Vakansiya haqqında

Şirkət: Auto Azerbaijan

Vəzifənin məqsədi

CEO-nun gündəlik fəaliyyətinin təşkili, rəhbərlik tərəfindən verilən tapşırıqların icrasının koordinasiyası və şirkət üzrə müxtəlif layihələrin planlaşdırılaraq sonadək tamamlanmasının təmin edilməsi.

Vəzifə ənənəvi assistentlik funksiyaları ilə yanaşı, icraçı layihə menecmenti və biznes proseslərinin koordinasiyasını əhatə edir.

Əsas vəzifə öhdəlikləri

  • CEO tərəfindən verilən tapşırıqları fəaliyyət planına çevirmək, prioritetləri və icra müddətlərini müəyyənləşdirmək.
  • Layihələrin icrasını planlaşdırmaq, prosesə nəzarət etmək və nəticələrin vaxtında əldə olunmasını təmin etmək.
  • Müxtəlif departamentlər, əməkdaşlar və xarici tərəfdaşlar arasında koordinasiyanı həyata keçirmək.
  • Tapşırıqların icra vəziyyətini izləmək, gecikmə risklərini müəyyənləşdirmək və problemlərin həlli üçün təşəbbüs göstərmək.
  • CEO üçün hesabatlar, təqdimatlar, analitik materiallar və qərarverməni dəstəkləyən məlumatlar hazırlamaq.
  • CEO-nun görüşlərini, iş qrafikini və prioritetlərini təşkil etmək, görüşlərdə qəbul edilən qərarların icrasını izləmək.
  • Digər biznes unit-lərdəki proseslərin optimizasiyasına dəstək, lazımi addımların atılması və hesabatlılığın təqdim olunması.
  • Xarici kontragentlərlə ingilis və rus dillərində işgüzar yazışmaları və görüşlərin koordinasiyasını həyata keçirmək.
  • Şirkətin biznes proseslərini, xüsusilə avtomobil sektorunun satış, servis və distribütorluq fəaliyyətlərinə hakim olmaq
  • Tapşırıqların və layihələrin izlənilməsi üçün rəqəmsal alətlərdən istifadə etmək, iş proseslərinin optimallaşdırılmasına töhfə vermək.
  • Məxfi məlumatların qorunmasını, biznes etikası və korporativ davranış standartlarına riayət olunmasını təmin etmək.

Namizədə dair tələblər

  • Ali təhsil; biznesin idarə edilməsi, menecment, iqtisadiyyat və əlaqəli sahələr üzrə təhsil üstünlükdür.
  • Layihə idarəetməsi, biznes əməliyyatları, rəhbər assistentliyi və ya koordinasiya sahələrində iş təcrübəsi üstünlükdür.
  • Korporativ davranış qaydaları və korporativ mədəniyyətlə tanışlıq üstünlükdür.
  • İngilis və rus dillərində yüksək səviyyədə yazılı və şifahi ünsiyyət bacarığı.
  • Rəqəmsal alətlər və süni intellekt həllərindən effektiv istifadə bacarığı.
  • Biznes proseslərini sürətlə mənimsəmək və analitik düşüncə əsasında qərar vermək bacarığı.
  • Güclü planlaşdırma, prioritetləşdirmə və problem həll etmə bacarıqları.
  • Yüksək məsuliyyət, təşəbbüskarlıq, operativlik və detallara diqqət.
  • Yüksək biznes etikası, məxfilik və peşəkar kommunikasiya bacarıqları.

Əsas kompetensiyalar

  • İş bitiricilik: Tapşırıqları nəzarətsiz də sonadək çatdırmaq və nəticəyə cavabdehlik.
  • Proaktivlik: Problemləri əvvəlcədən müəyyənləşdirmək və həll yolları təklif etmək.
  • Layihə idarəetməsi: Tapşırıqları planlaşdırmaq, məsul şəxsləri koordinasiya etmək və icranı izləmək.
  • Biznes düşüncəsi: Şirkətin fəaliyyətini və biznes prioritetlərini anlamaq.
  • Etibarlılıq: Məxfi məlumatlarla məsuliyyətlə işləmək və peşəkar davranış nümayiş etdirmək.

Bu vakansiyaya uyğunsan?

CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.

Yerləşmə
Bakı
Təcrübə
Middle
Məşğulluq
Tam ştat
Əməkhaqqı
Göstərilməyib
Yerləşdirilib
30 oktyabr 2026
Dillər
English, Russian
HRX ilə müraciət
4
Baxış
201

Maaş bazarla müqayisədə

İşəgötürən məbləği göstərməyib. İcraçı assistent üzrə bazar adətən 700–1 000 ₼ ödəyir, median — 850 ₼.

adətən bu qədər ödəyirlərnadir hallarda

27 açıq vakansiya, 16 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».

İcraçı assistent kimi öz maaşını yoxla

Şirkət haqqında

Hyundai Azerbaijan
Motor Vehicle Manufacturing · 201-500 · Bakı
Hyundai Azerbaijan — bütün vakansiyalar

Auto Azərbaycan MMC - Hyundai avtomobillərinin Azərbaycanda rəsmi distribütorudur

Müraciətin

Bu işəgötürən müraciətləri öz saytında qəbul edir. Vakansiyanın səhifəsinə keç və oradakı formanı doldur.

İşəgötürənin səhifəsinə keç

Tanışına uyğundur?

Dostun linkdən birbaşa müraciət edə bilər

Bu vakansiya haqqında suallar

İş yeri Bakı şəhərindədir, Bakı İqtisadi Zonasında yerləşir.

Namizəddən sənəd təqdim etməsi barədə xüsusi tələb yoxdur.

Namizəd ingilis və rus dillərində yüksək səviyyədə yazılı və şifahi ünsiyyət bacarığına malik olmalıdır.

Ali təhsil biznes idarəçiliyi, menecment, iqtisadiyyat və əlaqəli sahələr üzrə üstünlükdür.

Bu səhifədəki «Müraciət et» düyməsi işəgötürənin öz müraciət səhifəsinə aparır.

Müraciət formasına keç

Oxşar vakansiyalar

Bütün oxşar vakansiyalar

İcraçı assistent üzrə Bakıda digər açıq elanlar.

Fostanpak MMC
Middle · 3+ ilBakı
1 000₼

Direktorun iş təqvimini idarə edir, görüşləri planlaşdırır və hesabat hazırlamaq bacarığı tələb olunur

Meeting CoordinationReportingBusiness CorrespondencePresentation Skills+7
Müraciət etBirbaşa işəgötürənəBirbaşa işəgötürənə
Nero Print
MiddleBakı
600–800₼

Direktorun gündəlik işlərini koordinasiya edir və sənədləşmə bacarıqları tələb olunur.

Report PreparationDocument preparationCorrespondence ManagementMeeting Organization+6
Müraciət etBirbaşa işəgötürənəBirbaşa işəgötürənə
Score College
Senior · 5+ ilBakı
Maaş göstərilməyib

Rəhbərliyin iş qrafikini planlaşdırır, görüşləri təşkil edir və analitik hesabatlar hazırlayır.

Microsoft ExcelMicrosoft PowerPointOrganizational skillsAnalytical Thinking+3
Müraciət etBirbaşa işəgötürənəBirbaşa işəgötürənə
Bütün oxşar vakansiyalar

Mövzu üzrə materiallar

Bütün materiallar
Göstərilməyib
Şəxsi köməkçi
Müraciət et