Boya rənglərini tutmaq və qazan başında boya istehsalını idarə etmək bacarığı tələb olunur.
Vakansiya haqqında
“Cross Foods” MMC “İstehsalat müdiri köməkçisi” vəzifəsi üzrə vakansiya elan edir.
İş şəraiti
- Azərbaycan Respublikası Əmək qanunvericiliyinə uyğun rəsmiləşdirmə
- Əmək haqqı: 700-900 manat (əmək haqqı müsahibə zamanı bilik, bacarıq və təcrübəyə əsasən təyin ediləcəkdir).
- İş qrafiki: 6 günlük.
- İş yeri: Ceyranbatan
Vəzifə öhdəlikləri
- İlkin istehsal uçotu sənədlərinin hazırlanması
- Gündəlik istehsal planının icrasının izlənilməsi
- İstehsalat proseslerinin 5S çərçivəsində aparılmasına nəzarət
- İstehsalat proseslərinin müvafiq keyfiyyət planları,proses şemaları və məhsul standartlarına uyğun aparılmasına nəzarət
- Sahədə sanitariya-gigiyena qaydalarına əməl edilməsinə nəzarət
- Gündəlik istehsal məlumatlarının toplanması və sistemə daxil edilməsi
- Xammal və material sərfiyyatının izlənilməsi və plan-fakt məlumatların müqayisəsi
- Daxili istehsalat tələbnamələrinin və anbarlararası yerdəyişmələrin təşkili,izlənilməsi
- İstehsalat üzrə itki / silinmə aktlarının hazırlanması
- 1C və bənzəri istehsal proqramında məlumatların daxil edilməsi və üzləşdirilməsi
- İstehsal, anbar və satış məlumatlarının qarşılıqlı üzləşdirilməsi
- Aylıq inventarizasiya prosesində iştirak və sənədləşmə
- Gündəlik və aylıq istehsal hesabatlarının hazırlanması
- Rəhbərlik tərəfindən verilən müvafiq tapşırıqların vaxtında yerinə yetirilməsi,
- İstehsalat sahəsindəki problemlər haqqında rəhbərliyə operativ məlumatlandırmalar edilməsi
Tələblər
- Müvafiq sahə(Qida sənayesi,sənaye mühəndisliyi,Texniki sahələr üzrə mühəndislik) üzrə ali təhsil arzuolunandır
- İdarəetmə bacarıqlarına malik olmalı
- Yaş həddi: 23 - 35 yaş(bəy və ya xanim namizəd)
- İstehsalat, anbar, planlama və ya uçot sahəsində ilkin iş təcrübəsi üstünlükdür
- Microsoft Office proqramlarını, xüsusilə Excel-i yaxşı səviyyədə bilmək
- 1C proqramı və bənzər proqramlar üzrə ilkin bilik üstünlükdür, lakin məcburi deyil
- Rəqəmlərlə işləmək, məlumatları müqayisə və yoxlama bacarığı
- Diqqətlilik, məsuliyyətlilik və öyrənməyə həvəs
- İstehsal komandası ilə koordinasiyalı işləmək bacarığı
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Maaş bazarla müqayisədə
İstehsalat rəhbəri üzrə bazar adətən 800–1 900 ₼ ödəyir, median — 900 ₼.
21 açıq vakansiya, 13 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».
İstehsalat rəhbəri kimi öz maaşını yoxlaMüraciətin
Bu vakansiya haqqında suallar
İş yeri Ceyranbatanda yerləşir.
İş həftədə 6 gün işlənir.
Əmək haqqı 700-900 manat aralığındadır.
Yaş həddi 23-35 yaş arasıdır.
Müraciət üçün sənədlər e-mail vasitəsilə göndərilməlidir. Müraciət bu səhifədəki formadan göndərilir: məktub birbaşa işəgötürənin poçtuna gedir, qeydiyyat lazım deyil.
Müraciət formasına keçOxşar vakansiyalar
Bütün oxşar vakansiyalarİstehsalat rəhbəri üzrə Bakıda digər açıq elanlar.
İstehsalat və əməliyyat proseslərini planlaşdırır, koordinasiya edir, problem həll etmə bacarığı tələb olunur.
İstehsal proseslərini idarə edir və minimum 2 il təcrübəsi olan xanım tələb olunur.
İstehsalat proseslərini idarə edir, layihələri planlaşdırır və resursları effektiv bölür.


