Biznes proseslərinin idarə olunmasında iştirak edir, xarici səfərlərdə və görüşlərdə tərcümə bacarığı tələb olunur
Vakansiya haqqında
Əmək haqqı: 2000–3000 AZN
Şirkətimizin biznes proseslərinin idarə olunması, xarici tərəfdaşlarla görüşlərin təşkili və işgüzar əlaqələrin koordinasiyası üçün rus və ingilis dillərini sərbəst bilən xanım əməkdaş axtarılır.
İş formatı:
İşin əsas hissəsi xarici biznes səfərləri, tərəfdaşlarla görüşlər və danışıqlarda iştirakdan ibarətdir.
Namizəd ay ərzində ən azı 15 gün xarici səfərlərdə olacaq. Qalan müddətdə isə Bakıdan onlayn şəkildə biznes proseslərinin koordinasiyası və idarə olunmasında iştirak edəcək.
İş qrafiki biznes görüşləri və səfərlərin vaxtına uyğun olaraq elastikdir.
Bütün xarici səfər xərcləri şirkət tərəfindən qarşılanır.
Əmək haqqı:
2000–3000 AZN
Əmək haqqı namizədin təcrübəsi, dil bilikləri və peşəkar bacarıqlarına uyğun müəyyən ediləcək
Tələblər
Rus və ingilis dillərində sərbəst və yüksək səviyyədə danışıq bacarığı;
Biznes görüşlərində iştirak etmək və lazım olduğu zaman peşəkar tərcümə aparmaq bacarığı;
Yüksək danışıq və ünsiyyət mədəniyyəti;
Səliqəli və baxımlı xarici görünüş, yüksək təqdimat mədəniyyəti və biznes mühitinə uyğun peşəkar imic;
İşgüzar görüşlərdə özünü inamlı və peşəkar şəkildə təqdim etmək bacarığı;
Yüksək davranış və etik ünsiyyət mədəniyyəti;
Məsuliyyətli, operativ və işgüzar olmaq;
Ay ərzində ən azı 15 gün xarici səfərlərdə olmağa hazır olmaq.
Şirkət haqqında
Dəbdəbə və münasibliyin ünvanı kimi tanınan "SERATONİA" şirkətimiz 2013-cü ildən Azərbaycan bazarında fəaliyyət göstərir. Dünyanın aparıcı keramoqranit istehsalçılarının məhsullarını Seratonia brendi altında birləşdirən komandamız müxtəlif…
Seratonia — bütün vakansiyalarMüraciətin
Bacarıqlara görə oxşar
Bütün oxşar vakansiyalarBu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.
IELTS dərslərini keçirir, tələbələrin akademik bacarıqlarını inkişaf etdirir və 2 il tədris təcrübəsi tələb olunur.
Tərəfdaşlarla əlaqələr qurmaq və məlumat inteqrasiyasını koordinasiya etmək bacarığı vacibdir.
Korporativ müştəri bazasını genişləndirir və otel xidmətlərinin satışını həyata keçirir, satış təcrübəsi tələb olunur.



