Vakansiya haqqında

Guven Technology — bizneslərin rəqəmsal transformasiyasını dəstəkləyən, müasir və innovativ İT həlləri təqdim edən texnologiya şirkətidir. Şirkət informasiya texnologiyaları, İT infrastrukturu, şəbəkə həlləri və kibertəhlükəsizlik istiqamətlərində fəaliyyət göstərir.

Komandamıza şəbəkə infrastrukturunun idarə edilməsi, inkişafı və təhlükəsizliyinin təmin olunması, texniki əməliyyatların effektiv təşkili və şəbəkə komandası fəaliyyətinin koordinasiyası istiqamətində təcrübəli və nəticəyönümlü Şəbəkələr üzrə Qrup Rəhbəri (Network Team Lead) axtarırıq.

  • Şirkətin və xidmət göstərilən müəssisələrin şəbəkə infrastrukturunun layihələndirilməsi, inkişafı və idarə edilməsinə rəhbərlik etmək;
  • LAN, WAN, WLAN, SD-WAN, VPN və digər şəbəkə həllərinin arxitekturasının müəyyənləşdirilməsini və tətbiqini təmin etmək;
  • Şəbəkə infrastrukturunun dayanıqlı, fasiləsiz, təhlükəsiz və effektiv fəaliyyətinə nəzarət etmək;
  • Şəbəkə avadanlıqlarının, internet bağlantılarının, Firewall, VPN və VoIP xidmətlərinin monitorinqini və texniki vəziyyətinin idarə edilməsini təmin etmək;
  • Şəbəkə üzrə Incident, Problem və Change Management proseslərinin effektiv icrasını təşkil etmək, insidentlərin kök səbəblərinin müəyyənləşdirilməsinə və aradan qaldırılmasına rəhbərlik etmək;
  • Şəbəkə infrastrukturunda informasiya təhlükəsizliyi standartlarının, şəbəkə seqmentləşdirmə və girişə nəzarət mexanizmlərinin tətbiqini təmin etmək;
  • Şəbəkə xidmətləri üzrə SLA və KPI göstəricilərinin izlənilməsini və müəyyən edilmiş hədəflərə nail olunmasını təmin etmək;
  • Şəbəkə infrastrukturu üzrə layihələrin planlaşdırılmasına və icrasına rəhbərlik etmək, layihələrin vaxtında və müəyyən edilmiş büdcə çərçivəsində tamamlanmasına nəzarət etmək;
  • Şəbəkə avadanlıqları, proqram təminatı və lisenziyalar üzrə ehtiyacları müəyyənləşdirmək, texniki spesifikasiyaların hazırlanmasını və resursların effektiv idarə edilməsini təmin etmək;
  • Təchizatçılar və telekommunikasiya operatorları ilə texniki məsələlər üzrə əməkdaşlığı və koordinasiyanı həyata keçirmək;
  • Şəbəkə komandasının fəaliyyətini təşkil etmək, iş bölgüsünü və tapşırıqların icrasını koordinasiya etmək, əməkdaşların fəaliyyətini qiymətləndirmək və peşəkar inkişafını dəstəkləmək;
  • Komanda daxilində texniki bilik mübadiləsini, sənədləşməni və bilik bazasının formalaşdırılmasını təmin etmək;
  • Şəbəkə infrastrukturunun vəziyyəti, xidmət keyfiyyəti, insidentlər, risklər və layihələrin icrası üzrə hesabatları hazırlamaq və rəhbərliyə təqdim etmək;
  • Şəbəkə infrastrukturunun optimallaşdırılması, standartlaşdırılması və yeni texnologiyaların tətbiqi istiqamətində təşəbbüslər irəli sürmək.

Bu vakansiyaya uyğunsan?

CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.

Yerləşmə
Bakı, Neftchilar Avenue 153
Təcrübə
Lead / Head
Məşğulluq
Tam ştat
Əməkhaqqı
Göstərilməyib
Yerləşdirilib
13 noyabr 2026
Son tarix
12 dekabr 2026
Baxış
92

Maaş bazarla müqayisədə

İşəgötürən məbləği göstərməyib. Şəbəkə inzibatçısı üzrə bazar adətən 800–1 800 ₼ ödəyir, median — 1 000 ₼.

adətən bu qədər ödəyirlərnadir hallarda

4 açıq vakansiya, 15 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».

Şəbəkə inzibatçısı kimi öz maaşını yoxla

Şirkət haqqında

Guven Technology MMC
IT Services and IT Consulting · 50-100 · Bakı
Guven Technology MMC — bütün vakansiyalar

Müraciətin

Bu işəgötürən müraciətləri öz saytında qəbul edir. Vakansiyanın səhifəsinə keç və oradakı formanı doldur.

İşəgötürənin səhifəsinə keç

Tanışına uyğundur?

Dostun linkdən birbaşa müraciət edə bilər

Bu vakansiya haqqında suallar

İş yeri Bakı şəhərindədir.

Müraciət üçün son tarix 12 dekabr 2026-cı ildir.

Bu səhifədəki «Müraciət et» düyməsi işəgötürənin öz müraciət səhifəsinə aparır.

Müraciət formasına keç

Oxşar vakansiyalar

Bütün oxşar vakansiyalar

Şəbəkə inzibatçısı üzrə Bakıda digər açıq elanlar.

AzerGold
Təcrübəli mütəxəssis · 3+ ilBakı
Maaş göstərilməyib

Korporativ şəbəkənin təhlükəsizliyini və fasiləsizliyini təmin etmək üçün şəbəkə avadanlıqlarını idarə edir.

Router ConfigurationSwitch ConfigurationTechnical DocumentationTCP/IP+60
Müraciət etBirbaşa işəgötürənəBirbaşa işəgötürənə
AZROKSAN LLC
Mütəxəssis · 4+ ilBakı
Maaş göstərilməyib

Şəbəkə infrastrukturunu idarə edir, konfiqurasiya edir və təhlükəsizlik standartlarına uyğun təcrübə tələb edir

Router ConfigurationSwitch ConfigurationISO 27001Load Balancing+43
Müraciət etBirbaşa işəgötürənəBirbaşa işəgötürənə
Bütün oxşar vakansiyalar
Göstərilməyib
Şəbəkələr üzrə qrup rəhbəri
Müraciət et