Yerləşmə
Xankəndi
Təcrübə
Middle
Məşğulluq
Tam ştat
Əməkhaqqı
Göstərilməyib
Yerləşdirilib
17 iyun 2026
Dillər
Azerbaijani, Russian, English
Son tarix
16 iyul 2026

Vakansiya haqqında

Vəzifənin təsviri:

Baş direktorun gündəlik iş fəaliyyətinin təşkili və koordinasiyasını təmin etmək.
Baş direktorun iş qrafikini idarə etmək, görüşləri, iclasları, səfərləri və digər tədbirləri planlaşdırmaq.
Daxil olan və çıxan sənədlərin qeydiyyatını aparmaq, aidiyyəti üzrə yönləndirmək və icrasına nəzarət etmək.
Rəsmi məktubların, hesabatların, təqdimatların, arayışların və digər sənədlərin hazırlanmasına dəstək göstərmək.
Baş direktorun iştirakı ilə keçirilən görüş və iclasları təşkil etmək, protokolları tərtib etmək və qəbul edilmiş qərarların icrasını izləmək.
Elektron poçt və digər rəsmi yazışmaların idarə olunmasını təmin etmək.
Ofis ləvazimatlarının uçotunu aparmaq və zəruri ehtiyacları müəyyənləşdirmək.
Müştəri, tərəfdaş və əməkdaşlarla əlaqələrin koordinasiyasında iştirak etmək.
Məlumat bazalarının formalaşdırılması, yenilənməsi və saxlanılmasını təmin etmək.
Şirkət və rəhbərliklə bağlı məxfi məlumatların qorunmasını təmin etmək.
Baş direktor, direktor müavinləri və struktur bölmə rəhbərləri ilə koordinasiyalı şəkildə fəaliyyət göstərmək.
Rəhbərliyin tapşırığı əsasında inzibati və təşkilati xarakterli digər vəzifələri yerinə yetirmək.

Tələblər

Namizədə tələblər:

Ali təhsil.
Katibə, ofis meneceri, inzibati köməkçi və ya oxşar vəzifə üzrə iş təcrübəsi.
Azərbaycan dilində yüksək səviyyədə yazılı və şifahi ünsiyyət bacarığı.
Rus və ya ingilis dili biliyi üstünlük hesab edilir.
Microsoft Office proqramlarında sərbəst işləmək bacarığı.
Rəsmi yazışma və sənəd dövriyyəsi qaydalarını bilmək.
Yüksək təşkilatçılıq, planlaşdırma və koordinasiya bacarıqları.
Operativlik, məsuliyyətlilik, diqqətlilik və məxfiliyin qorunmasına ciddi yanaşma.
Güclü ünsiyyət və təqdimat bacarıqları.

Şirkət haqqında

Qarabağ Universitetinin Klinikası
Baku

2025-ci ilin fevral ayında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin fərmanı ilə “Qarabağ Universitetinin Klinikası” publik hüquqi şəxs statusunda təsis edilmişdir. Bu qərar Azərbaycanın azad edilmiş ərazilərində müasir səhiyyə və təhsil infrastrukturunun formalaşdırılması, regionda tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi və elmi-tədqiqat potensialının gücləndirilməsi istiqamətində atılmış mühüm və strateji addım olmuşdur. Qarabağ Universitetinin Klinikası (QUK) tədris, tədqiqat və tibbi xidməti birləşdirən inteqrasiya olunmuş model əsasında fəaliyyət göstərir. Klinikada gələcəyin həkim və tibb bacıları/qardaşları nəzəri biliklərini real klinik şəraitdə tətbiq edərək, elmi tədqiqatları praktik bacarıqlarla möhkəmləndirir. Klinikanın açılış mərasimi 2025-ci il sentyabrın 14-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iştirakı ilə baş tutmuşdur. Müasir standartlara tam cavab verən binada 23 həkim qəbul otağı, laboratoriyalar, radiologiya və təcili yardım şöbələri, Radiologiya şöbəsinin daxilində MRT (maqnit rezonans tomoqrafiyası), KT (kompüter tomoqrafiyası) kimi yüksək texnoloji tibbi avadanlıqlar quraşdırılmışdır. Yaxın zamanda Angioqrafiya şöbəsinin də fəaliyyəti nəzərdə tutulur. Bu imkanlar həm tibbi xidmətlərin effektivliyini, həm də tədris və tədqiqat proseslərinin keyfiyyətini əhəmiyyətli dərəcədə artırır. Hal-hazırda Klinikanın ambulator bölməsi tam fəaliyyət göstərir və ixtisaslı həkimlər tərəfindən pasiyentlərə müxtəlif istiqamətlərdə tibbi xidmətlər göstərilir. Vətəndaşlar pediatriya, psixiatriya, uşaq psixiatriyası, nevrologiya, terapiya, revmatologiya, urologiya, ginekologiya və radiologiya üzrə qəbul oluna bilirlər. Bununla yanaşı, MRT, KT, rentgen, USM (o cümlədən ginekoloji USM), Exo, EKG və efor testləri kimi instrumental diaqnostika xidmətləri də təqdim olunur. Yaxın zamanda mammografiya bölməsinin də istifadəyə verilməsi planlaşdırılır. Laboratoriya şöbəsi müasir avadanlıqlarla təchiz edilmişdir və yaxın günlərdə fəaliyyətə başlayacaq. 2026-cı ildən etibarən klinikada əməliyyatxana, pediatriya, terapiya və cərrahiyyə stasionarları, reanimasiya və neonatal reanimasiya şöbələri, doğum, həmçinin təcili yardım şöbələri fəaliyyət göstərəcəkdir. Bu strukturun tam formalaşması ilə Qarabağ Universitetinin Klinikası regionun ən müasir və funksional tibb müəssisələrindən birinə çevriləcək. Qarabağ Universitetinin Klinikası və Tibb Fakültəsinin yaradılması Azərbaycanın azad edilmiş ərazilərində təhsil, səhiyyə və tədqiqat infrastrukturunun yenidən dirçəldilməsi istiqamətində atılmış mühüm addımdır. Müasir elmi yanaşma, yüksək peşəkarlıq və etik dəyərlərə əsaslanan Qarabağ Universitetinin Klinikası yalnız tibbi xidmətlərin göstərilməsi ilə kifayətlənməyərək, elmi biliklərin praktikaya tətbiqi, beynəlxalq tərəfdaşlıqların qurulması, gələcəyin peşəkar səhiyyə mütəxəssislərinin yetişdirilməsi və region əhalisinin sağlamlıq səviyyəsinin yüksəldilməsi kimi strateji məqsədlərə xidmət edir.

Qarabağ Universitetinin Klinikası — bütün vakansiyalar

Bacarıqlara görə oxşar

Bütün oxşar vakansiyalar

Bu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.

Bütün oxşar vakansiyalar
Göstərilməyib
Katib
Müraciət et