Xarici daşımaların təşkili və vendorlarla danışıqlar aparmaq bacarığı tələb olunur.
Vakansiya haqqında
- Şirkətin logistika strategiyasını hazırlamaq, daxili və beynəlxalq daşınmaların effektiv idarə edilməsini təmin etmək;
- Xammal, avadanlıq və hazır məhsulların daşınma proseslərini planlaşdırmaq, təşkil etmək və icrasına nəzarət etmək:
- Zavodlar, anbarlar və distribütorlar arasında məhsulların vaxtında və optimal xərclərlə çatdırılmasını təmin etmək;
- Logistika xərclərini təhlil etmək, daşınma tariflərini optimallaşdırmaq və xərclərin azaldılması istiqamətində tədbirlər həyata keçirmək;
- Beynəlxalq yükdaşımaları, idxal-ixrac əməliyatlarını, gömrük rəsmiləşdirilməsi və tranzit proseslərini koordinasiya etmək;
- Nəqliyyat şirkətləri, ekspeditorlar və digər logistika tərəfdaşları ilə əməkdaşlığı idarə etmək, tarif danışıqlarını və müqavilə şərtlərini koordinasiya etmək;
- Şirkətin öz nəqliyyat vasitələrinin və cəlb olunmuş daşıyıcıların səmərəli istifadəsini təmin etmək;
- Daşınma marşrutlarını, nəqliyyat vasitələrinin yüklənmə səviyyəsini və çatdırılma qrafiklərini optimallaşdırmaq;
- İstehsalat, satış, satınalma, planlama və anbar şöbələri ilə logistika proseslərinin koordinasiyasını təmin etmək;
- Distribütor sifarişlərinin vaxtında vaxtında və tam həcmdə çatdırılmasını təşkil etmək, çatdırılma keyfiyyətinə nəzarət etmək;
- Zavod və anbarlarda yükləmə-boşaltma proseslərinin effektivliyini artırmaq, nəqliyyat vasitlərinin gözləmə müddətlərini minimuma endirmək;
- Logistika departamentinin illik büdcəsini hazırlamaq, xərclərin büdcəyə uyğunluğunu izləmək və kənarlaşmaları təhlil etmək;
- Logistika üzrə KPI göstəricilərini müəyyən etmək və onların icrasına nəzarət etmək (daşınma xərci/ton, vaxtında çatdırılma, nəqliyyat vasitələrinin doluluğu, gözləmə müddəti və s.);
- SAP ERP və digər logistika idarəetmə sistemlərinin tətbiqində iştirak etmək, proseslərin rəqəmsallaşdırılmasını və avtomatlaşdırılmasını təmin etmək;
- Daşınmalar zamanı yaranan gecikmələri, zədələnmələri, əlavə xərcləri və digər əməliyyat risklərini təhlil etmək, qabaqlayıcı tədbirlər görmək;
- Nəqliyyat və logistika əməliyyatlarının müvafiq qanunvericilik, təhlükəsizlik və daxili prosedurlara uyğun həyata keçirilməsini təmin etmək;
- Logistika departamentinin strukturunu, iş bölgüsünü və əməkdaşların fəaliyyətini idarə etmək, komandanın peşəkar inkişafını təmin etmək;
- Logistika proseslərinin səmərəliliyini artırmaq məqsədilə yeni həllər hazırlamaq və rəhbərliyə mütəmadi hesabatlar təqdim etmək.
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Şirkət haqqında
Sement və gips əsaslı məhsulların Azərbaycanda ilk istehsalçısı olan "Mətanət A" şirkətinin əsası 2000-ci ildə qoyulmuş və qısa müddət ərzində milli şirkətlər arasında aparıcı yerlərdən birinə sahib olaraq innovativ texnologiyalar…
Müraciətin
Bu işəgötürən müraciətləri öz saytında qəbul edir. Vakansiyanın səhifəsinə keç və oradakı formanı doldur.
İşəgötürənin səhifəsinə keçBu vakansiya haqqında suallar
İş yeri Bakı şəhərində yerləşir.
Bu səhifədəki «Müraciət et» düyməsi işəgötürənin öz müraciət səhifəsinə aparır.
Müraciət formasına keçSAP ERP və digər logistika idarəetmə sistemləri istifadə olunur.
Daşınma xərci/ton, vaxtında çatdırılma, nəqliyyat vasitələrinin doluluğu və gözləmə müddəti kimi KPI-lərə nəzarət edilir.
Oxşar vakansiyalar
Bütün oxşar vakansiyalarLogistika meneceri üzrə Bakıda digər açıq elanlar.
Gəmiçilikdə yüklərin daşınması üzrə müqavilələr bağlayır və sənədləri yoxlayır, analitik düşüncə tələb olunur.
Logistika bazasının əməliyyat idarəsini həyata keçirir və təhlükəsizlik təcrübəsinə malikdir.
Nəqliyyat fəaliyyətini planlaşdırır, nəqliyyat vasitələrinin idarə olunmasını və sənədləşməni təşkil edir.



