Vakansiya haqqında

Shaurma 1 komandamıza qoşulmaq üçün restoranın gündəlik fəaliyyətini effektiv idarə edə, komandanı düzgün yönləndirə və satış göstəricilərinin yüksəldilməsini təmin edə bilən “Filial müdiri” axtarışındayıq.

Vəzifə öhdəlikləri

  • Filialın gündəlik fəaliyyətini təşkil etmək, iş proseslərinin fasiləsiz və standartlara uyğun icrasına nəzarət etmək;
  • Satış, gəlirlilik və əməliyyat göstəricilərini izləmək, nəticələrin yaxşılaşdırılması üçün tədbirlər görmək;
  • Məhsul qalığına, anbar uçotuna, sifarişlərin düzgünlüyünə və itkilərin minimuma endirilməsinə nəzarət etmək;
  • Əməkdaşların iş qrafikini, davamiyyətini və növbələr üzrə iş bölgüsünü təşkil etmək;
  • Komandanın idarə olunmasını, adaptasiyasını, təlimini və fəaliyyətinin qiymətləndirilməsini təmin etmək;
  • Müştəri məmnuniyyətinə nəzarət etmək, şikayət və müraciətləri operativ həll etmək;
  • Qida təhlükəsizliyi, sanitariya, gigiyena və əməyin mühafizəsi tələblərinə riayət olunmasını təmin etmək;
  • Kassa əməliyyatlarına, avadanlıqların və filialın maddi resurslarının qorunmasına nəzarət etmək;
  • Rəhbərliyə gündəlik və dövri hesabatlar təqdim etmək, müəyyən edilmiş hədəflərin icrasını təmin etmək.

Namizədə dair tələblər

Mütləq tələblər:

  • Ali və ya orta ixtisas təhsili;
  • Restoran, ictimai iaşə və ya xidmət sahəsində 2–3 il iş təcrübəsi;
  • Ən azı 1 il idarəetmə və ya rəhbər vəzifədə təcrübə;
  • Restoran əməliyyatları, satış, anbar və komanda idarəçiliyi üzrə biliklər;
  • MS Office, xüsusilə Excel proqramı üzrə işləmək bacarığı;
  • Azərbaycan dilində səlis ünsiyyət və hesabat hazırlamaq bacarığı.

Üstünlük hesab olunur:

  • Fast-food və ya şəbəkə restoranlarında iş təcrübəsi;
  • KPI və satış göstəriciləri əsasında idarəetmə təcrübəsi.

Namizəddən gözləntilər

  • Güclü liderlik və komandanı motivasiya etmək bacarığı;
  • Operativ qərarvermə və problem həll etmə qabiliyyəti;
  • Məsuliyyətlilik, intizam və nəticəyönümlülük;
  • Stressə davamlılıq və dinamik iş mühitində işləmək bacarığı;
  • Müştəriyönümlü yanaşma və yüksək kommunikasiya bacarıqları;
  • Növbəli iş rejimində çalışmaq imkanı.

Qeyd: Restoran və ictimai iaşə sahəsində təcrübəli, peşəkar və idarəetmə bacarıqları yüksək olan xanım namizədlərə də üstünlük verilir.

İş prosesinin əsas istiqamətləri

  • Filialın gündəlik fəaliyyətinin planlaşdırılması → Növbələrin və komandanın təşkili → Əməliyyat və xidmət standartlarına nəzarət → Satış və məhsul göstəricilərinin izlənilməsi → Problemlərin həlli və nəticələrin təhlili → Hesabatlılıq və inkişaf tədbirləri

Vakansiya ilə maraqlanan namizədlərdən CV-lərini mövzu hissəsində “Filial müdiri” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.

Bu vakansiyaya uyğunsan?

CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.

Yerləşmə
Bakı
Təcrübə
2–3 il
Məşğulluq
Tam ştat
Əməkhaqqı
Göstərilməyib
Yerləşdirilib
18 noyabr 2026
Dillər
Azerbaijani
Son tarix
18 dekabr 2026
HRX ilə müraciət
4
Baxış
201

Maaş bazarla müqayisədə

İşəgötürən məbləği göstərməyib. Filial müdiri üzrə bazar adətən 900–1 500 ₼ ödəyir, median — 1 200 ₼.

adətən bu qədər ödəyirlərnadir hallarda

9 açıq vakansiya, 9 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».

Filial müdiri kimi öz maaşını yoxla

Şirkət haqqında

Müraciətin

HRX-də profil yarat

Profilə görə işəgötürənin qərarını görəcəksən, sənə uyğun vakansiyaların tövsiyəsini alacaqsan və onlara bir kliklə müraciət edəcəksən.

CV

Faylı yükləPDF, 8 MB-a qədər

CV-niz artıq HRX-dədirsə, faylı yükləmək lazım deyil — nömrənizi təsdiqləyin, onu özümüz qoşacağıq.

CV-n yoxdur? 5 dəqiqəyə hazırla

İşəgötürən səninlə necə əlaqə saxlasın?

«Vakansiyaya müraciət et» düyməsini basmaqla İstifadə şərtlərini və Məxfilik siyasətini qəbul edirsən.

Tanışına uyğundur?

Dostun linkdən birbaşa müraciət edə bilər

Bu vakansiya haqqında suallar

İş yeri Bakı şəhərindədir.

Restoran və ya ictimai iaşə sahəsində 2-3 il iş təcrübəsi və ən azı 1 il idarəetmə təcrübəsi tələb olunur.

Növbəli iş rejimində çalışmaq imkanı tələb olunur.

Namizədlər CV-lərini mövzu hissəsində “Filial müdiri” qeyd etməklə göndərməlidirlər. Müraciət bu səhifədəki formadan göndərilir: məktub birbaşa işəgötürənin poçtuna gedir, qeydiyyat lazım deyil.

Müraciət formasına keç

Oxşar vakansiyalar

Bütün oxşar vakansiyalar

Filial müdiri üzrə Bakıda digər açıq elanlar.

JYSK
Mütəxəssis · 2+ ilBakı
900–1 200₼

Mağazanın gündəlik işini idarə edir, komanda rəhbərliyi və satış təcrübəsi tələb olunur

Team ManagementKPI ManagementCustomer ServiceSales Planning+2
Müraciət etBirbaşa işəgötürənəBirbaşa işəgötürənə
Evol
Mütəxəssis · 1–3 ilBakı
500₼

Call Center şöbəsini idarə edir, müştəri xidməti və satış bacarıqları tələb olunur

Team ManagementSales script developmentCRMCustomer Service+6
Müraciət et
GL ASC
Mütəxəssis · 2+ ilŞəki
Maaş göstərilməyib

Filialın fəaliyyətinə nəzarət edir, kredit portfelini idarə edir və maliyyə sahəsində təcrübə tələb olunur

Credit Portfolio ManagementFinancial ReportingSales ManagementTeam Leadership+3
Müraciət et
Bütün oxşar vakansiyalar
Göstərilməyib
Filial müdiri
Müraciət et