Ofis işlərini idarə edir, rəhbərin tapşırıqlarını vaxtında və dəqiq yerinə yetirir.
Vakansiya haqqında
Vəzifə öhdəlikləri
- Direktorun gündəlik işlərinin və tapşırıqlarının təşkilinə dəstək göstərmək;
- Görüşləri, iclasları və işgüzar görüşlərin vaxtını planlaşdırmaq;
- Daxil olan və göndərilən sənədlərin hazırlanmasını, qeydiyyatını və arxivləşdirilməsini təmin etmək;
- Rəsmi məktubların, ərizələrin, əmrlərin, müqavilələrin və digər sənədlərin hazırlanmasına kömək etmək;
- Telefon zənglərini və elektron yazışmaları idarə etmək;
- Müştərilər, tərəfdaşlar və əməkdaşlarla işgüzar əlaqələri koordinasiya etmək;
- Direktorun tapşırıqlarının icrasına nəzarət etmək və nəticələr barədə məlumat vermək;
- Şirkətin gündəlik inzibati işlərinin təşkilində iştirak etmək;
- Müvafiq hesabatların və məlumatların hazırlanmasına dəstək göstərmək;
- Sənədlərin və şirkətə aid məlumatların məxfiliyini qorumaq;
- Direktorun tapşırığı əsasında digər inzibati və təşkilati işləri yerinə yetirmək.
Namizədə dair tələblər
- Ali və ya orta ixtisas təhsili;
- Ofis proqramları ilə işləmək bacarığı (Microsoft Word, Excel, Outlook və s.);
- Azərbaycan dilində düzgün yazılı və şifahi ünsiyyət bacarığı;
- Rəsmi sənədlərin hazırlanması və işgüzar yazışma bacarığı;
- Təşkilatçılıq, planlaşdırma və vaxtın idarə edilməsi bacarığı;
- Məsuliyyətli, diqqətli, çevik və intizamlı olmaq;
- Məxfi məlumatlarla işləmək bacarığı;
- Komandada işləmək və işgüzar ünsiyyət qurmaq bacarığı;
- İş təcrübəsi arzuolunandır;
- Rus və ingilis dillərini bilmək üstünlükdür.
Şəxsi keyfiyyətlər
- Yüksək məsuliyyət hissi;
- Dəqiqlik və operativlik;
- Nəzakətli ünsiyyət;
- Təşəbbüskarlıq və problem həll etmə bacarığı;
- Etibarlılıq və məxfiliyə riayət etmək.
İş şəraiti
- İş yeri: Şirkətin ofisi;
- İş rejimi: Müəssisənin müəyyən etdiyi iş qrafikinə uyğun;
- Tabelik: Birbaşa direktor;
- Əməkhaqqı: Müsabiqədə təyin olunacaq.
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Əlaqə 010-256-10-24
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Maaş bazarla müqayisədə
İşəgötürən məbləği göstərməyib. İcraçı assistent üzrə bazar adətən 700–1 000 ₼ ödəyir, median — 850 ₼.
27 açıq vakansiya, 16 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».
İcraçı assistent kimi öz maaşını yoxlaŞirkət haqqında
Müraciətin
Bu vakansiya haqqında suallar
İş yeri şirkətin ofisidir, Bakı şəhərində yerləşir.
İş rejimi müəssisənin müəyyən etdiyi iş qrafikinə uyğun təşkil olunur.
Əməkhaqqı müsabiqədə təyin olunacaq.
Namizəd ali və ya orta ixtisas təhsili olmalıdır.
Müraciət bu səhifədəki formadan göndərilir: məktub birbaşa işəgötürənin poçtuna gedir, qeydiyyat lazım deyil.
Müraciət formasına keçOxşar vakansiyalar
Bütün oxşar vakansiyalarİcraçı assistent üzrə Bakıda digər açıq elanlar.
Direktorun işlərini təşkil edən, vaxt idarəetməsi və Microsoft Office proqramlarında bacarıqlı şəxs.
Direktorun iş təqvimini idarə edir, görüşləri planlaşdırır və hesabat hazırlamaq bacarığı tələb olunur
İcra dəstəyi verir, görüşləri və səfərləri təşkil edir, güclü ünsiyyət bacarığı tələb olunur.
Mövzu üzrə materiallar

Azərbaycanda ingilis dili kimə lazımdır və hansı səviyyəyə qədər tələb olunur




