Gündəlik əməliyyatları idarə edir, tapşırıqları izləyir və koordinasiya bacarığı tələb olunur.
Vakansiya haqqında
AT-Geotech şirkətlər qrupuna daxil olan müəssisələrdən birində Əməliyyatların planlaşdırılması və nəzarəti üzrə menecer vəzifəsi üzrə vakansiya elan olunur.
Əsas vəzifə öhdəlikləri:
- Layihələr üzrə iş qrafiklərinin hazırlanması və icrasına nəzarətin həyata keçirilməsi;
- Layihələrin icrası üçün zəruri resursların planlaşdırılması və səmərəli bölüşdürülməsinin təşkili;
- Planlaşdırılmış və faktiki göstəricilərin müqayisəsinin aparılması, kənarlaşmaların müəyyən edilməsi və təhlili;
- İşlərin gedişatının izlənilməsi, gecikmə risklərinin müəyyənləşdirilməsi və aradan qaldırılması üçün təkliflərin hazırlanması;
- Layihələr üzrə vaxt, resurs və məhsuldarlıq göstəricilərinin təhlil edilməsi;
- Müvafiq struktur bölmələri ilə koordinasiyanın təmin edilməsi;
- Əməliyyatların gedişi və nəticələri barədə hesabatların hazırlanaraq rəhbərliyə təqdim edilməsi;
- Planlaşdırma proseslərinin təkmilləşdirilməsi və əməliyyat səmərəliliyinin artırılması istiqamətində təkliflərin verilməsi.
Namizədə dair tələblər:
- Əməliyyatların planlaşdırılması, layihələrin idarə edilməsi və ya müvafiq sahə üzrə iş təcrübəsi;
- İş qrafiklərinin hazırlanması və resurs planlaşdırılması üzrə bilik və bacarıqlar;
- Ezamiyyətə açıq olmaq;
- MS Excel proqramı üzrə yaxşı biliklər;
- Analitik düşünmə, məlumatların təhlili və hesabatların hazırlanması bacarığı;
- Problemləri təhlil etmək və operativ həll yolları təklif etmək qabiliyyəti;
- Komandada işləmək və müxtəlif struktur bölmələri ilə effektiv ünsiyyət qurmaq bacarığı;
- Məsuliyyətlilik, dəqiqlik və nəticəyönümlülük.
İş şəraiti:
- İş yeri: Xırdalan;
- İş qrafiki: 5 günlük iş həftəsi;
- Əmək haqqı: Müsahibə əsasında müəyyən edilir.
Vakansiya ilə maraqlanan namizədlərdən CV-lərini mövzu hissəsində “Əməliyyatların planlaşdırılması və nəzarəti üzrə menecer” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Maaş bazarla müqayisədə
İşəgötürən məbləği göstərməyib. Əməliyyat meneceri üzrə bazar adətən 1 000–2 500 ₼ ödəyir, median — 1 500 ₼.
17 açıq vakansiya, 15 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».
Əməliyyat meneceri kimi öz maaşını yoxlaŞirkət haqqında
Müraciətin
Bu vakansiya haqqında suallar
İş yeri Xırdalandadır.
İş qrafiki həftədə 5 gündür.
Əmək haqqı müsahibə əsasında müəyyən edilir.
Namizədlər CV-lərini mövzu hissəsində “Əməliyyatların planlaşdırılması və nəzarəti üzrə menecer” qeyd etməklə göndərməlidirlər. Müraciət bu səhifədəki formadan göndərilir: məktub birbaşa işəgötürənin poçtuna gedir, qeydiyyat lazım deyil.
Müraciət formasına keçOxşar vakansiyalar
Bütün oxşar vakansiyalarƏməliyyat meneceri üzrə Xırdalanda digər açıq elanlar.
Lombard əməliyyatlarını idarə edir və Progress proqramında əməliyyatların düzgünlüyünü təmin edir.
Gündəlik əməliyyatları və CNC, machining proseslərini koordinasiya edir, 3 il təcrübə tələb olunur.
Dəniz, quru və hava daşımalarını idarə edir, Microsoft Office proqramlarını yaxşı bilir.


