Sənədlərin qeydiyyatı, korrespondensiyanın idarə olunması və arxiv işlərinin təşkili ilə məşğul olur.
Vakansiya haqqında
Şirkətimiz “Reception” vəzifəsi üzrə vakansiya elan edir.
İş barədə məlumatlar:
- Əmək haqqı: 500 AZN;
- 5 günlük iş həftəsi - 09:00-dan 18:00-dək, istirahət - şənbə və bazar günləri;
- Nahar şirkət tərəfindən verilir;
- Əmək müqaviləsi ilə rəsmiləşmə;
- Ünvan: Bakı şəhəri, Səbail rayonu, Hacıbabayevlər küçəsi 4 C, Bayraq meydanı ilə üzbəüz.
Vəzifə öhdəlikləri:
- Direktor adından sənədlərin hazırlanması və düzgün sənədləşmənin təmin edilməsi;
- Daxil olan və göndərilən sənədlərin qəbulu, qeydiyyatı, aidiyyatı üzrə təhvil verilməsi və nəzarətdə saxlanılması;
- Görüşlərin təşkili, protokollaşdırılması və icra nəzarətinin aparılması;
- Direktorun iş qrafikinin və görüşlərinin planlaşdırılması;
- Rəsmi yazışmaların və sənədlərin hazırlanması;
- Direktorun tapşırıqlarının aidiyyəti üzrə bölüşdürülməsi və icrasının izlənilməsi;
- Ofisə gələn qonaqları qarşılanması, qeydiyyatını aparmaq və aidiyyəti şəxslərlə görüşünü təşkil edilməsi;
- Telefon zənglərinin cavablandırılması və aidiyyəti işçilərə yönləndirilməsi;
- Kargüzarlıq və inzibati işlərinin aparılması;
- Əməkdaşların ofis ləvazimatları ilə təmin edilməsi və ofisdaxili lazım olan sifarişlərin verilməsi;
- E-mail yazışmaların cavablandırılması;
- Müvafiq sənədlərin çapa hazırlanması və imzaya təqdim edilməsi;
- Sənədlərin arxivləşdirmə işlərinin aparılması;
- Rəhbərliyin verdiyi digər tapşırıqların operativ şəkildə yerinə yetirilməsi.
Tələblər:
- Ali təhsil;
- Yaş həddi: 25-35 yaş aralığında xanımlar;
- İş təcrübəsi: 1 ildən çox;
- Xarici dillər: Rus dili mütləqdir, ingilis dili bilənlərə üstünlük veriləcəkdir;
- MS Ofis proqramları üzrə biliklər (Word, Excel);
- Ünsiyyət, təqdimat və komandada işləmə bacarığı;
- Məsuliyyətli, diqqətli və operativ olmaq.
Maraqlanan şəxslər CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına mövzu hissəsində “Reception” qeyd etməklə göndərə bilərlər.
Yerləşmə
Azərbaycan
Təcrübə
1+ il
Məşğulluq
Tam ştat
Əməkhaqqı
500 ₼
Yerləşdirilib
6 avqust 2026
Dillər
Russian, English
Son tarix
6 sentyabr 2026
Şirkət haqqında
Strata
Tikinti, İxtisaslaşmış tikinti fəaliyyətləri · Baku
“Strata” MMC 2024-cü ildə fəaliyyətə başlayan tikinti və tikinti obyektlərinin təchizat şirkətidir.
Strata — bütün vakansiyalarMüraciətin
Bacarıqlara görə oxşar
Bütün oxşar vakansiyalarBu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.
Maaş göstərilməyib
Maaş göstərilməyib
Mərkəzin inzibati işlərini əlaqələndirir və yüksək təşkilatçılıq bacarığı tələb olunur
Müraciət etAsan müraciətAsan müraciət
Maaş göstərilməyib
Üzv reyestrini idarə edir, sənəd işlərini aparır və inzibati təcrübə tələb olunur.
Müraciət etAsan müraciətAsan müraciət
Maaş göstərilməyib
Direktorun gündəlik işlərini təşkil edir və MS Office proqramlarında sərbəst işləməyi bacarır
Müraciət etAsan müraciətAsan müraciət
Mövzu üzrə materiallar
Karyera
Bütün materiallar 

