Data mərkəzlərinin infrastruktur əməliyyatlarını idarə edir və strateji planlama bacarığı tələb olunur
Vakansiya haqqında
Təsvir
Biz yaşayış kompleksləri, biznes mərkəzləri, ticarət mərkəzləri və digər daşınmaz əmlak aktivlərinin idarə olunması sahəsində fəaliyyət göstərən aparıcı şirkətlərdən biriyik. Kommersiya və yaşayış obyektlərimizin texniki istismar əməliyyatlarına rəhbərlik edəcək, avadanlıq və mühəndis sistemlərinin fasiləsiz, təhlükəsiz və standartlara uyğun fəaliyyətini təmin edəcək İstismar üzrə menecer axtarırıq.
Bu rol texniki xidmət komandasının idarə edilməsinə, istismar büdcəsinin və təchizat proseslərinin nəzarətdə saxlanılmasına, planlı-profilaktik baxış cədvəllərinin icrasına, eləcə də istismar siyasətlərinin, prosedurlarının və KPI göstəricilərinin tətbiqinə cavabdeh olacaq.
Bu vəzifədə uğur qazanmaq üçün mühəndislik və texniki bilikləri praktiki idarəetməyə tətbiq etmək, prosesləri başlanğıcdan yekun nəticəyədək müstəqil idarə etmək, komandaya effektiv rəhbərlik etmək və nəticələrə görə məsuliyyət daşımaq bacarığı əsasdır.
Əsas öhdəliklər:
Texniki istismar əməliyyatlarına rəhbərlik və nəzarət
- Kommersiya və yaşayış obyektlərində bütün texniki istismar və xidmət əməliyyatlarına rəhbərlik etmək və nəzarəti həyata keçirmək;
- Təhlükəsizlik standartlarına və planlı-profilaktik texniki baxış (preventive maintenance) cədvəllərinə tam riayət olunmasını təmin etmək;
- Yaranan texniki nasazlıqların və problemlərin operativ həlli məqsədilə mühəndis və texniki komandalarla sıx əməkdaşlıq etmək.
Komanda idarəçiliyi, prosedurlar və KPI-ların tətbiqi
- Texniki istismar heyətini idarə etmək və iş tapşırıqlarını (work orders) effektiv şəkildə koordinasiya etmək;
- Texniki istismar üzrə siyasətləri, iş prosedurlarını və əsas səmərəlilik göstəricilərini (KPI) hazırlamaq və tətbiq etmək.
Büdcə, təchizat və podratçılarla iş
- Texniki istismar büdcəsinin hazırlanmasına və icrasına, eləcə də istismar avadanlıqlarının və materiallarının satınalınması prosesinə nəzarət etmək;
- Xidmət müqavilələrinin icrasını və podratçı/təchizatçı şirkətlərin iş keyfiyyətini (performance) mütəmadi monitorinq etmək;
- Təchizatçılar, xidmət təminatçıları və şirkətin daxili struktur bölmələri ilə effektiv kommunikasiya və əlaqələndirməni təmin etmək.
Tələblər
- Mühəndislik və ya digər müvafiq texniki sahə üzrə ali təhsil;
- Obyektlərin idarə edilməsi (Facility Management) və ya texniki istismar sahəsində iş təcrübəsi;
- İsitmə, soyutma və havalandırma (HVAC), elektrik və mexaniki sistemlər üzrə dərin biliklər;
- Güclü liderlik, komanda idarəetməsi, büdcələmə və yüksək təşkilatçılıq bacarıqları;
- İşgüzar səviyyədə İngilis dili biliyi.
Vakansiya növü - Tam ştat
İmtiyazlar
- Daşınmaz əmlak sektorunda ölkənin aparıcı şirkəti olan FMG-də kommersiya və yaşayış obyektlərinin texniki istismar əməliyyatlarını müstəqil idarə etmək imkanı\.
- Peşəkar inkişaf imkanları və müvafiq sertifikatların əldə olunmasına dəstək
- Rəqabətli əməkhaqqı və bonus
- Rəqabətli əməkhaqqı və bonuslar
- Geniş təminatlı tibbi sığorta
- Korporativ loyallıq proqramına üzvlük
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Maaş bazarla müqayisədə
İşəgötürən məbləği göstərməyib. Əməliyyat meneceri üzrə bazar adətən 1 100–2 500 ₼ ödəyir, median — 1 600 ₼.
18 açıq vakansiya, 23 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».
Əməliyyat meneceri kimi öz maaşını yoxlaŞirkət haqqında
Facility Management Group ofis və yaşayış binası, biznes və ticarət mərkəzləri və digər müxtəlif təyinatlı daşınmaz əmlakın idarə edilməsini həyata keçirən aparıcı şirkətdir.
Müraciətin
Bu vakansiya haqqında suallar
İş yeri Bakı şəhərindədir.
Vakansiya tam ştat iş rejimindədir.
Rəqabətli əməkhaqqı və bonuslar təklif olunur.
Müraciət üçün link vasitəsilə müraciət etmək tələb olunur. Müraciət bu səhifədəki formadan göndərilir: məktub birbaşa işəgötürənin poçtuna gedir, qeydiyyat lazım deyil.
Müraciət formasına keçMühəndislik və ya texniki sahədə ali təhsil və istismar sahəsində iş təcrübəsi tələb olunur.
Oxşar vakansiyalar
Bütün oxşar vakansiyalarƏməliyyat meneceri üzrə Bakıda digər açıq elanlar.
Şirkətin biznes proseslərini idarə edir, satış və logistika üzrə təcrübə tələb olunur
Şirkətin istehsal və əməliyyat fəaliyyətini idarə edən, strateji idarəetmə və liderlik bacarıqları tələb edən vəzifədir
Şirkətin reklam sahəsində əməliyyat fəaliyyətini koordinasiya etmək və yüksək ünsiyyət bacarığı tələb olunur



