İT infrastrukturunun texniki dəstəyi və problemlərin həlli üçün ən azı 1 il təcrübə tələb olunur
Vakansiya haqqında
Vəzifə öhdəlikləri:
- Texniki yardım müraciətlərinə elektron, telefon vasitəsilə və ya şəxsən cavab vermək
- Texniki avadanlıq və proqram təminatı məsələlərini müəyyənləşdirmək və həll etmək
- Kompüter, printer, şəbəkə və digər IT avadanlıqların ilkin diaqnostikası və texniki dəstəyi
- Standart prosedurlara uyğun olaraq məlumat xidmətlərini icra etmək və fəaliyyətləri qeydiyyata almaq
- Problemləri düzgün mənbələrə və müvafiq şəxslərə yönəltmək, təcili diqqət tələb edən halları müəyyənləşdirmək
- Təkrarlanan problemlər barədə rəhbərliyə məlumat vermək
- Sistem məlumatları, dəyişikliklər və yeniliklər barədə daim məlumatlı
Tələblər:
- Müvafiq sahə üzrə bakalavr dərəcəsi
- İT sahəsində 1 ildən artıq iş təcrübəsi
- Azərbaycan və İngilis dili biliyi (texniki səviyyə)
- IP, DHCP, DNS, LAN, WLAN və s. şəbəkə texnologiyaları üzrə baza biliklər
- Komandada işləmək və ünsiyyət bacarığı
- Tapşırıqları prioritetləşdirmək və eyni anda bir neçə işi idarə etmək bacarığı
- İş proseslərini düzgün və sistemli şəkildə qurmaq bacarığı
- PC, e-mail, internet və Microsoft Office proqramlarında (Word, Excel, Outlook, PowerPoint) işləmə bacarığı
- Pərakəndə satış sahəsində təcrübəsi olan, kassa və tərəzi ilə işləməyi bacaran namizədlərə üstünlük verilir
Vakansiya üzrə müraciətlər Müraciət et düyməsində qeyd olunan elektron ünvanına mövzu bölməsində “İT dəstək təminatçısı” qeyd etməklə edə bilərlər. Həmçinin bildirmək istərdik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır
Yerləşmə
Azərbaycan
Təcrübə
1+ il
Məşğulluq
Tam ştat
Əməkhaqqı
Göstərilməyib
Yerləşdirilib
14 avqust 2026
Dillər
Azerbaijani, English
Son tarix
14 sentyabr 2026
Şirkət haqqında
Bravo Supermarketlər şəbəkəsi
Retail · Baku
Müraciətin
Bacarıqlara görə oxşar
Bütün oxşar vakansiyalarBu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.
Maaş göstərilməyib
Maaş göstərilməyib
Daxili istifadəçilərə ilkin İT dəstəyi göstərir və texniki problemləri həll edir.
Müraciət etAsan müraciətAsan müraciət
Maaş göstərilməyib
Mağaza və back-office istifadəçilərinə L1/L2 texniki dəstək göstərmək, ən az 1 il təcrübə.
Maaş göstərilməyib3 gün qalıb
Bankomat və terminallarda texniki dəstək göstərmək və Windows OS qurmaq.




