ERP sistemində stok kodlarının idarə olunması və bonusların tanıdılması üzrə mütəxəssis axtarılır.
Vakansiya haqqında
Əsas öhdəliklər
- ERP sisteminin modulları üzrə müştərilərə və istifadəçilərə nəzəri və praktiki təlimlərin keçirilməsi;
- İstifadəçilərdən daxil olan gündəlik sual, sorğu və problemlərin operativ cavablandırılması;
- İstifadəçi təlimatlarının (Manual), təlim materiallarının və FAQ bazasının hazırlanmasında iştirak;
- Sistem istifadəsi zamanı yaranan texniki xətaların və istifadəçi təkliflərinin qeydə alınması və proqramlaşdırma komandasına ötürülməsi;
- Müştərilərlə davamlı kommunikasiya və yüksək müştəri məmnuniyyətinin təmin edilməsi.
Namizədə dair tələblər
- ERP və ya digər biznes idarəetmə sistemlərindən istifadə və ya tətbiqi sahəsində təcrübə;
- Rus dili – əla səviyyədə (şifahi və yazılı);
- İngilis dili – arzuolunandır;
- Azərbaycan dilində sərbəst, aydın və səlis danışıq qabiliyyəti;
- Səbirli, ünsiyyətcil və məsuliyyətli olmaq;
- Mürəkkəb texniki prosesləri sadə və aydın şəkildə izah etmək bacarığı;
- Komandada işləmək və sürətli öyrənmək bacarığı;
- Problemləri operativ şəkildə həll etmək bacarığı.
Biz nə təklif edirik?
- Əmək haqqı: 600–800 AZN + bonus
- İş qrafiki: 09:00–18:00
- Dinamik inkişaf edən texnologiya layihəsində iştirak imkanı;
- Peşəkar və mehriban komanda mühiti;
- Karyera və peşəkar inkişaf imkanları;
- Real layihələr üzərində praktiki təcrübə.
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Maaş bazarla müqayisədə
ERP üzrə mütəxəssis üzrə bazar adətən 700–2 100 ₼ ödəyir, median — 700 ₼.
6 açıq vakansiya, 7 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».
ERP üzrə mütəxəssis kimi öz maaşını yoxlaŞirkət haqqında
Dəbdəbə və münasibliyin ünvanı kimi tanınan "SERATONİA" şirkətimiz 2013-cü ildən Azərbaycan bazarında fəaliyyət göstərir. Dünyanın aparıcı keramoqranit istehsalçılarının məhsullarını Seratonia brendi altında birləşdirən komandamız müxtəlif…
Müraciətin
Bu vakansiya haqqında suallar
İş qrafiki 09:00–18:00 saatları arasındadır.
Əmək haqqı 600–800 manat aralığında, əlavə bonuslar mövcuddur.
İş yeri Bakı şəhərində yerləşir.
Rus dili əla səviyyədə, Azərbaycan dili sərbəst, İngilis dili arzuolunandır.
Namizədlər öz CV-lərini elektron poçt ünvanına göndərməlidirlər. Müraciət bu səhifədəki formadan göndərilir: məktub birbaşa işəgötürənin poçtuna gedir, qeydiyyat lazım deyil.
Müraciət formasına keçOxşar vakansiyalar
Bütün oxşar vakansiyalarERP üzrə mütəxəssis üzrə Bakıda digər açıq elanlar.
Odoo ERP sistemi üzərindən maliyyə və mühasibatlıq proseslərini idarə edir və optimallaşdırır.



