İT təhlükəsizliyi üzrə kiçik mütəxəssis, kiberdələduzluğa qarşı mübarizə şöbəsi

“Rabitə Bank” ASC

Vakansiya haqqında

Təsvir

"Rabitəbank" ASC İT Təhlükəsizliyi Departamentinin Kiberdələduzluğa qarşı mübarizə şöbəsində Kiçik mütəxəssis vəzifəsinə işə qəbul elan edir.

Ölkənin ən iri banklarından biri olan “Rabitəbank” ASC Sizə uğurlu karyera qurmaq, şəxsi inkişafınıza peşəkar komandada nail olmaq imkanı yaradır. Rabitəbank öyrənməyə meyilli olan, pozitiv, işinə yaradıcı yanaşan şəxslərin axtarışındadır.

Vəzifə öhdəlikləri:

  • Kart və rəqəmsal kanallar üzrə əməliyyatların fırıldaqçılığa qarşı monitorinq sistemlərində izlənilməsi;
  • Sistemlər tərəfindən yaradılan siqnalların ilkin təhlili, təsnifatı və müvafiq qaydada eskalasiyası;
  • Şübhəli əməliyyatlar üzrə müştəri ilə əlaqə saxlanılması, əməliyyatın təsdiqlənməsi və ya bloklanması üzrə prosedurların icrası;
  • Fırıldaqçılıq halları üzrə insidentlərin idarə edilməsi sistemində qeydiyyatın aparılması və sənədləşdirilməsi;
  • Müştəri müraciətlərinin ilkin araşdırılması və aidiyyəti struktur bölmələrə yönləndirilməsi;
  • Fırıldaqçılığa qarşı qaydaların effektivliyinin izlənilməsi, yanlış müsbət hallar üzrə statistikanın hazırlanması;
  • Gündəlik, həftəlik və aylıq hesabatların hazırlanması;
  • Ödəniş sistemlərinin və prosessinq mərkəzinin fırıldaqçılığa qarşı mübarizə alətləri üzrə əməliyyat işlərinin icrası;
  • Yeni fırıldaqçılıq sxemləri üzrə məlumatların toplanması və şöbə daxilində paylaşılması;
  • Aidiyyəti struktur bölmələrlə operativ koordinasiya.

Tələblər

  • Ali təhsil (İnformasiya texnologiyaları, maliyyə, riyaziyyat və ya iqtisadiyyat üzrə üstünlük verilir);
  • İnformasiya təhlükəsizliyi, fırıldaqçılığa qarşı mübarizə və ya bank əməliyyatları sahəsində 1 ilədək iş təcrübəsi; təcrübəsi olmayan, lakin sahə üzrə müvafiq nəzəri biliklərə malik namizədlərə də baxılır;
  • Azərbaycan, Rus və İngilis (texniki) dillərini yaxşı səviyyədə bilmək;
  • Kart ödəniş sistemlərinin iş prinsipləri barədə ümumi biliklər;
  • Fırıldaqçılıq sxemləri (sosial mühəndislik, fişinq, hesabın ələ keçirilməsi, kart məlumatlarının oğurlanması) barədə məlumatlılıq;
  • SQL üzrə təməl biliklər;
  • MS Office proqramları üzrə biliklər;
  • Loq və əməliyyat məlumatlarının təhlili bacarığı;
  • Analitik düşüncə, diqqətlilik, məsuliyyətlilik və operativlik;
  • Yüksək iş həcmi şəraitində konsentrasiyanı qoruya bilmək;
  • Məxfiliyin qorunması üzrə tələblərə ciddi riayət;
  • Ünsiyyətqurma və komandada işləmək bacarığı.

Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!

Bu vakansiyaya uyğunsan?

CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.

CV‑ni yoxla
Yerləşmə
Bərdə
Təcrübə
Junior
Məşğulluq
Tam ştat
Əməkhaqqı
Göstərilməyib
Yerləşdirilib
4 sentyabr 2026
Dillər
Azerbaijani, Russian, English
Son tarix
4 oktyabr 2026
Baxış
30

Maaş bazarla müqayisədə

İşəgötürən məbləği göstərməyib. Kibertəhlükəsizlik üzrə mütəxəssis üzrə bazar adətən 650–1 300 ₼ ödəyir, median — 1 000 ₼.

adətən bu qədər ödəyirlərnadir hallarda

23 açıq vakansiya, 17 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».

Kibertəhlükəsizlik üzrə mütəxəssis kimi öz maaşını yoxla

Şirkət haqqında

“Rabitə Bank” ASC
Banking · Bakı
“Rabitə Bank” ASC — bütün vakansiyalar

Müraciətin

Bu işəgötürən müraciətləri öz saytında qəbul edir. Vakansiyanın səhifəsinə keç və oradakı formanı doldur.

İşəgötürənin səhifəsinə keç

Bu vakansiya haqqında suallar

İş yeri Bərdədə yerləşir.

İnformasiya təhlükəsizliyi və ya bank əməliyyatları sahəsində 1 ilədək iş təcrübəsi tələb olunur, lakin təcrübəsiz namizədlər də müraciət edə bilər.

Fırıldaqçılığa qarşı monitorinq, siqnalların təhlili, müştəri ilə əlaqə və hesabatların hazırlanması daxildir.

Bu səhifədəki «Müraciət et» düyməsi işəgötürənin öz müraciət səhifəsinə aparır.

Müraciət formasına keç

Oxşar vakansiyalar

Bütün oxşar vakansiyalar

Kibertəhlükəsizlik üzrə mütəxəssis üzrə Bərdəda digər açıq elanlar.

Prior BOKT
Middle · 3+ ilBakı
Maaş göstərilməyib

İnformasiya təhlükəsizliyi üzrə siyasət və risklərin idarə edilməsində iştirak edir, ən azı 3 il təcrübə tələb olunur.

Compliance ManagementFirewall ManagementInformation Security ManagementRisk Assessment+12
Müraciət etBirbaşa işəgötürənəBirbaşa işəgötürənə
Kapital Bank
JuniorBakı
Maaş göstərilməyib

İnfrastruktur və informasiya sistemlərini 24/7 monitorinq edir, kiber təhlükəsizlik bilikləri tələb olunur.

CybersecurityTeamworkInformation SecuritySecurity Event Monitoring+4
Müraciət et
Bir
JuniorBakı
Maaş göstərilməyib

İnfrastruktur və informasiya sistemlərini 24/7 monitor etmək və kibertəhlükəsizlik biliklərinə malik olmaq.

CybersecurityTeamworkInformation SecuritySecurity Event Monitoring+5
Müraciət et
Xalq Həyat Sığorta
Junior · 1+ ilBakı
Maaş göstərilməyib

Ofis nəzarətçisi binanın və əməkdaşların təhlükəsizliyini təmin edir, təhlükəsizlik qaydalarını bilir.

Inventory ManagementSecurity ManagementDocument VerificationComputer Literacy+1
Müraciət etBirbaşa işəgötürənəBirbaşa işəgötürənə
Bütün oxşar vakansiyalar
Göstərilməyib
İT təhlükəsizliyi üzrə kiçik mütəxəssis, kiberdələduzluğa qarşı mübarizə şöbəsi
Müraciət et