Korporativ hüquq sahəsində sənədlər hazırlayır və müqavilələri qanunvericiliyə uyğun yoxlayır
Vakansiya haqqında
“Royal Sea Breeze Operation” MMC “Royalé Casino”da “Hüquqşünas” vakansiyasını elan edir.
Vəzifə öhdəlikləri:
- Müxtəlif növ kommersiya, korporativ və mülki-hüquqi müqavilələrin hazırlanması, hüquqi ekspertizasının aparılması, razılaşdırılması və icrasına nəzarət;
- Korporativ sənədlərin, o cümlədən təsis sənədlərinin, nizamnamələrin, qərarların, protokolların və etibarnamələrin hazırlanması və hüquqi baxımdan yoxlanılması;
- Şirkətin korporativ idarəetmə proseslərinə hüquqi dəstəyin göstərilməsi;
- Şirkətin təsisçiləri, iştirakçıları və digər maraqlı tərəfləri ilə bağlı korporativ hüquqi məsələlərin həlli;
- Şirkətin strukturunda və korporativ məlumatlarında baş verən dəyişikliklərin hüquqi sənədləşdirilməsinin təmin edilməsi;
- Hüquqi rəylərin, arayışların, müraciətlərin və digər hüquqi sənədlərin hazırlanması;
- Şirkətin fəaliyyətinə aid mülki, əmək və vergi hüququ məsələləri üzrə hüquqi məsləhətlərin verilməsi;
- Şirkətin maraqlarının qorunması məqsədilə iddia ərizələrinin, şikayətlərin və digər prosessual sənədlərin hazırlanması;
- Dövlət qurumları və digər aidiyyəti təşkilatlarla korporativ və hüquqi məsələlər üzrə yazışmaların aparılması;
- Hüquqi risklərin müəyyən edilməsi və onların minimuma endirilməsi istiqamətində təkliflərin hazırlanması;
- Şirkətin fəaliyyətinin Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə uyğunluğunun təmin edilməsinə hüquqi dəstəyin göstərilməsi.
Namizədə dair tələblər:
- Hüquqşünaslıq ixtisası üzrə ali təhsil (bakalavr və ya magistr dərəcəsi);
- Müvafiq sahə üzrə minimum 3 il iş təcrübəsi;
- Korporativ və müqavilə hüququ üzrə biliklər, hüquqi sənədlərin hazırlanması, yoxlanılması və danışıqların aparılması sahəsində təcrübə;
- Azərbaycan Respublikasının Mülki Məcəlləsi, Əmək Məcəlləsi və Vergi Məcəlləsi üzrə biliklər;
- Hüquqi və tənzimləyici riskləri müəyyən etmək, qiymətləndirmək, minimuma endirmək və praktiki həll yolları təklif etmək bacarığı;
- Analitik düşünmə, problem həll etmə və effektiv kommunikasiya bacarıqları;
- Azərbaycan dilini mükəmməl səviyyədə bilmək;
- İngilis və rus dili bilikləri üstünlükdür;
- MS Office proqramları ilə işləmək bacarığı.
İş şəraiti:
- İş qrafiki: Bazar ertəsi – Cümə (5/2);
- İş yeri: Sea Breeze, Nardaran, Bakı;
- Əlavə üstünlüklər: Şirkət tərəfindən nəqliyyat və nahar ilə təmin olunma;
- Əməkhaqqı: Namizədin bilik və təcrübəsinə əsasən müsahibə zamanı müəyyən ediləcək.
Maraqlanan namizədlərdən CV-lərini mövzu hissəsində “Hüquqşünas” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Maaş bazarla müqayisədə
İşəgötürən məbləği göstərməyib. Korporativ hüquqşünas üzrə bazar adətən 850–1 750 ₼ ödəyir, median — 1 375 ₼.
35 açıq vakansiya, 10 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».
Korporativ hüquqşünas kimi öz maaşını yoxlaŞirkət haqqında
Müraciətin
Bu vakansiya haqqında suallar
İş yeri Sea Breeze, Nardaran, Bakı şəhərində yerləşir.
İş qrafiki Bazar ertəsi – Cümə (5/2) şəklindədir.
Əməkhaqqı namizədin bilik və təcrübəsinə əsasən müsahibə zamanı müəyyən ediləcək.
Namizəd üçün minimum 3 il iş təcrübəsi tələb olunur.
Namizəd CV-ni mövzu hissəsində “Hüquqşünas” qeyd etməklə göndərməlidir. Müraciət bu səhifədəki formadan göndərilir: məktub birbaşa işəgötürənin poçtuna gedir, qeydiyyat lazım deyil.
Müraciət formasına keçOxşar vakansiyalar
Bütün oxşar vakansiyalarKorporativ hüquqşünas üzrə Bakıda digər açıq elanlar.
Hüquqi sənədləri tərtib edir, hüquqi ekspertiza aparır və korporativ idarəetmə üzrə bilik tələb olunur
Korporativ hüquq sahəsində müqavilələrin hazırlanması və hüquqi ekspertiza aparır, 3-5 il təcrübə tələb olunur.
Şirkətin hüquqi məsələlərini idarə edir və müqavilələrin hazırlanmasında təcrübəsi olmalıdır.



