Vakansiya haqqında

Böyüyən komandamıza IT Şöbə Müdiri axtarırıq!

ERP sistemlərinin effektiv idarə olunmasını, biznes proseslərinin avtomatlaşdırılmasını və proqram təminatı layihələrinin uğurla həyata keçirilməsini təmin edəcək peşəkar rəhbər axtarırıq. Əgər ERP sistemləri, proqramlaşdırma və İT layihələrinin idarə olunması üzrə təcrübəniz varsa, sizi komandamızda görməkdən məmnun olarıq!

Əsas vəzifələr:

  • Şirkətin ERP sisteminin idarə olunmasına, inkişaf etdirilməsinə və fasiləsiz fəaliyyətinə rəhbərlik etmək;
  • Biznes və funksional bölmələrin ehtiyaclarını təhlil etmək, uyğun ERP və proqramlaşdırma həlləri hazırlamaq;
  • ERP sistemində yeni modulların, funksiyaların və iş axınlarının qurulmasını və tətbiqini təmin etmək;
  • Mövcud proqram təminatının təkmilləşdirilməsi, yenilənməsi və optimallaşdırılmasını təşkil etmək;
  • Biznes proseslərinin avtomatlaşdırılması üzrə proqramlaşdırma layihələrini planlaşdırmaq və idarə etmək;
  • ERP sistemi ilə digər proqram və platformalar arasında inteqrasiyaların hazırlanmasına və idarə olunmasına nəzarət etmək;
  • Verilənlər bazasının idarə olunmasını, məlumatların düzgünlüyünü, təhlükəsizliyini və əlçatanlığını təmin etmək;
  • SQL sorğularının, hesabatların və analitik panellərin hazırlanmasını təşkil etmək;
  • İstifadəçilərdən daxil olan texniki müraciətlərin araşdırılmasını və problemlərin operativ həllini təmin etmək;
  • ERP sistemi üzrə istifadəçi təlimatlarının hazırlanmasını və əməkdaşlar üçün təlimlərin keçirilməsini təşkil etmək;
  • Proqram təminatının test edilməsi, texniki səhvlərin müəyyənləşdirilməsi və aradan qaldırılmasına nəzarət etmək;
  • Yeni proqram təminatı və texnoloji həlləri araşdırmaq, qiymətləndirmək və tətbiq etmək;
  • ERP və proqramlaşdırma layihələrinin planlaşdırılmasına, icrasına və nəticələrinin monitorinqinə rəhbərlik etmək;
  • İT komandası daxilində iş bölgüsünü aparmaq, əməkdaşların fəaliyyətini koordinasiya etmək və nəticələri qiymətləndirmək;
  • Xarici proqram təminatı təchizatçıları, vendorlar və texniki tərəfdaşlarla əməkdaşlığı təşkil etmək;
  • Sistemlərin ehtiyat nüsxələrinin alınmasına, məlumatların qorunmasına və bərpa proseslərinə nəzarət etmək;
  • İT sistemləri, proqram təminatı və ERP infrastrukturu üzrə rəhbərliyə mütəmadi hesabatlar təqdim etmək.

Namizəddən gözləntilər:

  • İnformasiya Texnologiyaları, Kompüter Elmləri, Proqramlaşdırma və ya əlaqəli sahə üzrə ali təhsil;
  • ERP sistemləri və proqramlaşdırma üzrə minimum 5 il iş təcrübəsi;
  • IT və ya ERP layihələrinin idarə olunması, komanda rəhbərliyi üzrə təcrübə;
  • ERP sistemlərinin qurulması, konfiqurasiyası, inkişafı və inteqrasiyası üzrə praktiki biliklər;
  • SQL və verilənlər bazası ilə işləmək bacarığı;
  • Python, JavaScript, C#, PHP və ya digər proqramlaşdırma dillərindən biri üzrə yaxşı bilik;
  • API, web servis və sistem inteqrasiyaları haqqında anlayış;
  • Biznes proseslərinin təhlili və avtomatlaşdırılması bacarığı;
  • Texniki sənədlərin, layihə planlarının və istifadəçi təlimatlarının hazırlanması bacarığı;
  • Analitik düşünmə, liderlik, problem həll etmə və qərarvermə bacarıqları;
  • Komanda idarə etmək və müxtəlif şöbələrlə effektiv əməkdaşlıq etmək bacarığı.

Biz nə təklif edirik?

  • Rəqabətli əməkhaqqı;
  • Nahar təminatı;
  • Könüllü tibbi sığorta;
  • Korporativ mobil nömrə;
  • Müasir texnologiyalar və real layihələr üzərində işləmək imkanı.

CV-nizi "İT Şöbə Müdiri" başlığı ilə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərərək müraciət edə bilərsiniz.

Yerləşmə
Bakı
Təcrübə
5+ il
Məşğulluq
Tam ştat
Əməkhaqqı
Göstərilməyib
Yerləşdirilib
28 avqust 2026
Son tarix
28 sentyabr 2026

Şirkət haqqında

Decoliv
Topdansatış və pərakəndə ticarət · Baku

Decoliv – müştərilərə zövqlü interyer və dekorativ əşyalar, mətbəx və ev aksesuarları, həmçinin sezon və hədiyyəlik məhsullar təqdim edən yerli retail konseptidir.

Decoliv — bütün vakansiyalar

Müraciətin

HRX-də profil yarat

Profilə görə işəgötürənin qərarını görəcəksən, sənə uyğun vakansiyaların tövsiyəsini alacaqsan və onlara bir kliklə müraciət edəcəksən.

CV *

Faylı yükləPDF, 8 MB-a qədər

CV-n yoxdur? 5 dəqiqəyə hazırla

İşəgötürən səninlə necə əlaqə saxlasın?

«Vakansiyaya müraciət et» düyməsini basmaqla İstifadə şərtlərini və Məxfilik siyasətini qəbul edirsən.

Bacarıqlara görə oxşar

Bütün oxşar vakansiyalar

Bu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.

Bütün oxşar vakansiyalar
Göstərilməyib
İT şöbə müdiri
Müraciət et