Vakansiya haqqında

Krispy Kreme — 1937-ci ildən etibarən milyonlarla insanın sevimli donut brendidir. Dünyanın müxtəlif ölkələrində uğurla fəaliyyət göstərən şirkət artıq Azərbaycan bazarına daxil olur.

Qlobal brendin bir hissəsi olmaq və brendin uğur yolunda birgə addımlamaq istəyirsinizsə, komandamızda sizi görməkdən məmnun olarıq.

Niyə Krispy Kreme?

  • Bizim qlobal mədəniyyətimizi Leadership Mix əks etdirir — bu, dünyada bir-birimizlə necə işlədiyimizi və icmalarımıza necə dəstək verdiyimizi müəyyən edən davranış nümunələridir.
  • Hər bir Krispy Kreme əməkdaşı öz cəsarətli və autentik kimliyi ilə qəbul olunduğunu, dəyər gördüyünü və sevildiyini hiss edəndə, özünü rahat şəkildə ifadə edə bilir, yaradıcı və bənzərsiz potensialını inkişaf etdirir.
  • Krispy Kreme-də sevinc paylaşmaq fəaliyyətimizin mərkəzindədir və biz bunu icmalarımızda ilhamlandırmağa çalışırıq.

İşəgötürən: Krispy Kreme mağazalar şəbəkəsi

Namizədə aid tələblər:

  • Ali təhsilli olması;
  • Azərbaycan dili - mükəmməl, ingilis dili – arzuolunandır;
  • FMCG,HoReCa və ya istehsalat sahəsində 4 ildən az olmayaraq iş təcrübəsi;
  • Müvafiq vəzifədə 2 ildən az olmayaraq iş təcrübəsi;
  • Qida istehsalı və təhlükəsizliyi sahəsində biliklər;
  • Liderlik keyfiyyəti və komanda idarəetmə bacarığı;
  • Məsuliyyət, dəqiqlik və karyera qurmaq istəyi;
  • Problem həll etmə və qərarvermə qabiliyyəti;
  • Müştəriyönümlülük və yüksək xidmət mədəniyyəti;
  • Yüksək səviyyədə ünsiyyət və təşkilatçılıq bacarıqları;
  • Hesabat və təhlil bacarıqları;
  • MS Office proqramları üzrə yaxşı biliklər, ERP sistemlərində (1C,İİKO) işləmək bacarığı;
  • Xasiyyətnamə tələb olunur.

Əsas vəzifə öhdəlikləri:

  • Mağaza müdiri ilə birlikdə biznes planının məqsədlərinə çatmaq və gəlirliliyi artırmaq;
  • Mağazada fasiləsiz və səmərəli fəaliyyətin təmin olunması üçün növbələri idarə etmək;
  • Satışların uğurla aparılması üçün kifayət qədər donuts təmin etmək;
  • Donutsların gündəlik hazırlanmasının səmərəliliyini artırmaq;
  • Filial üçün məhsul sifarişlərini düzgün formalaşdırmaq, artıq və çatışmazlıq hallarının qarşısını almaq;
  • İstehsal prosesini izləmək və keyfiyyətə nəzarət etmək;
  • Məhsulların Krispy Kreme keyfiyyət standartlarına uyğunluğunu təmin etmək;
  • Donutsların düzgün bəzədilməsi və qablaşdırılmasına nəzarət etmək;
  • Avadanlıqların müntəzəm yoxlanışını aparmaq, problemləri aşkar edib həll etmək;
  • Komandanı avadanlıqların düzgün istifadəsi ilə öyrətmək və avadanlığın vəziyyətinə nəzarət etmək;
  • Qonaq məmnuniyyətinin yüksək səviyyədə təmin olunmasına nəzarət etmək;
  • Qonaqların müsbət təcrübəsini təmin etmək üçün müvafiq standartların tam təminatına və icrasına nəzarət etmək;
  • Qonaqların məmnunluğunu təmin etmək üçün istehsal cədvəlini koordinasiya etmək;
  • Qonaq şikayətlərini təhlil etmək və onları aradan qaldırmaq üçün uyğun prosedurları həyata keçirmək;
  • Mağazada nizam-intizamı və işin təşkilini qorumaq;
  • Qida təhlükəsizliyi, sanitariya və əməkdaş sağlamlığı prosedurlarına əməl olunmasına nəzarət etmək;
  • Satışlar və mağazanın KPI göstəriciləri üzrə hesabat hazırlamaq.

İş şəraiti:

  • Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən sənədləşmə;
  • İş rejimi: 6 günlük, növbəli iş qrafiki;
  • Müasir idarəetmə sistemi və mehriban kollektiv;
  • Təlim keçmə və karyera artımı imkanları.

