Yerləşmə
Azərbaycan
Təcrübə
2+ il
Məşğulluq
Tam ştat
Əməkhaqqı
900–1 200 ₼
Yerləşdirilib
2 iyul 2026
Dillər
English, Azerbaijani
Son tarix
2 avqust 2026

Vakansiya haqqında

Viva Medical Group tibbi vasitələrin idxalı sahəsində təcrübəli Import Manager axtarır.

Tələblər:

  • Tibbi vasitələrin idxalı sahəsində minimum 2 il iş təcrübəsi
  • İdxal, logistika və gömrük prosedurları üzrə biliklər
  • Xarici təchizatçılarla iş və beynəlxalq yazışma təcrübəsi
  • İngilis dilini yazılı və şifahi səviyyədə sərbəst istifadə etmək bacarığı
  • MS Excel və Microsoft Office proqramlarında yüksək səviyyədə işləmək bacarığı
  • Bazar araşdırması, qiymət müqayisəsi və kommersiya analizləri aparmaq bacarığı
  • Planlaşdırma, prioritetləşdirmə və vaxtın effektiv idarə olunması bacarığı
  • Yüksək təşkilatçılıq qabiliyyəti və sistemli iş prinsipi
  • Güclü ünsiyyət, təqdimat və danışıqlar aparmaq bacarığı
  • Yüksək öyrənmə qabiliyyəti və yeni məlumatları qısa müddətdə mənimsəmək bacarığı
  • Eyni vaxtda bir neçə layihə və prosesi effektiv idarə etmək bacarığı
  • Dəyişən prioritetlərə çevik uyğunlaşmaq və operativ qərarlar vermək bacarığı
  • Nəticəyönümlü, təşəbbüskar və yüksək fokusla işləmək bacarığı
  • Dəqiqlik, məsuliyyətlilik və detallara yüksək diqqət
  • Analitik düşüncə və problem həll etmə bacarığı

Vəzifə öhdəlikləri:

  • Tibbi vasitələrin idxal prosesinin planlaşdırılması və idarə olunması
  • Xarici istehsalçılar və təchizatçılarla yazışmaları və kommersiya danışıqlarını aparmaq
  • İdxal, logistika və gömrük sənədlərinin hazırlanmasını
  • Yeni təchizatçıların, məhsulların və alternativ həllərin araşdırılması və qiymətləndirilməsi
  • Məhsullar üzrə bazar araşdırmaları aparmaq, bazardakı dəyişiklikləri və yeni imkanları izləmək
  • Qiymət müqayisələri, xərc, və kommersiya analizləri hazırlamaq
  • Satınalma prosesinin müxtəlif mərhələlərində iştirak etmək, məhsul və təchizatçı seçimində dəstək göstərmək
  • Müqavilə şərtlərinin, çatdırılma müddətlərinin və sifarişlərin icrasını izləmək
  • Sifarişlərin vaxtında və düzgün çatdırılmasına nəzarət etmək
  • Hesabatların hazırlanması və rəhbərliyə təqdim edilməsi

İş şəraiti:

  • İş qrafiki: 5 iş günü (Bazar ertəsi – Cümə), 09:00–18:00
  • Nahar fasiləsi: 13:00–14:00 (1 saat)
  • Əməkhaqqı: 900–1200 AZN (namizədin bilik, təcrübə və kompetensiyalarına uyğun olaraq müəyyən edilir)
  • Əmək qanunvericiliyinə uyğun rəsmiləşdirmə
  • Peşəkar inkişaf və karyera yüksəlişi imkanları
  • Beynəlxalq istehsalçılar və tərəfdaşlarla işləmək imkanı
  • Xaricdə keçirilən təlimlərdə, seminar və beynəlxalq sərgilərdə iştirak imkanı
  • Daim inkişaf edən, innovativ və dinamik iş mühiti
  • Yeni layihələrdə iştirak və peşəkar biliklərin davamlı artırılması üçün dəstək

Şirkət haqqında

Bacarıqlara görə oxşar

Bütün oxşar vakansiyalar

Bu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.

Bütün oxşar vakansiyalar
900–1 200 ₼
İdxal meneceri
Müraciət et