Layihə sənədlərinin idarə olunması və Aconex proqramında təcrübə tələb olunur.
Vakansiya haqqında
İş şərtləri və müraciət qaydası:
- Rəsmi işə qəbul, sabit iş mühiti, peşəkar və karyera inkişafı imkanı;
- 5 günlük iş həftəsi, 09:30 dan–18:30 dək;
- İş nəticələrinə əsasən əmək haqqına yenidən baxılması mümkündür;
- Müraciətə ingilis dilində qısa müşayiətedici mesaj əlavə olunmalıdır. Bu, namizədin yazılı ünsiyyət bacarığının qiymətləndirilməsi üçün nəzərdə tutulur;
- İlkin seçimdən keçən namizədlərə ingilis dilində işgüzar yazışma və iş prioritetlərinin müəyyən edilməsi üzrə qısa praktiki tapşırıq verilə bilər;
- Yalnız ilkin seçimdən keçən namizədlərlə əlaqə saxlanılacaq.
Vəzifə öhdəlikləri
- Gündəlik iş qrafikinin, görüşlərin, tapşırıqların, xatırlatmaların, prioritetlərin və son tarixlərin idarə edilməsi;
- CRM və müştəri reyestrinin mütəmadi yenilənməsi: status, növbəti addım, son tarix, sənədlər, ödənişlər və hər bir follow-up nəticəsi;
- İngilis dilində peşəkar e-poçtların, mesajların, kommersiya təkliflərinin, sorğu formalarının, checklist-lərin, təqdimatların və digər iş sənədlərinin hazırlanması;
- Rəhbərlik üçün gündəlik və həftəlik iş hesabatlarının hazırlanması: görülmüş işlər, alınmış cavablar, açıq məsələlər və növbəti prioritetlər;
- Müştərilərdən və əməkdaşlardan gözlənilən cavabların izlənilməsi, vaxtında xatırlatmaların göndərilməsi və razılaşdırılmış işlərin koordinasiyası;
- Bazarlar, rəqiblər, layihələr və beynəlxalq biznes imkanları üzrə strukturlaşdırılmış araşdırmaların aparılması, mənbələrin yoxlanılması və qısa analitik nəticələrin hazırlanması;
- Görüş materiallarının hazırlanması, qeydlərin aparılması, tapşırıqların müəyyən edilməsi və icrasına nəzarət;
- Elektron və fiziki sənədlərin, yazışmaların və məxfi müştəri məlumatlarının sistemli təşkili;
- MS Office və CRM-dən yaxşı istifadə; müvafiq bacarıqlar olduqda ChatGPT və digər AI alətlərindən məsuliyyətli şəkildə istifadə edilməsi və nəticə təqdim olunmazdan əvvəl məlumatın dəqiqliyinin, məxfiliyinin, dilinin və formatının müstəqil yoxlanılması.
Tələblər
- İngilis dili — məcburi tələb: yüksək səviyyədə şifahi və yazılı bilik; namizəd işgüzar yazışmaları, hesabatları və təklifləri müstəqil və düzgün hazırlaya bilməlidir;
- Rus dili — yaxşı səviyyədə şifahi və yazılı bilik;
- Azərbaycan dili — daxili və yerli ünsiyyət üçün yaxşı səviyyədə şifahi və yazılı bilik;
- Biznesin idarə edilməsi, beynəlxalq münasibətlər, hüquq, iqtisadiyyat, menecment, marketinq, kommunikasiya və ya əlaqəli sahə üzrə minimum bakalavr dərəcəsi; magistr dərəcəsi üstünlükdür; MS Word, Excel, PowerPoint, Outlook və bulud əsaslı ofis alətlərindən yaxşı istifadə bacarığı;
- CRM, müştəri bazası, beynəlxalq müştəri koordinasiyası, biznesin inkişafına dəstək, marketinq araşdırmaları, lead idarəetməsi, hesabatlılıq, inzibati koordinasiya və ya işgüzar yazışma təcrübəsi üstünlükdür; ChatGPT və digər süni intellekt (AI) alətlərindən praktiki istifadə bacarığı da üstünlükdür;
- Sistemli yanaşma, punktuallıq, detallara diqqət, təşəbbüskarlıq, stresə davamlılıq, işgüzar etika və məxfiliyə riayət;
- Eyni vaxtda bir neçə tapşırıq və müştəri işini idarə etmək, son tarixləri və vacib follow-up-ları qaçırmamaq bacarığı.
Yerləşmə
Bakı
Məşğulluq
Tam ştat
Əməkhaqqı
800–1 000 ₼
Yerləşdirilib
4 avqust 2026
Dillər
English, Russian, Azerbaijani
Şirkət haqqında
Expert SM
Peşəkar, elmi və texniki fəaliyyətlər, Konsaltinq xidmətləri · Baku
Expert SM hüquq şirkəti 2002-ci ildə Bakıda yaradılmışdır. Expert SM şirkəti 2011-ci ilin yanvar ayında EDTP – Peşəkar hazırlıq və sahibkarlığın inkişafı proqramı sertifikatını almışdır (EDTP yerli biznesin inkişafına köməklik məqsədi ilə…
Expert SM — bütün vakansiyalarBacarıqlar və texnologiyalar
Müraciətin
Bacarıqlara görə oxşar
Bütün oxşar vakansiyalarBu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.
Maaş göstərilməyib
Müraciət etAsan müraciətAsan müraciət
500₼
Ofis sənədlərinin idarə olunması və görüşlərin təşkili üzrə iş təcrübəsi tələb olunur.
Müraciət etAsan müraciətAsan müraciət
Maaş göstərilməyib
Hüquq və uyğunluq departamentinə dəstək olmaq üçün icraçı köməkçi olmaq.
Müraciət etAsan müraciətAsan müraciət
Maaş göstərilməyib7 gün qalıb
Xaricdə təhsil üzrə texniki koordinator tələbələrin müraciət proseslərini idarə edir, mütləq sahə üzrə təcrübə tələb olunur.
Mövzu üzrə materiallar
Karyera
Bütün materiallar 


