Məlumat təhlükəsizliyinin idarə olunması və uyğunluğunu təmin etmək üçün təhlükəsizlik siyasətləri hazırlayır.
Vakansiya haqqında
Aviation Services Group Kibertəhlükəsizlik üzrə Menecer vəzifəsinə işçi axtarışını elan edir.
Vəzifə borcları:
- Cəmiyyətin informasiya sistemlərinin və infrastrukturunun kibertəhlükəsizliyini təmin etmək;
- İnformasiya təhlükəsizliyi sahəsində qanunvericiliyin və daxili normativ sənədlərin tələblərinə əməl olunmasına nəzarət etmək;
- İnformasiya təhlükəsizliyi üzrə siyasət və prosedurların hazırlanmasında və tətbiqində iştirak etmək;
- Kibertəhlükəsizlik risklərini qiymətləndirmək və onların azaldılması üçün tədbirlər təklif etmək;
- Təhlükəsizlik insidentlərinin aşkarlanmasını və onlara vaxtında reaksiya verilməsini təmin etmək;
- Aidiyyəti dövlət qurumları və struktur bölmələri ilə kibertəhlükəsizlik məsələləri üzrə qarşılıqlı əlaqə qurmaq;
- Əməkdaşların informasiya təhlükəsizliyi üzrə məlumatlılığının artırılmasında iştirak etmək;
- Rəhbərliyin kibertəhlükəsizlik sahəsində verdiyi digər tapşırıqları yerinə yetirmək.
Tələblər:
- Ali təhsil - İnformasiya texnologiyaları, kompüter elmləri, informasiya təhlükəsizliyi və ya əlaqəli ixtisas;
- Iş təcrübəsi: İnformasiya təhlükəsizliyi və ya kibertəhlükəsizlik sahəsində ən azı 3 il iş təcrübəsi (aviasiya sahəsində təcrübə üstünlükdür);
- CompTIA Security + ISO/IEC 27001 və ya oxşar sertifikatların olması üstünlükdür;
- Kompüter proqramları bilikləri: MS Office; şəbəkə təhlükəsizliyi vasitələri (firewall, IDS/IPS, SIEM, EDR); Windows və Linux əməliyyat sistemləri; zəifliklərin skan edilməsi alətləri
- Kibertəhlükəsizlik və fərdi məlumatlar sahəsində Azərbaycan Respublikasının qanunvericiliyini bilmək;
- ISO/IEC 27001, NIST CSF və ya oxşar beynəlxalq standartları bilmək;
- Risklərin qiymətləndirilməsi və insidentlərin idarə edilməsi bacarığı;
- Bulud xidmətlərinin təhlükəsizliyi üzrə biliklər;
- Analitik düşüncə, məsuliyyət və konfidensiallığa riayət;
- Stres altında operativ qərar qəbul etmək bacarığı;
- Zərurət yarandıqda iş vaxtından kənar insidentlərə reaksiya verməyə hazır olmaq;
- Dil bilikləri: Azərbaycan dili - əla; ingilis və rus dilləri – yaxşı səviyyədə bilmək.
İş Şəraiti:
- Əmək münasibətləri Azərbaycan Respublikası Əmək Məcəlləsi əsasında tənzimlənir
- İş yeri: Bakı, Heydər Əliyev Beynəlxalq Aeroportu
- İş qrafiki: Tam ştat (həftədə 5 gün, saat 10:00-dan 19:00-dək).
- Şirkət Koroğlu m/st ödənişsiz servis nəqliyyatı təmin edir.
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Maaş bazarla müqayisədə
İşəgötürən məbləği göstərməyib. Kibertəhlükəsizlik üzrə mütəxəssis üzrə bazar adətən 600–1 300 ₼ ödəyir, median — 900 ₼.
26 açıq vakansiya, 32 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».
Kibertəhlükəsizlik üzrə mütəxəssis kimi öz maaşını yoxlaŞirkət haqqında
“Aviation Services Group” - Azərbaycan Respublikasında və beynəlxalq aviasiya biznesində tanınan və uzun tarixə malik olan, peşəkar müəssisələri əhatə edən şirkətlər qrupudur.
Müraciətin
Bu işəgötürən müraciətləri öz saytında qəbul edir. Vakansiyanın səhifəsinə keç və oradakı formanı doldur.
İşəgötürənin səhifəsinə keçBu vakansiya haqqında suallar
İş yeri Bakı şəhərində, Heydər Əliyev Beynəlxalq Aeroportundadır.
İş həftədə 5 gün, saat 10:00-dan 19:00-dək tam ştatdır.
Əmək münasibətləri Azərbaycan Respublikası Əmək Məcəlləsi əsasında tənzimlənir.
Bu səhifədəki «Müraciət et» düyməsi işəgötürənin öz müraciət səhifəsinə aparır.
Müraciət formasına keçAzərbaycan dili əla, ingilis və rus dilləri yaxşı səviyyədə tələb olunur.
İnformasiya təhlükəsizliyi və ya kibertəhlükəsizlik sahəsində ən azı 3 il iş təcrübəsi tələb olunur.
Oxşar vakansiyalar
Bütün oxşar vakansiyalarKibertəhlükəsizlik üzrə mütəxəssis üzrə Bakıda digər açıq elanlar.
Bankda informasiya təhlükəsizliyi idarəetmə sistemini inkişaf etdirmək və riskləri idarə etmək tələb olunur
İnformasiya təhlükəsizliyi siyasətləri hazırlamaq və riskləri idarə etmək üçün 3 il təcrübə tələb olunur
İnformasiya təhlükəsizliyi insidentlərini araşdırmaq və SIEM, SOAR platformalarında işləmək bacarığı tələb olunur




