ixtisası üzrə olmalıdır.
Əmək haqqı daxili prosedura və dərəcələndirməyə əsasən müəyyən edilir.
Beynəlxalq və yerli təlimlərdə iştirak, idman mərkəzlərindən limitsiz istifadə, nəqliyyat xidməti və rəqabətli mükafatlandırma sistemi mövcuddur.
Müraciət bu səhifədəki formadan göndərilir: məktub birbaşa işəgötürənin poçtuna gedir, qeydiyyat lazım deyil.
Müraciət formasına keçOxşar vakansiyalar
Bütün oxşar vakansiyalarKorporativ hüquqşünas üzrə Bakıda digər açıq elanlar.
Hüquqi sənədlərin idarə olunmasını və kommersiya müqavilələrinin hazırlanmasını həyata keçirir, hüquq üzrə ali təhsil tələb olunur
Korporativ hüquq sahəsində müqavilələrin hazırlanması və hüquqi ekspertiza aparılması tələb olunur
Şirkətin hüquqi sənədlərini hazırlamaq və hüquqi məsələləri idarə etmək üçün ən az 5 il təcrübə tələb olunur



