Ofis idarəçiliyini həyata keçirir, sənəd axını və büdcə planlamasında təcrübə tələb olunur
Vakansiya haqqında
Əsas vəzifə öhdəlikləri
Müəssisəyə gələn vətəndaşların, qonaqların və digər ziyarətçilərin qarşılanmasını, qeydiyyatını və müvafiq struktur bölmələrə yönləndirilməsini təmin etmək;
Qəbul sahəsinin gündəlik fəaliyyətini təşkil etmək və ziyarətçilərə ilkin inzibati məlumatlandırma xidmətini göstərmək;
Müəssisəyə daxil olan ziyarətçilərin qeydiyyatını aparmaq, zəruri məlumatları qeydiyyat jurnalına və ya elektron sistemə daxil etmək;
Rəhbərliyin və struktur bölmə rəhbərlərinin qəbul qrafikinə uyğun olaraq görüş və qəbulların təşkilində iştirak etmək;
Əvvəlcədən təyin edilmiş görüşləri qeydiyyata almaq və aidiyyəti şəxsləri görüşlər barədə vaxtında məlumatlandırmaq;
Daxil olan telefon zənglərini cavablandırmaq, zəngləri müvafiq şəxslərə yönləndirmək və ilkin məlumatları təqdim etmək;
Daxil olan yazılı sənədləri və müraciətləri qəbul etmək, müəyyən edilmiş qaydada aidiyyəti üzrə yönləndirmək;
Ziyarətçilərin gözləmə və qəbul prosesinin nizamlı şəkildə təşkilini təmin etmək;
Müəssisədaxili iclaslar, görüşlər və tədbirlərlə bağlı məlumatlandırma və təşkilati işlərdə iştirak etmək;
Qəbul sahəsinin səliqəli, nizamlı və lazımi avadanlıqlarla təmin olunmuş vəziyyətdə saxlanılmasına nəzarət etmək;
Ziyarətçilərlə ünsiyyət zamanı etik davranış və xidməti ünsiyyət qaydalarına riayət etmək;
Ziyarətçilərə və müəssisəyə daxil olan müraciətlərə dair məlumatların məxfiliyini qorumaq;
Gündəlik qeydiyyat məlumatlarını, qeydləri və fəaliyyətlə bağlı hesabatları aparmaq;
Rəhbərlik tərəfindən verilən xidməti tapşırıqları və digər inzibati işləri öz səlahiyyətləri çərçivəsində yerinə yetirmək.
Namizədə tələblər
Ali təhsil;
Müvafiq sahədə 1–3 il iş təcrübəsi;
Azərbaycan dilində səlis şifahi və yazılı ünsiyyət bacarığı;
Xarici dil bilikləri üstünlükdür;
Yüksək ünsiyyət və təqdimetmə bacarığı;
Nəzakətli, diqqətli və etik davranış;
Operativlik və məsuliyyətlilik;
Güclü təşkilatçılıq və koordinasiya bacarığı;
Stressli vəziyyətlərdə düzgün qərarvermə və işləmək bacarığı;
Komandada işləmək bacarığı;
Eyni zamanda bir neçə tapşırığı idarə etmək və işləri prioritetləşdirmək bacarığı.
Namizəd aşağıdakıları bilməlidir
Xidməti etik davranış və işgüzar ünsiyyət qaydalarını;
Sənədləşmə və qeydiyyat işlərinin aparılması qaydalarını;
Vətəndaşların qəbulu və müraciətlərin aidiyyəti üzrə yönləndirilməsi prosedurlarını;
Microsoft Office proqramlarından və elektron qeydiyyat sistemlərindən istifadə qaydalarını;
Telefon danışıqlarının aparılması və işgüzar yazışma qaydalarını;
Məlumatların düzgün qeydiyyatı, saxlanılması və məxfiliyinin qorunması prinsiplərini.
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Maaş bazarla müqayisədə
İşəgötürən məbləği göstərməyib. Ofis administratoru üzrə bazar adətən 578–850 ₼ ödəyir, median — 700 ₼.
60 açıq vakansiya, 79 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».
Ofis administratoru kimi öz maaşını yoxlaŞirkət haqqında
"Azərsilah" və ya tam adı ilə “Azərsilah” Müdafiə Sənayesi Holdinqi” Qapalı Səhmdar Cəmiyyəti — Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin tabeliyində müəssisə.
Müraciətin
Bu işəgötürən müraciətləri öz saytında qəbul edir. Vakansiyanın səhifəsinə keç və oradakı formanı doldur.
İşəgötürənin səhifəsinə keçBu vakansiya haqqında suallar
İş yeri Bakı şəhərindədir.
Namizəd üçün 1-3 il iş təcrübəsi tələb olunur.
Microsoft Office proqramlarından və elektron qeydiyyat sistemlərindən istifadə bilməlidir.
Yüksək ünsiyyət, təşkilatçılıq, koordinasiya və stress altında işləmə bacarıqları tələb olunur.
Azərbaycan dilində səlis şifahi və yazılı ünsiyyət bacarığı tələb olunur, xarici dil bilikləri üstünlükdür.
Bu səhifədəki «Müraciət et» düyməsi işəgötürənin öz müraciət səhifəsinə aparır.
Müraciət formasına keçOxşar vakansiyalar
Bütün oxşar vakansiyalarOfis administratoru üzrə Bakıda digər açıq elanlar.
Ofisin gündəlik fəaliyyətini idarə edir, sənəd və zəngləri təşkil etmək bacarığı tələb olunur
Ofisin gündəlik iş prosesini idarə edir və ali təhsil tələb olunur.
Şirkətin sorğularını idarə edir, koordinasiya edir və MS Office bacarığı tələb olunur.
Mövzu üzrə materiallar

Azərbaycanda işləmək üçün diplom vacibdirmi?

Azərbaycanda ingilis dili kimə lazımdır və hansı səviyyəyə qədər tələb olunur




