Vakansiya haqqında

Biz bir neçə beynəlxalq brend ilə françayzinq sazişləri əsasında fəaliyyət göstərən və dinamik inkişaf edən çoxbrendli pərakəndə satış şirkətiyik. Bizim iş modelimiz həm fiziki mağazaları, həm də Shopify və WordPress platformalarında qurulmuş brend e-ticarət saytları və marketplace kanalları vasitəsilə inkişaf edən onlayn satışları əhatə edir.

Rəqəmsal fəaliyyətimizi gücləndirmək məqsədilə onlayn satış kanallarımızı idarə edəcək, performansı artıracaq və klikdən çatdırılmaya qədər mükəmməl müştəri təcrübəsini təmin edəcək təcrübəli E-commerce specialist komandamıza cəlb etmək istəyirik.

Əsas vəzifələriniz:

  • Shopify, WordPress və marketplace platformalarını idarə etmək və optimallaşdırmaq
  • Konversiya faizi, orta sifariş dəyəri (AOV) və onlayn gəlir kimi əsas göstəricilərdə artımı təmin etmək
  • Məhsul siyahılarını, vizual təqdimatı və kontent yeniləmələrini əlaqələndirmək
  • Onlayn satışla bağlı performans marketinq fəaliyyətlərinə nəzarət etmək
  • Sifarişlərin icrası, çatdırılma və geri qaytarma proseslərinin problemsiz işləməsini təmin etmək
  • CRM, ERP və texniki komandalarla əməkdaşlıq etmək
  • Performans məlumatlarını təhlil etmək, A/B testlər aparmaq və istifadəçi təcrübəsini (UX) yaxşılaşdırmaq

Bizim üçün ideal namizəd:

  • E-commerce sahəsində 2-5+ il təcrübə
  • Shopify və CMS platformalarında dərin bilik, onlayn merchandizing sahəsində bacarıq
  • Çoxfunksiyalı komandaların idarə olunması təcrübəsi (kontent, əməliyyatlar, müştəri xidməti)
  • Analitik yanaşma və performans marketinqi üzrə praktiki biliklər
  • E-commerce KPI-larını yaxşılaşdırmaq və onlayn satışları artırmaq üzrə sübut olunmuş nəticələr
  • Əla təşkilati və ünsiyyət bacarıqları

Təklif etdiklərimiz:

  • Çoxbrendli pərakəndə satış qrupunda strateji inkişaf kanalını idarə etmək imkanı
  • Əməkdaşlığa açıq və çevik komanda mühiti
  • Rəqabətqabiliyyətli əmək haqqı və bonus sistemi
  • Beynəlxalq brend standartları və innovasiyalarla birbaşa təcrübə
  • Şirkətin e-commerce strategiyasını formalaşdırmaq imkanı

İş şəraiti

  • Əmək haqqı müsahibə nəticəsində müəyyən olunacaq;
  • Rəsmi əmək müqaviləsi ilə rəsmiləşdirmə (Əmək Məcəlləsinə uyğun);
  • İş qrafiki: 08:00–17:00, 5/2.

Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan formu dolduraraq göndərə bilərlər.

Yerləşmə
Azərbaycan
Təcrübə
2–5 il
Məşğulluq
Tam ştat
Əməkhaqqı
Göstərilməyib
Yerləşdirilib
27 avqust 2026
Son tarix
27 sentyabr 2026

Müraciətin

HRX-də profil yarat

Profilə görə işəgötürənin qərarını görəcəksən, sənə uyğun vakansiyaların tövsiyəsini alacaqsan və onlara bir kliklə müraciət edəcəksən.

CV *

Faylı yükləPDF, 8 MB-a qədər

CV-n yoxdur? 5 dəqiqəyə hazırla

İşəgötürən səninlə necə əlaqə saxlasın?

«Vakansiyaya müraciət et» düyməsini basmaqla İstifadə şərtlərini və Məxfilik siyasətini qəbul edirsən.

Bacarıqlara görə oxşar

Bütün oxşar vakansiyalar

Bu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.

SkyZoneDigital
Senior · 5+ il
Maaş göstərilməyib

SEO layihələrini idarə edir, texniki SEO və AI dəstəyi ilə kontent hazırlayır, 5 il təcrübə tələb olunur.

Content CreationData AnalysisAhrefsSemrush+7
Müraciət et
Superfon
Middle · 2–3 il
Maaş göstərilməyib

Home Decor kateqoriyası üzrə məhsul portfelini idarə edir və analitik bacarıq tələb olunur

ProcurementFinancial AnalysisNegotiationMarket Analysis+12
Müraciət etAsan müraciətAsan müraciət
Bütün oxşar vakansiyalar
Göstərilməyib
E-ticarət üzrə mütəxəssis
Müraciət et