Nəqliyyat vasitələrinin koordinasiyasını və sürücülərin işini idarə etmək üçün 2-3 il təcrübə tələb olunur
Vakansiya haqqında
İş yeri: Kəlbəcər və Daşkəsən, Azərbaycan
Mədənçıxarma sahəsində fəaliyyət göstərən şirkət ağır texnika və nəqliyyat vasitələrinin idarə olunması, texniki vəziyyətinə nəzarət və texniki xidmət proseslərinin təşkili üzrə təcrübəli Nəqliyyat şöbəsinin rəhbərini axtarır.
Əsas vəzifə öhdəlikləri:
- Ağır texnika və nəqliyyat vasitələrinin gündəlik fəaliyyətini idarə etmək və iş prosesinə nəzarət etmək.
- Buldozerlər, ekskavatorlar, yükləyicilər, avtoqreyderlər, özüboşaldan yük maşınları və digər xüsusi texnikanın istismarına nəzarət etmək.
- Texnikanın texniki vəziyyətini mütəmadi yoxlamaq və nasazlıqların vaxtında aradan qaldırılmasını təmin etmək.
- Planlı texniki xidmət və təmir işlərini təşkil etmək və koordinasiya etmək.
- Mexaniklər, sürücülər və texnika operatorlarının fəaliyyətini əlaqələndirmək.
- Yanacaq sərfiyyatına, texnikanın istifadəsinə və dayanma müddətinə nəzarət etmək.
- Ehtiyat hissələrinin, təkərlərin və digər texniki materialların istifadəsini izləmək.
- Təmir işlərinin keyfiyyətinə və texniki xidmət qrafiklərinə riayət olunmasına nəzarət etmək.
- Texniki xidmət və təmir xərcləri ilə bağlı hesabatlar hazırlamaq.
- Texniki təhlükəsizlik və HSE tələblərinə riayət olunmasını təmin etmək.
- Nəqliyyat və texnika ilə bağlı sənədləşmə işlərini aparmaq.
Tələblər:
- Müvafiq sahə üzrə ali və ya texniki təhsil.
- Nəqliyyat, mexanika, ağır texnika və ya mədənçıxarma sahəsində minimum 5 il iş təcrübəsi.
- Nəqliyyat və ya texniki xidmət istiqamətində rəhbər vəzifədə təcrübə.
- Buldozerlər, ekskavatorlar, yükləyicilər, avtoqreyderlər və digər ağır texnika ilə iş təcrübəsi.
- Mexanika, texniki diaqnostika, təmir və texniki xidmət prosesləri üzrə biliklər.
- Sürücülər, operatorlar və texniki heyətlə işləmək bacarığı.
- Təşkilatçılıq, koordinasiya və problem həll etmə bacarıqları.
- MS Office bilikləri.
- İngilis və rus dillərini bilmək üstünlükdür.
Maraqlanan namizədlərdən CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Maaş bazarla müqayisədə
İşəgötürən məbləği göstərməyib. Logistika meneceri üzrə bazar adətən 800–1 500 ₼ ödəyir, median — 1 350 ₼.
12 açıq vakansiya, 13 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».
Logistika meneceri kimi öz maaşını yoxlaŞirkət haqqında
Müraciətin
Bu vakansiya haqqında suallar
İş yeri Daşkəsən və Kəlbəcər şəhərləridir.
Nəqliyyat, mexanika, ağır texnika və ya mədənçıxarma sahəsində minimum 5 il iş təcrübəsi tələb olunur.
Müvafiq sahə üzrə ali və ya texniki təhsil tələb olunur.
Namizədlərdən CV göndərilməsi tələb olunur. Müraciət bu səhifədəki formadan göndərilir: məktub birbaşa işəgötürənin poçtuna gedir, qeydiyyat lazım deyil.
Müraciət formasına keçOxşar vakansiyalar
Bütün oxşar vakansiyalarLogistika meneceri üzrə Daşkəsəndə digər açıq elanlar.
Beynəlxalq yükdaşıma və idxal-ixrac proseslərini idarə etmək üçün logistika və satınalma üzrə menecer tələb olunur
Avropadan və digər ölkələrdən daşımaların təşkili və logistika sənədlərinin idarə olunması bacarığı tələb olunur
Avtomobil logistikasını idarə edir, beynəlxalq daşımalar üzrə 3-5 il təcrübə tələb olunur




