Vakansiya haqqında

Namizədə dair tələblər:

  • Kompüter bilikləri: MS Office proqramları və digər kömpüter bilikləri əlavə üstünlük hesab olunur;
  • Dil bilikləri: Azərbaycan dili səlis, İngilis və Rus dili (arzuolunandır);
  • İş təcrübəsi: 6 aydan az olmayaraq iş stajı;
  • Problemləri həll etmə bacarığı;
  • Stresə davamlı, punktual, məsuliyyətli, işində çevik və dəqiq olması;
  • Komandada işləmək, öyrənmə bacarıqları;
  • Sürücülük vəsiqəsi olanlara üstünlük verilir.

Vəzifə öhdəlikləri:

  • POS terminallarının, nəzarət-kassa aparatlarının (NKA) və digər avadanlıqların ilkin texniki baxışının keçirilməsi, test edilməsi və sazlanması prosesində iştirak etmək;
  • Obyektlər üzrə yaradılan ticketlərin düzgün və vaxtında icrasını təmin etmək;
  • Müştərilərdən daxil olan texniki müraciətləri qeydə almaq və müvafiq texniki heyətə yönləndirmək;
  • Servis xidmətləri ilə bağlı ofisə və ya əraziyə müraciət edən müştərilərə texniki dəstək göstərmək;
  • Rəhbərlik tərəfindən verilən tapşırıqları müəyyən edilmiş müddətdə və dəqiq şəkildə yerinə yetirmək.

İş şəraiti

  • İş qrafiki: bazar ertəsi- cümə 09:00-18:00
  • İş yerinin ünvanı: Bakı, A. Quliyev küç., 1131, Babək Plaza
  • Əmək haqqı: 500-550 AZN (təhsil, iş stajı və iş bacarığı nəzərə alınmaqla qarşılıqlı razılaşma əsasında müəyyən olunur.)

Əlavə məlumat: Proqram təminatı, tiket proqramı, avadanlıqların təmiri barədə məlumatlar və s. namizədə öyrədiləcəkdir.

Göstərilən tələblərə cavab verən namizədlərdən Azərbaycan dilində tərtib edilmiş CV-lərini mövzu (subject) hissəsinə “Kassa və POS terminal üzrə Kiçik mütəxəssis" adını qeyd edərək Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.

Qeyd: Müsahibə mərhələli şəkildə təşkil edilir.

Yalnız tələblərə uyğun namizədlərlə əlaqə saxlanılacaqdır.

Bu vakansiyaya uyğunsan?

CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.

Yerləşmə
Bakı, A. Quliyev küç., 1131, Babək Plaza
Təcrübə
Junior
Məşğulluq
Tam ştat
Əməkhaqqı
500–550 ₼
Yerləşdirilib
11 noyabr 2026
Dillər
Azerbaijani, English, Russian
Son tarix
11 dekabr 2026
HRX ilə müraciət
2
Baxış
360

Şirkət haqqında

NBA Technologies International LLC
İnformasiya və kommunikasiya, Proqram təminatı və İT xidmətləri · Bakı
NBA Technologies International LLC — bütün vakansiyalar

"NBA Technologies International" MMC ağıllı kassa aparatlarının lisenziyalaşdırılması üzrə Azərbaycan Respublikası Vergi Nazirliyinin operatorudur.

Müraciətin

HRX-də profil yarat

Profilə görə işəgötürənin qərarını görəcəksən, sənə uyğun vakansiyaların tövsiyəsini alacaqsan və onlara bir kliklə müraciət edəcəksən.

CV

Faylı yükləPDF, 8 MB-a qədər

CV-niz artıq HRX-dədirsə, faylı yükləmək lazım deyil — nömrənizi təsdiqləyin, onu özümüz qoşacağıq.

CV-n yoxdur? 5 dəqiqəyə hazırla

İşəgötürən səninlə necə əlaqə saxlasın?

«Vakansiyaya müraciət et» düyməsini basmaqla İstifadə şərtlərini və Məxfilik siyasətini qəbul edirsən.

Tanışına uyğundur?

Dostun linkdən birbaşa müraciət edə bilər

Bu vakansiya haqqında suallar

İş günləri bazar ertəsindən cüməyə qədər, saat 09:00-dan 18:00-dəkdir.

İş yeri Bakı şəhərində, A. Quliyev küçəsi, 1131, Babək Plaza ünvanındadır.

Namizədin ən azı 6 aylıq iş təcrübəsi olmalıdır.

Azərbaycan dili səlis olmalıdır, İngilis və Rus dilləri arzuolunandır.

Azərbaycan dilində tərtib edilmiş CV göndərilməlidir, mövzu hissəsində “Kassa və POS terminal üzrə Kiçik mütəxəssis” qeyd olunmalıdır. Müraciət bu səhifədəki formadan göndərilir: məktub birbaşa işəgötürənin poçtuna gedir, qeydiyyat lazım deyil.

Müraciət formasına keç

Oxşar vakansiyalar

Bütün oxşar vakansiyalar

ATM və ödəniş terminalları üzrə mütəxəssis üzrə Bakıda digər açıq elanlar.

Bütün oxşar vakansiyalar
500–550 ₼
Kassa və POS terminal üzrə kiçik mütəxəssis
Müraciət et