ERP sistemləri üzrə istifadəçilərə təlim keçmək və texniki dəstək göstərmək bacarığı tələb olunur.
Vakansiya haqqında
Peşəkar bacarıqlarına güvənən, özünü inkişaf etdirməyə maraqlı və dinamik iş mühitində uğur qazanmaq istəyən namizədləri “Main Steel” komandasının bir parçası olmağa dəvət edirik.
Vəzifə öhdəlikləri:
- Odoo ERP sistemi üzərindən maliyyə və mühasibatlıq proseslərinin idarə olunması və optimallaşdırılmasında iştirak etmək;
- Müxtəlif sistemlər arasında məlumatların inteqrasiyasını təmin etmək və məlumat mübadiləsi proseslərini koordinasiya etmək;
- Maliyyə və mühasibatlıq əməliyyatlarının avtomatlaşdırılması üzrə həllərin hazırlanması və tətbiqində iştirak etmək;
- Mövcud biznes proseslərini təhlil etmək, təkmilləşdirmə və avtomatlaşdırma imkanlarını müəyyənləşdirmək;
- Odoo sistemində məlumatların düzgünlüyünə, tamlığına və ardıcıllığına nəzarət etmək;
- Sistem üzrə yaranan texniki və funksional problemləri müəyyənləşdirmək, onların aradan qaldırılmasını təmin etmək;
- Hesabatların hazırlanması və maliyyə məlumatlarının təhlili proseslərini dəstəkləmək;
- Odoo sisteminin funksionallığının təkmilləşdirilməsi və biznes tələblərinə uyğunlaşdırılması üzrə təkliflər vermək.
Vakant vəzifə üzrə tələblər:
- MS Office proqramlarında işləmək bacarığı;
- Odoo ERP proqramı üzrə yüksək səviyyədə bilik və praktiki istifadə təcrübəsi;
- Məlumatların inteqrasiyası və biznes proseslərinin avtomatlaşdırılması prinsiplərini bilmək;
- Analitik düşünmə, problem həll etmə və məlumatlarla işləmə bacarığı;
- Diqqətlilik, məsuliyyətlilik və komanda ilə işləmək bacarığı;
- Yeni funksionallıqları öyrənmək və tətbiq etmək bacarığı.
İş şəraiti:
- İş qrafiki: həftə içi 5 gün, 09:00 - 18:00;
- Şənbə və bazar istirahət günləri;
- Nahar fasiləsi: 13:00 – 14:00.
Sizə nə təklif edirik?
- AR ƏM tələblərinə uyğun olaraq rəsmiləşdirilmə;
- Müvafiq sahədə potensialınızı reallaşdırmaq imkanı;
- Karyera və inkişaf perspektivləri;
- Rəsmi dövlət bayramları və xüsusi günlərdə istirahət;
Maraqlanan şəxslər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. Mövzu hissəsində mütləq vəzifənin adı yazılmalıdır.
Ünvan: Nəsimi rayonu, 4 mkr., Mir Cəlal küç.36 D
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Maaş bazarla müqayisədə
İşəgötürən məbləği göstərməyib. ERP üzrə mütəxəssis üzrə bazar adətən 700–2 100 ₼ ödəyir, median — 700 ₼.
6 açıq vakansiya, 7 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».
ERP üzrə mütəxəssis kimi öz maaşını yoxlaMüraciətin
Bu vakansiya haqqında suallar
İş həftə içi 5 gün, 09:00 - 18:00 saatları arasında, şənbə və bazar istirahət günləridir.
Nəsimi rayonu, 4 mkr., Mir Cəlal küç.36 D ünvanında yerləşir.
Əmək Məcəlləsinə uyğun olaraq rəsmi qeydiyyat təmin edilir.
Müraciət üçün CV göndərilməlidir, mövzu hissəsində vəzifənin adı yazılmalıdır. Müraciət bu səhifədəki formadan göndərilir: məktub birbaşa işəgötürənin poçtuna gedir, qeydiyyat lazım deyil.
Müraciət formasına keçKaryera və inkişaf perspektivləri mövcuddur, rəsmi dövlət bayramları və xüsusi günlərdə istirahət təmin edilir.
Oxşar vakansiyalar
Bütün oxşar vakansiyalarERP üzrə mütəxəssis üzrə Bakıda digər açıq elanlar.
ERP sistemində stok kodlarının idarə olunması və bonusların tanıdılması üzrə mütəxəssis axtarılır.



