Korporativ hüquq sahəsində müqavilələrin hazırlanması və hüquqi ekspertiza aparılması tələb olunur
Vakansiya haqqında
İş haqqında:
- Şirkətin hüquqi fəaliyyətinin təmin edilməsi, müqavilə və korporativ sənədlərin hazırlanması və hüquqi ekspertizasının aparılması, hüquqi məsləhətlərin verilməsi, qanunvericiliyə uyğunluğun təmin edilməsi, hüquqi risklərin idarə olunması və mübahisələrin həllində iştirak edəcək, korporativ hüquq sahəsində fəaliyyət göstərəcək hüquqşünas axtarılır.
Əsas vəzifələr:
- Müqavilələrin hazırlanması, hüquqi ekspertizası və razılaşdırılması;
- Şirkətin fəaliyyətindən irəli gələn hüquqi məsələlər üzrə rəy və məsləhətlərin verilməsi;
- Korporativ sənədlərin (qərarlar, protokollar, etibarnamələr, nizamnamələr və s.) hazırlanması;
- Dövlət orqanları və digər təşkilatlarla hüquqi yazışmaların aparılması;
- Şirkətin fəaliyyətinin qüvvədə olan qanunvericiliyə uyğunluğunun təmin edilməsində iştirak;
- Hüquqi risklərin müəyyən edilməsi və minimallaşdırılması üzrə təkliflərin hazırlanması;
- Mübahisələrin məhkəməyədək həlli prosesində iştirak.
Tələblər:
- Hüquq üzrə ali təhsil;
- Korporativ hüquq, müqavilə hüququ və ya kommersiya hüququ sahəsində minimum 1-2 il iş təcrübəsi;
- Azərbaycan və İngilis dilində sərbəst yazılı və şifahi ünsiyyət bacarığı (zəruridir);
- Analitik düşünmə, məsuliyyətlilik və detallara diqqət.
- Korporativ idarəetmə sahəsində təcrübəsi olan;
- Müqavilələrin hazırlanması və danışıqların aparılması üzrə praktiki bacarıqlara malik;
- MS Office proqramlarında sərbəst işləmək.
Müraciət etmək istəyən namizədlər CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməli və mövzu sətrində “Hüquqşünas” qeyd etməlidirlər.
Qeyd: Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Maaş bazarla müqayisədə
İşəgötürən məbləği göstərməyib. Korporativ hüquqşünas üzrə bazar adətən 850–1 750 ₼ ödəyir, median — 1 375 ₼.
36 açıq vakansiya, 10 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».
Korporativ hüquqşünas kimi öz maaşını yoxlaŞirkət haqqında
Müraciətin
Bu vakansiya haqqında suallar
İş yeri Bakı şəhərindədir.
Korporativ hüquq, müqavilə hüququ və ya kommersiya hüququ sahəsində minimum 1-2 il iş təcrübəsi tələb olunur.
Azərbaycan və İngilis dillərində sərbəst yazılı və şifahi ünsiyyət bacarığı tələb olunur.
Namizəd CV-ni göndərməlidir və mövzu sətrində “Hüquqşünas” qeyd edilməlidir. Müraciət bu səhifədəki formadan göndərilir: məktub birbaşa işəgötürənin poçtuna gedir, qeydiyyat lazım deyil.
Müraciət formasına keçMüraciət üçün son tarix 6 dekabr 2026-cı ildir.
Oxşar vakansiyalar
Bütün oxşar vakansiyalarKorporativ hüquqşünas üzrə Bakıda digər açıq elanlar.
Korporativ hüquq sahəsində sənədlər hazırlayır və müqavilələri qanunvericiliyə uyğun yoxlayır
Hüquqi sənədləri hazırlayır, müqavilələri təftiş edir və hüquqi müdafiəni təmin edir, 1-3 il təcrübə tələb olunur
Korporativ hüquqşünas müqavilələrin hazırlanması və hüquqi təhlil üzrə təcrübə tələb edir.