Maraqlanan namizədlər öz CV-lərini e-mailın mövzu hissəsində “Mağaza Meneceri (İstehsalat üzrə)” qeyd edərək Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

Nəzərinizə çatdırırıq ki, yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.

Bu vakansiyaya uyğunsan?

CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.

CV‑ni yoxla
Yerləşmə
Bakı
Təcrübə
4+ il
Məşğulluq
Tam ştat
Əməkhaqqı
Göstərilməyib
Yerləşdirilib
7 oktyabr 2026
Dillər
Azerbaijani, English
Son tarix
7 noyabr 2026
HRX ilə müraciət
1
Baxış
43

Maaş bazarla müqayisədə

İşəgötürən məbləği göstərməyib. Mağaza meneceri üzrə bazar adətən 1 000–1 500 ₼ ödəyir, median — 1 100 ₼.

adətən bu qədər ödəyirlərnadir hallarda

24 açıq vakansiya, 21 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».

Mağaza meneceri kimi öz maaşını yoxla

Şirkət haqqında

Krispy Kreme
Mehmanxana və ictimai iaşə xidmətləri, Restoran və katerinq xidmətləri · Baku
Krispy Kreme — bütün vakansiyalar

Krispy Kreme — 1937-ci ildən etibarən milyonlarla insanın sevimli donut brendidir. Dünyanın müxtəlif ölkələrində uğurla fəaliyyət göstərən şirkət artıq Azərbaycan bazarına daxil olur.

Müraciətin

HRX-də profil yarat

Profilə görə işəgötürənin qərarını görəcəksən, sənə uyğun vakansiyaların tövsiyəsini alacaqsan və onlara bir kliklə müraciət edəcəksən.

CV *

Faylı yükləPDF, 8 MB-a qədər

CV-n yoxdur? 5 dəqiqəyə hazırla

İşəgötürən səninlə necə əlaqə saxlasın?

«Vakansiyaya müraciət et» düyməsini basmaqla İstifadə şərtlərini və Məxfilik siyasətini qəbul edirsən.

Bu vakansiya haqqında suallar

İş yeri Bakı şəhərində yerləşir.

İş rejimi 6 günlük, növbəli iş qrafikidir.

FMCG, HoReCa və ya istehsalat sahəsində ən azı 4 il iş təcrübəsi tələb olunur.

Xasiyyətnamə tələb olunur.

Azərbaycan dili mükəmməl, ingilis dili arzuolunandır.

MS Office proqramları və ERP sistemlərində (1C, İİKO) işləmək bacarığı tələb olunur.

Müraciət üçün CV-ni e-mailın mövzu hissəsində “Mağaza Meneceri (İstehsalat üzrə)” qeyd edərək göndərmək lazımdır. Müraciət bu səhifədəki formadan göndərilir: məktub birbaşa işəgötürənin poçtuna gedir, qeydiyyat lazım deyil.

Müraciət formasına keç

Oxşar vakansiyalar

Bütün oxşar vakansiyalar

Mağaza meneceri üzrə Bakıda digər açıq elanlar.

1 000–1 200₼

Mağazada gündəlik idarəçiliyi həyata keçirir, komanda ilə işləmək bacarığı tələb olunur.

TeamworkResponsibilityDisciplineOperational Management+2
Müraciət etBirbaşa işəgötürənəBirbaşa işəgötürənə
GOLD MMC
MiddleBakı
1 000–1 500₼

Mağazanın gündəlik fəaliyyətini idarə edir və satış sahəsində təcrübə tələb olunur.

Sales ManagementTeam LeadershipReportingStore Management+3
Müraciət etBirbaşa işəgötürənəBirbaşa işəgötürənə
Real Beauty
MiddleBakı
Maaş göstərilməyib

Mağazanın idarə olunması və satış hədəflərinin yerinə yetirilməsi üçün işçiləri təlimatlandırır və motivasiya edir

Team LeadershipSales Target ManagementStore ManagementCustomer Service+4
Müraciət etBirbaşa işəgötürənəBirbaşa işəgötürənə
Krispy Kreme
Middle · 4+ ilBakı
Maaş göstərilməyib

Mağazada satışları artırmaq və komandanı idarə etmək üçün liderlik və retail təcrübəsi tələb olunur.

Shift ManagementLeadershipTeam ManagementReporting+10
Müraciət etBirbaşa işəgötürənəBirbaşa işəgötürənə
Bütün oxşar vakansiyalar

Mövzu üzrə materiallar

Bütün materiallar
Göstərilməyib
Mağaza meneceri
Müraciət et