Verilənlər elmi və süni intellekt şöbəsinin müdiri

Unibank

Yerləşmə
Bakı
Təcrübə
4+ il
Məşğulluq
Tam ştat
Əməkhaqqı
Göstərilməyib
Yerləşdirilib
1 iyun 2026

Vakansiya haqqında

Təsvir

  • Verilənlər elmi üzrə mühəndislər, maşın öyrənmə mühəndisləri və analitiklərdən ibarət yüksək performanslı komandaya rəhbərlik etmək;
  • Kredit riski, dələduzluğun qarşısının alınması, yığım, marketinq və rəqəmsal kanallar üzrə AI/ML modellərinin hazırlanmasını və tətbiqini idarə etmək;
  • Modelin bütün mərhələlərinə (data, modelləşdirmə, validasiya, tətbiq və monitorinq) görə cavabdehlik daşımaq;
  • Data Science, MLOps və model idarəçiliyi sahəsində ən yaxşı təcrübələri tətbiq etmək;
  • Təsirli və miqyaslana bilən AI həllərini təqdim etmək üçün biznes və texnologiya komandaları ilə tərəfdaşlıq etmək;
  • GenAI, LLM-lər və qabaqcıl analitik texnikaların mənimsənilməsi vasitəsilə innovasiyaları təşviq etmək.

Tələblər

  • Ali təhsil (Kompüter elmləri, statistika, riyaziyyat, verilənlər elmi və ya müvafiq sahə üzrə);
  • Verilənlər elmi, Maşın öyrənmə və AI sahəsi üzrə 4 ildən çox təcrübə (rəhbər olaraq təcrübə də daxil olmaqla);
  • Bankçılıq, fintech və ya maliyyə xidmətləri sahəsində təcrübə üstünlükdür;
  • Python və ya R dillərində güclü proqramlaşdırma bacarıqları;
  • Maşın öyrənmə platformaları (scikit-learn, XGBoost, PyTorch, TensorFlow) ilə iş təcrübəsi;
  • Güclü SQL bilikləri və irimiqyaslı məlumat mühitləri ilə iş təcrübəsi;
  • MLOps alətləri (CI/CD, Airflow, MLflow və s.) ilə praktiki iş təcrübəsi;
  • Statistik modelləşdirmə, proqnozlaşdırıcı analitika və AI texnikaları üzrə dərin biliklər;
  • Əlaqədar tərəflərlə (stakeholders) güclü ünsiyyət və münasibətlərin idarə edilməsi bacarığı;
  • GenAI, LLM və NLP üzrə biliklər üstünlükdür;
  • Bulud platformaları (AWS, GCP, Azure) ilə iş təcrübəsi üstünlükdür.

Vakansiya haqqında

Son tarix

June 30, 2026

Paylaşılıb

may 24, 2026

Vakansiya növü

Tam ştat

Kateqoriya

Maliyyə, Biznes və idarəetmə

Şirkət haqqında

Unibank
Banking · Baku

Unibank is a major Azerbaijani commercial bank offering retail and corporate banking and digital financial services.

Unibank — bütün vakansiyalar

Bacarıqlara görə oxşar

Bütün oxşar vakansiyalar

Bu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.

Bütün oxşar vakansiyalar
Göstərilməyib
Verilənlər elmi və süni intellekt şöbəsinin müdiri
Müraciət et