Korporativ hüquq sahəsində sənədlər hazırlayır və müqavilələri qanunvericiliyə uyğun yoxlayır
Vakansiya haqqında
Fəaliyyət sahəsi: Korporativ və kommersiya hüququ
İş yeri: Bakı şəhəri
İş rejimi: Tam ştat, ofisdaxili
Avtomobillərin beynəlxalq idxalı və satışı sahəsində fəaliyyət göstərən şirkətimizə ofisdaxili hüquqşünas-vəkil tələb olunur.
Azərbaycan Respublikası Vəkillər Kollegiyasına üzvlük mütləq şərtdir.
Vəzifə öhdəlikləri
- Şirkətin gündəlik fəaliyyətinin hüquqi müşayiətinin həyata keçirilməsi;
- Müştərilərlə bağlanan müqavilələrin hazırlanması, yoxlanılması və hüquqi ekspertizası;
- Müqavilə öhdəlikləri, gecikmələr və mübahisələrlə bağlı hüquqi tədbirlərin görülməsi;
- Müştəri şikayətlərinin, pretenziyaların və rəsmi müraciətlərin araşdırılması;
- Məhkəmələrdə və digər dövlət orqanlarında şirkətin maraqlarının təmsil edilməsi;
- İddia ərizələrinin, etirazların, şikayətlərin və digər prosessual sənədlərin hazırlanması;
- Xarici təchizatçılarla müqavilələrin və kommersiya münasibətlərinin hüquqi qiymətləndirilməsi;
- Debitor borclarının hüquqi qaydada tələb edilməsi və mübahisələrin həlli;
- Şirkət rəhbərliyinə hüquqi rəylərin və tövsiyələrin təqdim edilməsi.
Namizədə tələblər
- Ali hüquq təhsili;
- Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü olmaq — mütləqdir;
- Vəkillik fəaliyyəti ilə məşğul olmaq üçün qüvvədə olan müvafiq status;
- Mülki, kommersiya və müqavilə hüququ sahəsində praktiki təcrübə;
- Məhkəmə proseslərində təmsilçilik təcrübəsi;
- Hüquqi sənədləri müstəqil və peşəkar səviyyədə hazırlamaq bacarığı;
- Güclü hüquqi təhlil və danışıqlar aparmaq qabiliyyəti;
- Yüksək məsuliyyət, məxfilik və iş intizamı.
- Korporativ hüquq, avtomobil ticarəti, idxal əməliyyatları və müştəri mübahisələri üzrə təcrübə üstünlükdür.
İş şəraiti
- Tam ştat, ofisdaxili iş;
- İş saatları: 10:00–19:00;
- Əməkhaqqı namizədin təcrübəsinə və peşəkar bacarıqlarına əsasən razılaşdırılacaq;
- Davamlı hüquqi praktika və peşəkar iş mühiti;
- Uzunmüddətli əməkdaşlıq imkanı.
Müraciət üçün - WhatsApp: +994 10 310 05 06
Namizədlərdən CV-lərini və Vəkillər Kollegiyasına üzvlükləri barədə məlumatı təqdim etmələri xahiş olunur.
Müraciət mövzusu: “Hüquqşünas – Vəkil”
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Maaş bazarla müqayisədə
İşəgötürən məbləği göstərməyib. Korporativ hüquqşünas üzrə bazar adətən 850–1 750 ₼ ödəyir, median — 1 500 ₼.
33 açıq vakansiya, 9 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».
Korporativ hüquqşünas kimi öz maaşını yoxlaMüraciətin
Bu işəgötürən müraciətləri öz saytında qəbul edir. Vakansiyanın səhifəsinə keç və oradakı formanı doldur.
İşəgötürənin səhifəsinə keçBu vakansiya haqqında suallar
İş saatları 10:00–19:00 arasıdır.
İş yeri Bakı şəhərindədir.
Əməkhaqqı namizədin təcrübəsinə və bacarıqlarına əsasən razılaşdırılır.
Bəli, Azərbaycan Respublikası Vəkillər Kollegiyasına üzvlük mütləqdir.
Namizədlərdən CV və Vəkillər Kollegiyasına üzvlük barədə məlumat tələb olunur. Bu səhifədəki «Müraciət et» düyməsi işəgötürənin öz müraciət səhifəsinə aparır.
Müraciət formasına keçOxşar vakansiyalar
Bütün oxşar vakansiyalarKorporativ hüquqşünas üzrə Bakıda digər açıq elanlar.
Şirkətin hüquqi sənədlərini hazırlamaq və hüquqi məsələləri idarə etmək üçün ən az 5 il təcrübə tələb olunur
Şirkətin hüquqi məsələlərini idarə etmək və hüquq sahəsində 5 il təcrübə tələb olunur
Hüquqi sənədlərin idarə olunmasını və kommersiya müqavilələrinin hazırlanmasını həyata keçirir, hüquq üzrə ali təhsil tələb olunur


