Anbar əməliyyatlarını idarə edir, komanda rəhbərliyi və anbar prosesləri üzrə təcrübəsi var.
Vakansiya haqqında
Əsas vəzifələr
- Anbar Menecerinin tapşırıqları əsasında yoxlama planını hazırlamaq və icrasını təşkil etmək;
- Bölmə əməkdaşları arasında iş bölgüsünü aparmaq və onların fəaliyyətinə nəzarət etmək;
- Mərkəzi anbar, layihə anbarları və layihə sahələrində aparılan yoxlama proseslərinə rəhbərlik etmək;
- Fiziki anbar qalıqlarının ERP sistemindəki məlumatlarla uyğunluğunu yoxlamaq;
- Məhsulların layihələrə və sahələrə düzgün verilməsinə nəzarət etmək;
- Məhsul hərəkətlərinin müvafiq sənədlər əsasında rəsmiləşdirilməsini yoxlamaq;
- SRF, PRF, təhvil-təslim və digər sənədlərdəki məlumatları faktiki məhsul hərəkətləri ilə müqayisə etmək;
- Sistem və fiziki qalıqlar arasında yaranan fərqləri, artıq və əskik məhsulları, eləcə də sistemdə düzgün əks olunmayan məlumatları müəyyən etmək;
- Aşkar edilmiş uyğunsuzluqların səbəblərinin araşdırılmasını təşkil etmək və onların aradan qaldırılması üzrə tədbirlərin icrasına nəzarət etmək;
- Aparılan yoxlamaların nəticələrini ümumiləşdirmək, gündəlik, həftəlik və zəruri hallarda aylıq hesabatlar hazırlamaq;
- Yoxlama nəticələri və aşkar edilmiş problemlər barədə birbaşa Anbar Menecerinə məlumat vermək;
- Anbar Menecerinin digər yoxlama və nəzarət tapşırıqlarını yerinə yetirmək.
Tələblər
- Anbar təsərrüfatı, inventarizasiya və ya müvafiq sahə üzrə 2-3 il iş təcrübəsi;
- Ezamiyyətlərdə iştirak etmək imkanı və ezamiyyətə açıq olmaq;
- MS Office proqramlarından, xüsusilə MS Excel-dən sərbəst istifadə bacarığı;
- Analitik düşünmə, məlumatları təhlil etmə və hesabat hazırlama bacarığı;
- Yüksək məsuliyyətlilik, diqqətlilik və punktuallıq;
- Komanda idarəetmə və təşkilatçılıq bacarıqları.
- İş yeri: Xırdalan şəhəri
- İş qrafiki: 5 günlük, 09:00–18:00
- Əməkhaqqı: 800–1000 AZN
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Maaş bazarla müqayisədə
Anbar müdiri üzrə bazar adətən 900–1 500 ₼ ödəyir, median — 1 175 ₼.
13 açıq vakansiya, 26 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».
Anbar müdiri kimi öz maaşını yoxlaŞirkət haqqında
Müraciətin
Bu vakansiya haqqında suallar
İş yeri Xırdalan şəhərindədir.
İş həftədə 5 gün, saat 09:00–18:00 arasıdır.
Əməkhaqqı 800–1000 ₼ aralığındadır.
2-3 il anbar təsərrüfatı və inventarizasiya sahəsində iş təcrübəsi tələb olunur.
MS Office proqramlarından, xüsusilə MS Excel-dən sərbəst istifadə bacarığı tələb olunur.
Analitik düşünmə, məlumatları təhlil etmə, hesabat hazırlama, komanda idarəetmə və təşkilatçılıq bacarıqları tələb olunur.
Müraciət bu səhifədəki formadan göndərilir: məktub birbaşa işəgötürənin poçtuna gedir, qeydiyyat lazım deyil.
Müraciət formasına keçOxşar vakansiyalar
Bütün oxşar vakansiyalarAnbar müdiri üzrə Bakıda digər açıq elanlar.
Anbar fəaliyyətini idarə edir, malların qəbulu və saxlanmasını təşkil edir, 10 il təcrübə tələb olunur.
Məhsulların qəbulu, yerləşdirilməsi və sifarişlərin yığılmasına nəzarət edir, anbar təcrübəsi tələb olunur.
Anbar əməliyyatlarını idarə edir, ERP və inventar nəzarətində təcrübə tələb olunur.




