QHSE tələblərinin həyata keçirilməsini koordinasiya edir və ən azı 5 il təcrübəyə malikdir.
Vakansiya haqqında
Əsas vəzifələr
- Müəssisə və obyektlərdə özünüqiymətləndirmə və nəzarət sisteminin yaradılması və tətbiqi üzrə ekspert dəstəyi göstərmək;
- Vahid tələblərə uyğun olaraq özünüqiymətləndirmə və nəzarət sisteminin təşkilinə və həyata keçirilməsinə dəstək göstərmək, habelə bu proseslərə nəzarət etmək;
- Əməliyyat sahələrində prosedurların düzgün tətbiqini təmin etmək məqsədilə özünüqiymətləndirmə proseslərini həyata keçirmək və müəyyən edilmiş risk meyarları əsasında uyğunsuzluqların vəziyyətini izləmək;
- Müəssisə və obyektlərdə özünüqiymətləndirmə proseslərinin korporativ tələblərə uyğunluğunu qiymətləndirmək;
- Əməliyyat sahələrində özünüqiymətləndirmə prosesinin müntəzəm auditini həyata keçirmək.
Tələblər
- Müvafiq sahə üzrə bakalavr və ya magistr dərəcəsi;
- Daxili audit, risklərin idarə edilməsi və ya uyğunluğun təmin edilməsi sahəsində minimum 5 il iş təcrübəsi;
- Özünüqiymətləndirmə (özünüyoxlama) proseslərinin yaradılması və tətbiqi, proseslərin və nəzarət mexanizmlərinin qiymətləndirilməsi üzrə təcrübə;
- ISO 45001 standartı və ya digər beynəlxalq idarəetmə sistemləri üzrə bilik və təcrübə;
- Audit yoxlamaları və daxili monitorinq prosesləri üzrə təcrübə;
- Daxili nəzarət mexanizmlərinin hazırlanması və effektivliyinin qiymətləndirilməsi üzrə təcrübə;
- Uyğunluğun təmin edilməsi və etik idarəetmə prinsipləri üzrə dərin biliklər;
- Hesabatlılıq və fəaliyyətin monitorinqi metodologiyaları üzrə biliklər;
- Risk və nəzarət matrislərinin (Risk & Control Matrix – RCM) hazırlanması üzrə təcrübə;
- Proseslərin xəritələndirilməsi üzrə təcrübə;
- Özünüqiymətləndirmə sorğularının hazırlanması və təhlili üzrə təcrübə;
- Audit və monitorinq alətləri ilə işləmək bacarığı;
- Məlumatların təhlili və hesabatların hazırlanması üzrə yüksək səviyyəli bacarıqlar (Excel, MS Power BI və ya digər analitik alətlər);
- Risklərin müəyyən edilməsi, qiymətləndirilməsi və azaldılması üzrə tədbirlərin planlaşdırılması sahəsində təcrübə;
- Güclü analitik və sistemli düşünmə bacarıqları;
- Riskyönümlü yanaşma;
- Yüksək təşkilatçılıq və planlaşdırma bacarıqları;
- Yazılı və şifahi ünsiyyət bacarıqları;
- Müstəqil və obyektiv qərarlar qəbul etmək bacarığı;
- Təlimlərin keçirilməsi və maarifləndirmə bacarıqları;
- Azərbaycan və ingilis dillərini sərbəst bilmək, mürəkkəb məsələləri aydın və yığcam şəkildə izah etmək bacarığı. Rus dili biliyi üstünlükdür;
- Beynəlxalq sertifikatların olması tələb olunur (NEBOSH IGC və ya ona ekvivalent beynəlxalq sertifikat). Risklərin idarə edilməsi və nəzarət üzrə CRMA (Certification in Risk Management Assurance) sertifikatının olması üstünlükdür.
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Şirkət haqqında
Müraciətin
Bu vakansiya haqqında suallar
İş yeri Bakıda yerləşir.
Daxili audit, risklərin idarə edilməsi və uyğunluq sahəsində minimum 5 il iş təcrübəsi tələb olunur.
NEBOSH IGC və ya ekvivalent beynəlxalq sertifikat tələb olunur, CRMA sertifikatı üstünlükdür.
Azərbaycan və ingilis dilləri sərbəst bilmək tələb olunur, rus dili üstünlükdür.
Excel, MS Power BI və digər analitik alətlərlə işləmək bacarığı tələb olunur.
Özünüqiymətləndirmə və nəzarət sistemlərinin yaradılması, tətbiqi və monitorinqi, daxili auditlərin keçirilməsi.
Müraciət bu səhifədəki formadan göndərilir: məktub birbaşa işəgötürənin poçtuna gedir, qeydiyyat lazım deyil.
Müraciət formasına keçOxşar vakansiyalar
Bütün oxşar vakansiyalarKeyfiyyət və təhlükəsizlik üzrə menecer üzrə Bakıda digər açıq elanlar.
Keyfiyyət, ətraf mühit, təhlükəsizlik və fiziki təhlükəsizlik sistemlərini idarə edir, ISO standartlarını bilir.
Fəaliyyət sahəsində təhlükəsizlik və keyfiyyətə nəzarət edir, ISO 9001:2015 sertifikatına malikdir.
İş icazələri sistemini idarə edir, risk qiymətləndirməsi aparır və HSE təhsili tələb olunur.



