Daxili audit ofisinin IT auditoru / aparıcı IT auditoru / baş IT auditoru

ABB

Vakansiya haqqında

Görəcəyiniz işlər:

  • Bank və onun törəmələrində auditlərin icrası və ya icrasının dəstəklənməsi;
  • İT audit üzrə Kefiyyətə Əminlik funksiyasının icrası;
  • İT audit istiqamətində normativ baza və metodologiyanın hazırlanması və təkmilləşdirilməsi;
  • Daxili audit fəaliyyətinin requlyativ tələblərə, standarlara və qabaqcıl təcrübəyə uyğunluğunun qiymətləndirilməsində iştirak etmək;
  • Dələduzluq halları üzrə araşdırmaları həyata keçirmək və ya həmin araşdırmaların həyata keçirilməsinə dəstək olmaq;
  • İT sahəsi üzrə risklərin və nəzarət sistemlərinin adekvatlılığının, həmçinin fəaliyyətin səmərəliliyinin və xərclərin effektivliyinin qiymətləndirilməsində iştirak etmək;
  • Daxili audit fəaliyyətinin təşkili və təkmilləşdirilməsi istiqamətində layihələrdə iştirak etmək.
  • İT infrastruktur, siyasət və əməliyyatlarının yoxlanılması və qiymətləndirilməsi;
  • İT sahəsi üzrə risklərin və nəzarət sistemlərinin adekvatlılığının, həmçinin fəaliyyətin səmərəliliyinin və xərclərin effektivliyinin yoxlanılması;
  • Üçüncü tərəf, İT xidmət təminatçıları və autsorsinq razılaşmaları ilə bağlı risklərin qiymətləndirilməsi;
  • İş davamlılığının və fəlakətin bərpası planlarının qiymətləndirilməsi;
  • İT Sistemlərinin və İT İnfrastrukturunun təhlükəsizliyinin adekvatlığının və effektivliyinin yoxlanılması və qiymətləndirilməsi;
  • Məsafədən və yerində auditlər aparmaq,məlumat/məlumat bazalarının təhlilini həyata keçirilməsi;
  • Audit müşahidəsi,tövsiyələr və müəyyən edilmiş tədbirlərin yer aldığı hesabatların tərtib edilməsi;

Bizim üçün uyğun namizəd:

  • Aşağıda qeyd edilən sahələrdən hər hansı birində təcrübə və biliyə sahib olan:
  • İT sistem inzibatçılığı və ya şəbəkə sahəsində fundamental biliyə;
  • Əməliyyat sistemi ilə işləmə bacarığına;
  • İT Governance və ya İT Risk sahəsində 1 il təcrübəyə;
  • Əlaqədar sahələrdə ali təhsil və/və ya sertifikatlara malik olan;
  • Yüksək fərdi xüsusiyyət və dəyərlərə sahib olan;
  • Analitik və kritik düşüncəyə sahib olan;
  • Təşəbbüskarlıq və əzmkarlığı olan;
  • Qərəzsizlik, tərəfsizlik, müstəqilliyi olan;,
  • Məsələlələrə mikro və makro baxışı olan;,
  • Yüksək ünsiyyət bacarıqları olan;
  • Davamlı inkişaf həvəsi olan;
  • Azərbaycan, ingilis və ya rus dili biliklərinə sahib olan (sərbəst şəkildə yazmaq, danışmaq bacarığı olan;
  • Microsoft Office və/və ya data analitik proqramlar ilə işləmə bacarığına sahib olan;
  • Vətəndaş qüsursuzluğu olan şəxsdir.

Bu vakansiyaya uyğunsan?

CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.

Yerləşmə
Bakı, 67 Nizami street
Təcrübə
1+ il
Məşğulluq
Tam ştat
Əməkhaqqı
Göstərilməyib
Yerləşdirilib
3 noyabr 2026
Dillər
Azerbaijani, English, Russian
Baxış
87

Şirkət haqqında

ABB
Banking · 1001-5000 · Bakı
ABB — bütün vakansiyalar

ABB (Azərbaijan Beynəlxalq Bankı / The International Bank of Azerbaijan) — the largest bank in Azerbaijan by assets, with the country's widest branch and ATM network. Offers retail, corporate, SME and digital banking services.

Müraciətin

Bu işəgötürən müraciətləri öz saytında qəbul edir. Vakansiyanın səhifəsinə keç və oradakı formanı doldur.

İşəgötürənin səhifəsinə keç

Tanışına uyğundur?

Dostun linkdən birbaşa müraciət edə bilər

Bu vakansiya haqqında suallar

İş yeri Bakı şəhərindədir, Bakı İqtisadi Zonasında yerləşir.

İT Governance və ya İT Risk sahəsində minimum 1 il təcrübə tələb olunur.

Microsoft Office və data analitik proqramlarla işləmək bacarığı tələb olunur.

Azərbaycan, ingilis və ya rus dillərini sərbəst yazıb danışmaq bacarığı tələb olunur.

Əlaqədar sahələrdə ali təhsil və/və ya sertifikatlara malik olmaq tələb olunur.

Analitik və kritik düşüncəyə, təşəbbüskarlığa, qərəzsizliyə və yüksək ünsiyyət bacarıqlarına sahib olmalıdır.

Bu səhifədəki «Müraciət et» düyməsi işəgötürənin öz müraciət səhifəsinə aparır.

Müraciət formasına keç

Oxşar vakansiyalar

Bütün oxşar vakansiyalar

İT idarəçiliyi üzrə menecer üzrə Bakıda digər açıq elanlar.

Bütün oxşar vakansiyalar
Göstərilməyib
Daxili audit ofisinin IT auditoru / aparıcı IT auditoru / baş IT auditoru
Müraciət et