Malların anbara qəbulunu, yerləşdirilməsini və inventarizasiyasını aparmaq üçün 1-3 il təcrübə tələb olunur
Vakansiya haqqında
İşəgötürən: “GFC” MMC - KFC, Pizza Hut və Simit Sarayı restoranların şəbəkəsi
Namizədə aid tələblər:
- Müvafiq vəzifədə 3 ildən az olmayaraq iş təcrübəsi;
- Qida sahəsində minimum 1 il iş təcrübəsinin olması;
- Anbar uçotu, materialların qəbulu və təhvil verilməsi üzrə praktiki biliklərin olması;
- Komandada işləmək bacarığı;
- Diqqətli, məsuliyyətli və operativ olmaq;
- Vaxtın effektiv idarə edilməsi bacarığı;
- Microsoft Office proqramları, xüsusilə Excel və Outlook üzrə yaxşı səviyyədə bilik;
- 1 C 8.3 proqramında işləmək bacarığı;
- AR SQ hərbi xidmət keçmiş olması arzuolunandır.
Əsas vəzifə öhdəlikləri:
- Anbara daxil olan məhsulların qəbulunun, qeydiyyatının və düzgün saxlanılmasının təmin edilməsi;
- Məhsullar qəbul edilərkən təsdiqedici sənədlərə əsasən faktiki miqdarın və çeşid uyğunluğunun yoxlanılması;
- Məhsulların qablaşdırılma vəziyyətinin yoxlanılması və müvafiq sənədləşmənin aparılması;
- Qəbul zamanı məhsulların son istifadə tarixlərinə və yararlılıq müddətlərinə nəzarət edilməsi;
- Məhsulların xüsusiyyətlərinə uyğun olaraq anbarda düzgün yerləşdirilməsinin və saxlanılmasının təşkil edilməsi;
- Məhsulların FIFO/FEFO prinsiplərinə uyğun yerləşdirilməsinə və dövriyyəsinə nəzarət edilməsi;
- Anbarda temperatur, sanitar-gigiyenik və saxlanma tələblərinə riayət olunmasının təmin edilməsi;
- Yanğın təhlükəsizliyi, əməyin mühafizəsi və təhlükəsizlik qaydalarına riayət olunmasına nəzarət edilməsi;
- Restoran filiallarından daxil olan təsdiqlənmiş sifarişlər əsasında məhsulların düzgün və vaxtında komplektləşdirilməsinin, yığılmasının, qablaşdırılmasının və filiallara göndərilməsinin təşkil edilməsi, həmçinin anbardan məhsul çıxışının müvafiq sənədlər əsasında rəsmiləşdirilməsi;
- Anbar üzrə gündəlik giriş-çıxış əməliyyatlarının qeydiyyatının aparılması;
- Anbar sənədlərinin, qaimələrin və təhvil-təslim aktlarının düzgün aparılması;
- Yükləmə-boşaltma işlərinin və materialların anbar daxilində düzgün yerləşdirilməsinin təşkil edilməsi;
- Anbar sahəsindən səmərəli istifadəyə və məhsulların düzgün yerləşdirilməsinə nəzarət edilməsi;
- Anbar qalıqlarına nəzarət edilməsi, çatışmazlıqlar və uyğunsuzluqlar barədə rəhbərliyə məlumat verilməsi və müvafiq hesabatların təqdim edilməsi;
- İnventarizasiyalarda iştirak edilməsi və faktiki qalıqların uçot məlumatları ilə uyğunluğunun yoxlanılması;
- Məhsulların zədələnməsi, xarab olması və ya yararlılıq müddətinin bitməsi hallarının vaxtında müəyyən edilməsi və rəhbərliyin məlumatlandırılması;
- Anbarın səmərəliliyinin artırılmasına və restoran filiallarının sifarişlərinin operativ icrasına yönəlmiş işlərdə iştirak edilməsi;
- Anbarın daim səliqəli, təhlükəsiz və iş prosesinə uyğun vəziyyətdə saxlanılmasının təmin edilməsi.
İş şəraiti:
- AR Əmək Məcəlləsinə əsasən sənədləşmə;
- 6 günlük iş rejimi;
- Anbar – Xırdalan şəhəri;
- Müasir idarəetmə sistemi və mehriban kollektiv.
Maraqlanan namizədlər öz CV-lərini e-mailın mövzu hissəsində “Anbardar” qeyd edərək Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Nəzərinizə çatdırırıq ki, yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Maaş bazarla müqayisədə
İşəgötürən məbləği göstərməyib. Anbardar üzrə bazar adətən 600–800 ₼ ödəyir, median — 700 ₼.
61 açıq vakansiya, 61 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».
Anbardar kimi öz maaşını yoxlaŞirkət haqqında
Müraciətin
Bu vakansiya haqqında suallar
İş yeri Xırdalan şəhərində yerləşir.
6 günlük iş rejimi tətbiq olunur.
Əmək Məcəlləsinə əsasən sənədləşmə aparılır.
Microsoft Office proqramları, xüsusilə Excel və Outlook, həmçinin 1C 8.3 proqramında işləmək bacarığı tələb olunur.
Müvafiq vəzifədə ən azı 3 il iş təcrübəsi tələb olunur, qida sahəsində isə minimum 1 il iş təcrübəsi arzuolunandır.
AR SQ hərbi xidmət keçmiş olması arzuolunandır.
Namizəd CV-ni e-mail mövzu hissəsində “Anbardar” qeyd edərək göndərməlidir. Müraciət bu səhifədəki formadan göndərilir: məktub birbaşa işəgötürənin poçtuna gedir, qeydiyyat lazım deyil.
Müraciət formasına keçOxşar vakansiyalar
Bütün oxşar vakansiyalarAnbardar üzrə Xırdalanda digər açıq elanlar.
Anbar əməliyyatlarını idarə edir, malların qəbulu və saxlanmasını təmin edir, 3 il təcrübə tələb olunur
Anbarda mal-materialların uçotunu aparır və 1C proqramında işləməyi bacarır
Anbarda ehtiyatların qəbulunu, saxlanmasını və verilməsini idarə etmək üçün 1 ildən çox təcrübə tələb olunur



