QHSE strategiyasını inkişaf etdirir, ISO standartları üzrə idarəetmə sistemini qurur və riskləri qiymətləndirir.
Vakansiya haqqında
- Şirkətin keyfiyyət siyasəti, məqsəd və hədəflərinin hazırlanması və İİS-ə inteqrasiyasına rəhbərlik edir.
- İİS üzrə bütün prosedur, proses xəritəsi, təlimat, forma və digər sənədlərin hazırlanmasını, razılaşdırılmasını, təsdiqini və yayımlanmasını təşkil edir.
- Şirkətin bütün struktur bölmələrinin sənədlərinin ISO 9001, ISO 45001, ISO 14001 və biznes tələblərinə uyğunluğunu yoxlayır və təsdiq edir.
- Proseslərin siyahısının, proses sahiblərinin və proses ƏPG-lərinin (KPI-ların) müəyyən edilməsini koordinasiya edir, KİOŞ-a aid göstəricilərə nəzarət edir.
- İllik daxili keyfiyyət audit planını hazırlayır, bütün proseslər üzrə daxili auditlərin keçirilməsini təşkil edir, nəticələr və DÖF-lər üzrə icraya nəzarət edir.
- Uyğunsuzluqların (UQ) və düzəldici/önləyici fəaliyyətlərin (DÖF) qeydiyyatı, kök səbəb analizi və icrasının koordinasiyasını təmin edir, UQ/DÖF üzrə elektron və kağız arxivləri idarə edir.
- İİS üzrə rəhbərlik təhlili üçün məlumatları toplayır, analiz edir və Baş əməliyyat direktoruna illik/rüblük/aylıq hesabatlar təqdim edir.
- ISO 9001/45001/14001 üzrə xarici auditlərə və sertifikatlaşdırmaya hazırlığı təşkil edir, audit zamanı sertifikatlaşdırma orqanları ilə qarşılıqlı əlaqəni təmin edir.
- İşçilərin keyfiyyət idarəetmə sistemi üzrə maarifləndirilməsi və təlimlərinin planlaşdırılmasını və keçirilməsini təmin edir, təlimlərin məzmununu təsdiq edir.
- Məhsul sertifikatlaşdırılması və ölçmə vasitələrinin kalibrlənməsi üzrə fəaliyyətlərin koordinasiyasına nəzarət edir, müvafiq daxili qaydaların və prosedurların hazırlanmasını təmin edir.
- Şöbə əməkdaşlarının fəaliyyətinə rəhbərlik edir, iş bölgüsü aparır, performansı qiymətləndirir, motivasiyanı və intizam tədbirlərini təşkil edir.
- Keyfiyyət sahəsində qanunvericilik və standartlarda olan dəyişiklikləri izləyir, zəruri hallarda proseslərə və sənədlərə inteqrasiya olunmasını təmin edir.
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Maaş bazarla müqayisədə
İşəgötürən məbləği göstərməyib. Keyfiyyət meneceri üzrə bazar adətən 650–2 000 ₼ ödəyir, median — 700 ₼.
7 açıq vakansiya, 11 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».
Keyfiyyət meneceri kimi öz maaşını yoxlaŞirkət haqqında
Sement və gips əsaslı məhsulların Azərbaycanda ilk istehsalçısı olan "Mətanət A" şirkətinin əsası 2000-ci ildə qoyulmuş və qısa müddət ərzində milli şirkətlər arasında aparıcı yerlərdən birinə sahib olaraq innovativ texnologiyalar…
Müraciətin
Bu işəgötürən müraciətləri öz saytında qəbul edir. Vakansiyanın səhifəsinə keç və oradakı formanı doldur.
İşəgötürənin səhifəsinə keçOxşar vakansiyalar
Bütün oxşar vakansiyalarKeyfiyyət meneceri üzrə Bakıda digər açıq elanlar.
Layihələrdə keyfiyyətin təminatı və idarə olunması üzrə 5 ildən çox təcrübəsi olan mütəxəssis.
Keyfiyyət strategiyasını təyin edib 30+ QA komandası üzərində liderlik etmək.




