Vakansiya haqqında

Təsvir

  • Bankın inzibati və əməliyyat obyektlərində təhlükəsizlik və nəzarətin təmin edilməsi məqsədilə videomüşahidə və digər nəzarət sistemlərini fasiləsiz izləmək;
  • Videomüşahidə kameralarından daxil olan görüntüləri operativ şəkildə monitorinq etmək, şübhəli və ya qeyri-adi halları müəyyənləşdirmək və aidiyyəti şəxslərə məlumat vermək;
  • Bankın filiallarında, baş ofisində və digər obyektlərində baş verən hadisələri operativ müəyyən etmək, hadisə barədə müəyyən edilmiş prosedura uyğun olaraq rəhbərliyi və aidiyyəti struktur bölmələri məlumatlandırmaq;
  • Nəzarət sistemlərində aşkar edilmiş texniki nasazlıqlar barədə aidiyyəti struktur bölmələrə məlumat vermək və nasazlıqların aradan qaldırılmasını izləmək;
  • Nəzarət zamanı müəyyən edilmiş pozuntu, insident və şübhəli hallarla bağlı müvafiq məlumatları qeydiyyata almaq və hesabatların hazırlanmasında iştirak etmək;
  • Hadisə və insidentlərlə bağlı video görüntülərin müəyyən edilmiş qaydada qorunmasını və aidiyyəti şəxslərə təqdim edilməsini təmin etmək;
  • Bank əməkdaşlarının və üçüncü şəxslərin müəyyən edilmiş təhlükəsizlik və giriş-çıxış qaydalarına riayət etməsinə nəzarət etmək;
  • Fövqəladə hallar, təhlükəsizlik insidentləri və digər riskli vəziyyətlər zamanı müəyyən edilmiş prosedurlara uyğun operativ tədbirlər görmək və aidiyyəti şəxsləri məlumatlandırmaq;
  • Növbə ərzində baş vermiş hadisələr, aşkar edilmiş risklər və görülmüş tədbirlər barədə növbəni təhvil alan əməkdaşa ətraflı məlumat vermək və növbə təhvil-təslimini müəyyən edilmiş qaydada həyata keçirmək;
  • Nəzarət sistemlərindən əldə edilən məlumatların məxfiliyini qorumaq və həmin məlumatlardan yalnız xidməti məqsədlər üçün istifadə etmək;
  • Nəzarət şöbəsinin fəaliyyətinə aid digər tapşırıqları müəyyən edilmiş qaydada və vaxtında yerinə yetirmək.

Tələblər

  • Müvafiq sahə üzrə Ali təhsil;
  • Təhlükəsizlik, nəzarət, videomüşahidə və ya müvafiq sahələrdə iş təcrübəsi;
  • Videomüşahidə və digər texniki nəzarət sistemləri ilə işləmək bacarığı;
  • Təhlükəsizlik qaydaları və fövqəladə hallarda davranış prosedurları barədə məlumatlı olmaq;
  • Şübhəli və riskli halları operativ müəyyən etmək və düzgün qiymətləndirmək bacarığı;
  • Diqqətli, məsuliyyətli və yüksək müşahidə qabiliyyətinə malik olmaq;
  • Növbəli iş rejimində işləmək imkanı;
  • Komandada işləmək və operativ kommunikasiya bacarığı;
  • MS Office proqramlarından istifadə etmək bacarığı;
  • Xidməti məlumatların məxfiliyinin qorunması prinsiplərinə riayət etmək.

Bu vakansiyaya uyğunsan?

CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.

Yerləşmə
Bakı, 55 Rashid Behbudov Street
Təcrübə
Middle
Məşğulluq
Tam ştat
Əməkhaqqı
Göstərilməyib
Yerləşdirilib
23 noyabr 2026
Son tarix
23 dekabr 2026
Baxış
44

Maaş bazarla müqayisədə

İşəgötürən məbləği göstərməyib. Kibertəhlükəsizlik üzrə mütəxəssis üzrə bazar adətən 600–1 300 ₼ ödəyir, median — 900 ₼.

adətən bu qədər ödəyirlərnadir hallarda

26 açıq vakansiya, 32 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».

Kibertəhlükəsizlik üzrə mütəxəssis kimi öz maaşını yoxla

Şirkət haqqında

Unibank
Banking · 1001-5000 · Bakı
Unibank — bütün vakansiyalar

Müraciətin

Bu işəgötürən müraciətləri öz saytında qəbul edir. Vakansiyanın səhifəsinə keç və oradakı formanı doldur.

İşəgötürənin səhifəsinə keç

Tanışına uyğundur?

Dostun linkdən birbaşa müraciət edə bilər

Bu vakansiya haqqında suallar

İş yeri Bakı şəhərindədir.

Növbəli iş rejimində işləmək tələb olunur.

Təhlükəsizlik, nəzarət və videomüşahidə sahəsində iş təcrübəsi tələb olunur.

MS Office proqramlarından istifadə bacarığı tələb olunur.

Müvafiq sahə üzrə ali təhsil tələb olunur.

Videomüşahidə sistemləri ilə işləmək, təhlükəsizlik qaydalarını bilmək və fövqəladə hallarda operativ tədbirlər görmək bacarığı tələb olunur.

Bu səhifədəki «Müraciət et» düyməsi işəgötürənin öz müraciət səhifəsinə aparır.

Müraciət formasına keç

Oxşar vakansiyalar

Bütün oxşar vakansiyalar

Kibertəhlükəsizlik üzrə mütəxəssis üzrə Bakıda digər açıq elanlar.

Bütün oxşar vakansiyalar
Göstərilməyib
Nəzarət şöbəsinin aparıcı operatoru
Müraciət et