Yerləşmə
Azərbaycan
Təcrübə
3–5 il
Məşğulluq
Tam ştat
Əməkhaqqı
Göstərilməyib
Yerləşdirilib
1 iyul 2026
Dillər
Azerbaijani, Russian
Son tarix
1 avqust 2026

Vakansiya haqqında

Vəzifə Təsviri:

  • Müştəri Xidmətləri üzrə Keyfiyyətə Nəzarət Meneceri müştəri kommunikasiyalarının şirkət standartlarına və tənzimləyici tələblərə uyğunluğunu təmin edən keyfiyyət proseslərinə rəhbərlik edir.

Vəzifə Öhdəlikləri:

  • Müştəri kommunikasiyalarının yüksək standartlara uyğunluğunu təmin etmək məqsədilə keyfiyyət siyasətləri, proses və prosedurlarının hazırlanması, tətbiqi və davamlı təkmilləşdirilməsi
  • Keyfiyyət məqsədlərinin və performans göstəricilərinin (benchmark) müəyyən edilməsi
  • Komanda üzvlərinin mütəmadi performans qiymətləndirilməsinin aparılması və konstruktiv rəy verilməsi
  • Zənglərin, e-poçtların və çat yazışmalarının monitorinqi və qiymətləndirilməsi
  • Keyfiyyət üzrə məlumatların və hesabatların təhlili, trendlərin və inkişaf sahələrinin müəyyən edilməsi
  • Təkmilləşdirmə sahələrinin müəyyən edilməsi və digər departamentlərlə əməkdaşlıq çərçivəsində korrektiv tədbirlərin həyata keçirilməsi
  • Qiymətləndirmə nəticələrinə əsasən təlim proqramlarının hazırlanması və keçirilməsi üçün Təlim Mərkəzi ilə əməkdaşlıq
  • Şirkətin digər bölmələri ilə sıx əməkdaşlıq edərək vahid keyfiyyət yanaşmasının tətbiqi
  • Keyfiyyət göstəriciləri üzrə rəhbərliyə mütəmadi hesabatların təqdim edilməsi və davamlı inkişaf təşəbbüslərində iştirak

Tələblər:

  • Contact Center sahəsində minimum 3–5 il iş təcrübəsi, o cümlədən ən azı 2 il keyfiyyət və ya rəhbər vəzifədə təcrübə
  • Performans məlumatlarının təhlili, trendlərin müəyyən edilməsi və inkişaf strategiyalarının hazırlanması üzrə inkişaf etmiş analitik bacarıqlar
  • Contact Center keyfiyyət alətləri, CRM sistemləri və Microsoft Office proqramlarında işləmə bacarığı
  • Proses və prosedurların hazırlanması və optimallaşdırılması sahəsində təcrübə
  • Problemlərin həlli və qərarvermə bacarıqları
  • Detallara yüksək diqqət və keyfiyyət standartlarına riayət
  • Yüksək etik standartlar və dürüstlük
  • Strateji düşünmə və keyfiyyət təşəbbüslərini biznes məqsədləri ilə uyğunlaşdırmaq bacarığı
  • Dəyişən biznes tələblərinə uyğunlaşma çevikliyi

Dil bilikləri:

  • Azərbaycan dili – mükəmməl səviyyədə
  • Rus dili – yaxşı səviyyədə

Şirkət haqqında

Bacarıqlara görə oxşar

Bütün oxşar vakansiyalar

Bu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.

Bütün oxşar vakansiyalar
Göstərilməyib
Keyfiyyət meneceri
Müraciət et