Vakansiya haqqında

Əsas vəzifələr

  • İstifadəçilərə gündəlik texniki dəstək göstərmək, yaranan texniki problemləri operativ şəkildə araşdırmaq və həll etmək;
  • Windows 10/11 əməliyyat sistemlərinin quraşdırılması, sazlanması və diaqnostikasını həyata keçirmək;
  • Kompüter, printer, skaner və digər periferik avadanlıqların quraşdırılmasını, sazlanmasını və texniki işlək vəziyyətdə saxlanılmasını təmin etmək;
  • Active Directory üzərindən istifadəçi hesablarının yaradılması, idarə edilməsi, parolların sıfırlanması və digər əməliyyatları həyata keçirmək;
  • Şəbəkə bağlantıları, VPN, DNS, DHCP və TCP/IP ilə bağlı yaranan problemləri araşdırmaq və aradan qaldırmaq;
  • MS Office, Outlook, Teams və digər ofis proqramlarının quraşdırılması və sazlanmasını təmin etmək;
  • İstifadəçilərdən daxil olan texniki müraciətləri tiket sistemi vasitəsilə qeydiyyata almaq, izləmək və vaxtında cavablandırmaq;
  • Zərurət yarandıqda uzaqdan qoşulma proqramları vasitəsilə istifadəçilərə texniki dəstək göstərmək;
  • İT avadanlıqlarının inventar uçotunun aparılmasında və texniki vəziyyətinin izlənilməsində iştirak etmək;
  • İstifadəçilər üçün texniki təlimatların hazırlanmasına və bilik bazasının yenilənməsinə dəstək olmaq;
  • Rəhbərlik tərəfindən verilən digər müvafiq tapşırıqları yerinə yetirmək.

Tələblər

  • Texniki dəstək, Helpdesk və ya oxşar sahə üzrə minimum 3 il iş təcrübəsi;
  • Windows 10/11 əməliyyat sistemlərinin quraşdırılması, sazlanması və diaqnostikası üzrə əla biliklər;
  • TCP/IP, DNS, DHCP və VPN kimi şəbəkə protokolları və xidmətləri haqqında biliklər;
  • Active Directory ilə işləmək bacarığı (istifadəçi hesablarının yaradılması, parolların sıfırlanması və s.);
  • MS Office, Outlook, Teams və digər ofis proqramlarının quraşdırılması və sazlanması üzrə təcrübə;
  • Printer, MFP, skaner və digər periferik avadanlıqların quraşdırılması və sazlanması üzrə biliklər;
  • Tiket sistemləri ilə işləmək təcrübəsi;
  • ITIL prinsipləri, insidentlərin və xidmət sorğularının idarə edilməsi, eskalasiya prosesləri üzrə bilik və ya iş təcrübəsi;
  • RDP, AnyDesk, TeamViewer və digər uzaqdan qoşulma proqramları ilə işləmək bacarığı;
  • İT avadanlıqlarının inventarizasiyası, qeydiyyatı, etiketlənməsi və silinməsi üzrə təcrübə;
  • Texniki sənədləri oxuyub anlamaq səviyyəsində ingilis dili biliyi;
  • Məsuliyyətlilik, diqqətlilik və komandada işləmək bacarığı.
  • İş yeri: Nardaran qəsəbəsi, Sea Breeze;
  • Nahar və nəqliyyat şirkət tərəfindən təmin edilir.

Bu vakansiyaya uyğunsan?

CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.

Yerləşmə
Bakı, Nardaran qəsəbəsi, Sea Breeze
Təcrübə
3+ il
Məşğulluq
Tam ştat
Əməkhaqqı
Göstərilməyib
Yerləşdirilib
17 noyabr 2026
Son tarix
17 dekabr 2026
HRX ilə müraciət
10
Baxış
443

Maaş bazarla müqayisədə

İşəgötürən məbləği göstərməyib. İT texniki dəstək üzrə mütəxəssis üzrə bazar adətən 700–1 100 ₼ ödəyir, median — 900 ₼.

adətən bu qədər ödəyirlərnadir hallarda

26 açıq vakansiya, 77 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».

İT texniki dəstək üzrə mütəxəssis kimi öz maaşını yoxla

Şirkət haqqında

Nardaran İnvest
Real Estate · Bakı
Nardaran İnvest — bütün vakansiyalar

Müraciətin

HRX-də profil yarat

Profilə görə işəgötürənin qərarını görəcəksən, sənə uyğun vakansiyaların tövsiyəsini alacaqsan və onlara bir kliklə müraciət edəcəksən.

CV

Faylı yükləPDF, 8 MB-a qədər

CV-niz artıq HRX-dədirsə, faylı yükləmək lazım deyil — nömrənizi təsdiqləyin, onu özümüz qoşacağıq.

CV-n yoxdur? 5 dəqiqəyə hazırla

İşəgötürən səninlə necə əlaqə saxlasın?

«Vakansiyaya müraciət et» düyməsini basmaqla İstifadə şərtlərini və Məxfilik siyasətini qəbul edirsən.

Tanışına uyğundur?

Dostun linkdən birbaşa müraciət edə bilər

Bu vakansiya haqqında suallar

İş yeri Nardaran qəsəbəsi, Sea Breeze-də yerləşir.

Müraciət üçün sənədlər e-mail vasitəsilə göndərilməlidir. Müraciət bu səhifədəki formadan göndərilir: məktub birbaşa işəgötürənin poçtuna gedir, qeydiyyat lazım deyil.

Müraciət formasına keç

Minimum 3 il iş təcrübəsi tələb olunur.

Şirkət tərəfindən nahar və nəqliyyat təmin edilir.

Oxşar vakansiyalar

Bütün oxşar vakansiyalar

İT texniki dəstək üzrə mütəxəssis üzrə Bakıda digər açıq elanlar.

Proxima Tech Solutions
Mütəxəssis · 3+ ilBakı
Maaş göstərilməyib

Mağazalarda İT avadanlıqlarının quraşdırılması və dəstəyi üzrə ən azı 3 il təcrübəsi tələb olunur

Technical DocumentationInventory ManagementMicrosoft WindowsMicrosoft 365+3
Müraciət etBirbaşa işəgötürənəBirbaşa işəgötürənə
Azersun Holding
Yeni başlayan · 1+ ilBakı
Maaş göstərilməyib

Server və şəbəkə infrastrukturunun idarə olunmasını və texniki dəstəyini təmin etmək üçün IT bilikləri tələb olunur

TeamworkServer ManagementNetwork InfrastructureInformation Security+13
Müraciət etBirbaşa işəgötürənəBirbaşa işəgötürənə
Bütün oxşar vakansiyalar
Göstərilməyib
İnformasiya texnologiyaları üzrə mütəxəssis
Müraciət et