Sistem və şəbəkə infrastrukturunu idarə edir, server və şəbəkə biliklərinə malikdir.
Vakansiya haqqında
- Cisco WLC platforması üzərində simsiz şəbəkə infrastrukturunun (WLAN) mərkəzləşdirilmiş konfiqurasiyasının və idarəçiliyinin həyata keçirilməsi;
- Cisco ISE platforması əsasında şəbəkəyə giriş nəzarəti (NAC) mexanizmlərinin, 802.1X autentifikasiya siyasətlərinin və rol əsaslı avtorizasiya qaydalarının tətbiqi və idarə edilməsi;
- Cisco CUCM (Unified Communications Manager) platforması üzərində korporativ IP telefoniya infrastrukturunun konfiqurasiyasının və idarəçiliyinin həyata keçirilməsi;
- Firewall avadanlıqları üzərində korporativ təhlükəsizlik siyasətlərinin, trafik filtrləmə qaydalarının və zona əsaslı seqmentasiyanın (Zone-Based Security) tətbiqi, davamlı saxlanması və müntəzəm baxışının (review) həyata keçirilməsi;
- Şəbəkə infrastrukturu avadanlıqlarının (WLC, ISE, CUCM, Firewall, Router, Switch və s.) proqram təminatının istehsalçı tərəfindən tövsiyə olunan ən son stabil versiyalara uyğun müntəzəm yenilənməsinin (firmware/software upgrade) planlaşdırılması və həyata keçirilməsi;
- Şəbəkə infrastrukturuna aid IT aktivlərin konfiqurasiya ehtiyat nüsxələrinin (backup) dövri alınması, saxlanılması və bütövlüyünün yoxlanılmasının təmin edilməsi;
- Şəbəkə monitorinq alətlərindən istifadə etməklə şəbəkə infrastrukturunun davamlılığının izlənməsi, performans göstəricilərinin sistematik təhlili və şöbə rəhbərinə hesabatların təqdim edilməsi;
- İnsident və problem idarəetməsi (Incident & Problem Management) prosesləri çərçivəsində kök-səbəb analizinin (RCA) aparılması və profilaktik tədbirlərin tətbiqi;
- Dəyişiklik idarəetməsi (Change Management) prosedurlarına uyğun olaraq şəbəkə konfiqurasiya dəyişikliklərinin planlaşdırılması, tətbiqi və sənədləşdirilməsi;
- Şəbəkə infrastrukturunun (LAN, WAN, WLAN, IP telefoniya və s.) performans göstəricilərinin təhlili əsasında zəif nöqtələrin aşkar edilməsi və optimallaşdırma tədbirlərinin tətbiqi;
- Şəbəkə infrastrukturuna dair aktual topologiya sxemlərinin, diagramlarının, IP ünvanlama cədvəllərinin və digər texniki sənədlərinin müntəzəm yenilənməsi və saxlanması;
- Xidmət təminatçıları və müqavilə əsasında xidmət göstərilən tərəflərlə texniki əməkdaşlığın aparılması, müəyyən edilmiş xidmət səviyyəsi müqavilələri (SLA) üzrə öhdəliklərin izlənməsi və yerinə yetirilməsinin təmin edilməsi;
- Şəbəkə infrastrukturu üzrə daxil olan müraciətlərin qəbul edilməsi, müəyyən edilmiş SLA çərçivəsində həll edilməsi və texniki dəstəyin göstərilməsi;
- Bilavasitə rəhbərlik tərəfindən şəbəkə infrastrukturu fəaliyyəti çərçivəsində həvalə edilən digər tapşırıqların icrası
- İT İdarə rəisi tərəfindən verilən digər bütün tapşırıqların səlahiyyətləri çərçivəsində icrasını təmin etmək.
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Maaş bazarla müqayisədə
İşəgötürən məbləği göstərməyib. Sistem administratoru üzrə bazar adətən 1 400–1 800 ₼ ödəyir, median — 1 500 ₼.
24 açıq vakansiya, 11 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».
Sistem administratoru kimi öz maaşını yoxlaŞirkət haqqında
“Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti ölkənin mülki aviasiyası üzrə aparıcı qurumudur. Cəmiyyətin fəaliyyət istiqamətlərinə strateji planlaşdırma, beynəlxalq təhlükəsizlik və keyfiyyət standartlarına riayət olunmasına nəzarət…
Müraciətin
Bu işəgötürən müraciətləri öz saytında qəbul edir. Vakansiyanın səhifəsinə keç və oradakı formanı doldur.
İşəgötürənin səhifəsinə keçBu vakansiya haqqında suallar
İş yeri Bakı şəhərində yerləşir.
Müraciət üçün son tarix 3 noyabr 2026-cı ildir.
İş saatları və iş günləri barədə məlumat verilməyib.
Bu səhifədəki «Müraciət et» düyməsi işəgötürənin öz müraciət səhifəsinə aparır.
Müraciət formasına keçOxşar vakansiyalar
Bütün oxşar vakansiyalarSistem administratoru üzrə Bakıda digər açıq elanlar.
Windows Server və VMware idarə edən, 3-5 il təcrübəsi olan orta səviyyəli sistem administratoru.
İT infrastrukturunun fasiləsiz fəaliyyətini təmin edən, Windows və Linux serverlərini idarə edən mütəxəssis.
Şəbəkə və server idarəetməsi, VMware və Hyper-V bilikləri olan IT mütəxəssisidir.




