Vakansiya haqqında

“INTERNATIONAL BOKT” ASC Bakı şəhərində yeni fəaliyyətə başlayacaq 28 May, Yeni Yasamal, Nəriman Nərimanov, Biləcəri, Həzi Aslanov və Zabrat filialları üçün Filial Müdiri vəzifəsinə peşəkar və məsuliyyətli namizədləri komandamıza dəvət edir.

Əsas vəzifə öhdəlikləri

  • Filialın gündəlik fəaliyyətinin və iş proseslərinin effektiv idarə olunmasını təmin etmək;
  • Filial əməkdaşlarının fəaliyyətini koordinasiya etmək, motivasiya və inkişafını dəstəkləmək;
  • Komandanın satış və xidmət göstəricilərinə nəzarət etmək və nəticələrin yaxşılaşdırılması istiqamətində tədbirlər həyata keçirmək;
  • Müştəri bazasının genişləndirilməsi və yeni müştərilərin cəlb edilməsi üçün effektiv satış strategiyaları və təkliflər hazırlamaq;
  • Kredit portfelinin idarə olunmasını və keyfiyyət göstəricilərinə nəzarəti təmin etmək;
  • Maliyyə əməliyyatlarının və filialın daxili prosedurlarının düzgün icrasına nəzarət etmək;
  • Filial üzrə müəyyən edilmiş hədəflərin yerinə yetirilməsini təmin etmək;
  • Rəhbərliyə müvafiq hesabatlar təqdim etmək və filialın fəaliyyət nəticələrini təhlil etmək;
  • Şirkətin daxili siyasət və prosedurlarına, eləcə də qüvvədə olan qanunvericiliyin tələblərinə riayət olunmasını təmin etmək.

Xüsusi tələblər

Namizədə tələblər

  • Ali təhsil;
  • Bank, BOKT və ya lombard sektorunda minimum 3 il iş təcrübəsi;
  • İdarəetmə və liderlik sahəsində güclü bacarıqlar;
  • Komandanı idarə etmək, motivasiya etmək və nəticəyə yönəltmək qabiliyyəti;
  • Analitik düşüncə və qərarvermə bacarığı;
  • Güclü ünsiyyət və danışıqlar aparmaq bacarığı;
  • Müştəriyönümlü yanaşma;
  • Komanda ilə effektiv işləmək bacarığı;
  • Məsuliyyətlilik, təşəbbüskarlıq və yüksək iş intizamı.

İş şəraiti

  • İş yeri: Bakı şəhəri üzrə 28 May, Yeni Yasamal, Nəriman Nərimanov, Biləcəri, Həzi Aslanov və Zabrat filialları;
  • İş qrafiki: Bazar ertəsi – Cümə, 09:00–18:00;
  • Rəsmi əmək müqaviləsi: Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun olaraq;
  • Əmək haqqı: Namizədin təcrübə və peşəkar göstəricilərinə əsasən razılaşma yolu ilə + bonus/motivasiya sistemi;
  • Əlavə təminat: Korporativ mobil nömrə.

Müraciət qaydası

[email protected]

E-mailin mövzu (Subject) hissəsində mütləq “Filial Müdiri – [müraciət edilən filialın adı]” qeyd edilməlidir.

Qeyd: Yalnız vakansiyanın tələblərinə uyğun namizədlərlə əlaqə saxlanılacaq.

“INTERNATIONAL BOKT” ASC — peşəkar komandamıza qoşulun və uğur hekayəmizin bir parçası olun!

Müraciət etmək üçün: [email protected]
Yerləşmə
Bakı
Təcrübə
3+ il
Məşğulluq
Tam ştat
Əməkhaqqı
Göstərilməyib
Yerləşdirilib
28 avqust 2026

Şirkət haqqında

Müraciətin

HRX-də profil yarat

Profilə görə işəgötürənin qərarını görəcəksən, sənə uyğun vakansiyaların tövsiyəsini alacaqsan və onlara bir kliklə müraciət edəcəksən.

CV *

Faylı yükləPDF, 8 MB-a qədər

CV-n yoxdur? 5 dəqiqəyə hazırla

İşəgötürən səninlə necə əlaqə saxlasın?

«Vakansiyaya müraciət et» düyməsini basmaqla İstifadə şərtlərini və Məxfilik siyasətini qəbul edirsən.

Bacarıqlara görə oxşar

Bütün oxşar vakansiyalar

Bu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.

International BOKT
Manager · 3+ il
Maaş göstərilməyib

Filialın gündəlik fəaliyyətini idarə edir və komandanı motivasiya etmək bacarığı tələb olunur

LeadershipTeam ManagementSales StrategyNegotiation+7
Müraciət etAsan müraciətAsan müraciət
Decoliv
Manager · 2–3 il
8001 gün qalıb

Mağaza müdiri olaraq satış prosesini idarə etmək və komanda liderliyi bacarığına malik olmalısınız.

Team ManagementLeadershipMerchandisingNegotiation+8
Müraciət etAsan müraciətAsan müraciət
Qalan
C-Level/Executive · 8+ il
Maaş göstərilməyib

Şirkətin strateji inkişafını idarə edir və 8+ il rəhbərlik təcrübəsi tələb olunur.

Business DevelopmentSales ManagementOperations ManagementLeadership+9
Müraciət etAsan müraciətAsan müraciət
Bütün oxşar vakansiyalar
Göstərilməyib
Filial müdiri
Müraciət et