Vakansiya haqqında

Vəzifənin adı: Biznes Proses üzrə mütəxəssis

SOCAR Downstream MMC Keyfiyyət təminatı, biznes proseslər və sənədləşmələr departamentində Biznes Proses üzrə mütəxəssis pozisiyası üzrə vakansiya elan edir.

Əsas vəzifə öhdəlikləri:

  • Prosesin giriş və çıxışlarını, ardıcıllığını və qarşılıqlı əlaqələrini, bu proseslər üçün tələb olunan resursları, məsuliyyətləri, riskləri və imkanları müəyyən etmək;
  • Bu proseslərin səmərəli işləməsini və idarə edilməsini təmin etmək üçün zəruri meyar və metodları müəyyənləşdirmək və tətbiq etmək;
  • İş axınlarını sənədləşdirmək üçün proses xəritələşdirmə (process mapping) üsullarından istifadə etmək;
  • Mövcud iş axınlarının güclü və zəif tərəflərini anlamaq üçün məlumatları təhlil etmək və nəticələr çıxarmaq;
  • Ümumi məhsuldarlığı artırmaq məqsədilə iş axınları, prosedurlar və sistemlər üzrə dəyişikliklər təklif etmək;
  • Proses sənədlərinin əlaqədar tərəflər üçün əlçatan və anlaşılan olmasını təmin etmək;
  • Tələbləri başa düşmək və proseslərin təkmilləşdirilməsinə rəy əlavə etmək üçün bölmələrarası komandalar və əsas maraqlı tərəflərlə sıx əməkdaşlıq etmək;
  • Təklif olunan dəyişiklikləri əks etdirən proses modelləri, diaqramlar və sənədlər hazırlamaq;
  • Biznes proseslərini təkmilləşdirə və avtomatlaşdıra biləcək texnoloji həlləri qiymətləndirmək və tövsiyə etmək;
  • Həyata keçirilmiş proseslərin fəaliyyətini izləmək və qiymətləndirmək, əlavə təkmilləşdirmə imkanlarını müəyyənləşdirmək.

Namizədə tələblər:

  • Ali təhsil;
  • Minimum 2 il iş təcrübəsi (neft-qaz sektorunda təcrübəyə üstünlük verilir);
  • İngilis dili biliyinin yaxşı səviyyədə (B2) olması;
  • Biznes prosesləri, blok-sxemlər və proseslərin təhlili üzrə əsas biliklər;
  • Analitik düşünmə və problem həll etmə bacarıqları;
  • Yaxşı ünsiyyət və qarşılıqlı münasibət qurmaq bacarıqları;
  • Müxtəlif komandalarla effektiv əməkdaşlıq etmək qabiliyyəti;
  • Texnoloji həllər və onların proseslərin təkmilləşdirilməsində tətbiqi barədə məlumatlılıq.

İş yeri: SDM ofisi

Son müraciət tarixi: 28.11.2026

Qeyd: Hər bir namizədin eyni vaxtda yalnız 1 vakansiya üzrə aktiv müraciəti ola bilər. Nəzərinizə çatdırırıq ki, digər müraciətləri aşkarlanmış namizədlər avtomatik müvafiq vakansiya üzrə proseslərdən imtina ediləcəkdir.

SOCAR ailəsinə qoşulmaqla siz peşəkar inkişaf, yeni təcrübələr, öyrənmə və karyera imkanları əldə edir, böyük və dinamik komandanın bir hissəsinə çevrilirsiniz. Bizi birləşdirən təhlükəsizlik, vahid komanda, hesabatlılıq, davamlı inkişaf və qayğı dəyərlərini paylaşaraq gələcəyimizi birlikdə formalaşdırırıq.

Bu vakansiyaya uyğunsan?

CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.

Yerləşmə
Bakı, SDM ofisi
Təcrübə
2+ il
Məşğulluq
Tam ştat
Əməkhaqqı
Göstərilməyib
Yerləşdirilib
18 noyabr 2026
Dillər
English
Son tarix
28 noyabr 2026
Baxış
84

Şirkət haqqında

SOCAR
Oil & Gas · 10,000+ employees · Bakı
SOCAR — bütün vakansiyalar

Müraciətin

Bu işəgötürən müraciətləri öz saytında qəbul edir. Vakansiyanın səhifəsinə keç və oradakı formanı doldur.

İşəgötürənin səhifəsinə keç

Tanışına uyğundur?

Dostun linkdən birbaşa müraciət edə bilər

Bu vakansiya haqqında suallar

İş yeri SDM ofisində yerləşir.

Minimum 2 il iş təcrübəsi tələb olunur, neft-qaz sektorunda təcrübəyə üstünlük verilir.

İngilis dili biliyi yaxşı səviyyədə (B2) olmalıdır.

Son müraciət tarixi 28 noyabr 2026-cı ildir.

Bu səhifədəki «Müraciət et» düyməsi işəgötürənin öz müraciət səhifəsinə aparır.

Müraciət formasına keç

Oxşar vakansiyalar

Bütün oxşar vakansiyalar

Biznes proseslərinin idarə edilməsi üzrə mütəxəssis üzrə Bakıda digər açıq elanlar.

İensol LLC
Təcrübəli mütəxəssis · 7–9 ilBakı
Maaş göstərilməyib

Şirkətin gündəlik fəaliyyətini idarə edir, satış və biznes inkişafında təcrübə tələb olunur

LeadershipSales ManagementKey Account ManagementBusiness Development+18
Müraciət etBirbaşa işəgötürənəBirbaşa işəgötürənə
TotalEnergies
Mütəxəssis · 5+ ilBakı
Maaş göstərilməyib

İstehsalat proseslərinin optimallaşdırılması və təhlükəsizlik təminatı üçün əməliyyat mühəndisi tələb olunur.

Data AnalysisProcess EngineeringTroubleshootingProcess Simulation+10
Müraciət etBirbaşa işəgötürənəBirbaşa işəgötürənə
Bütün oxşar vakansiyalar
Göstərilməyib
Biznes prosesləri üzrə mütəxəssis
Müraciət et