Vakansiya haqqında

Ineo Group Azərbaycanda Jacadi Paris, Yves Rocher və Mayoral kimi Avropa brendlərinin rəsmi və eksklüziv nümayəndəsidir.

Hazırda biz brendin mağazasına tam məsuliyyət daşıyacaq Mağaza administratoru axtarırıq.

Vəzifə öhdəlikləri

  • Mağazanın gündəlik əməliyyat fəaliyyətinə nəzarət etmək;
  • Satış prosesinə nəzarət etmək, satışların artırılması məqsədilə tədbirlər həyata keçirmək
  • KPI göstəricilərinə nəzarəti təmin etmək, KPI hədəflərinin icrasını izləmək və mağazanın müəyyən edilmiş satış hədəflərinə (targetlərə) nail olmasını təmin etmək
  • Məhsulların düzgün qəbuluna, yerləşdirilməsinə, qablaşdırılmasına və inventarizasiyasına nəzarət etmək;
  • Mağaza və anbar sahələrinin təmizliyinə, səliqəsinə və standartlara uyğunluğuna nəzarət etmək;
  • Mağaza vitrinlərinin və merçendayzinq standartlarının daim qorunmasını təmin etmək;
  • Kampaniyalar üzrə çap materiallarının, loyallıq kartlarının, hədiyyə kartlarının və digər satış materiallarının mağazalarda mövcudluğunu təmin etmək;
  • Sayım və audit proseslərində iştirak etmək, nəticələr üzrə hesabatlar hazırlamaq;
  • Məhsul qalığı və stok uyğunsuzluqlarını araşdırmaq və rəhbərliyə məlumat vermək;
  • Mağazalararası və mağaza-anbar transferlərinin düzgün icrasına nəzarət etmək;
  • Kamera görüntülərinə nəzarət edərək təhlükəsizlik və daxili qayda pozuntularını izləmək;
  • Yeni əməkdaşların adaptasiya prosesini təşkil etmək və iş prosesinə inteqrasiyasını təmin etmək;
  • Əməkdaşların davamiyyətinə, xarici görünüşünə və daxili intizam qaydalarına riayət etməsinə nəzarət etmək;
  • İş qrafiklərini hazırlamaq və HR departamenti ilə koordinasiyalı şəkildə idarə etmək;
  • Uniforma və iş üçün zəruri ləvazimatların təmin olunmasına nəzarət etmək;
  • Kassa əməliyyatlarının və staff endirimlərinin düzgün tətbiqinə nəzarət etmək;
  • Mağazada yaranan texniki və təchizat problemlərinin həllini təşkil etmək;
  • Aylıq fəaliyyət hesabatlarını hazırlamaq və rəhbərliyə təqdim etmək;
  • Şirkətdaxili iclas və korporativ tədbirlərdə iştirak etmək.

Namizəd üçün tələblər

  • Yalnız xanım namizədlər;
  • Mağaza administratoru və ya oxşar vəzifədə pərakəndə satış sahəsində minimum 5 il təcrübə (geyim sahəsində çalışması üstünlükdür);
  • Analitik düşüncə və rəqəmlərlə işləmə bacarığı;
  • Stok, qiymət və satış idarəçiliyində praktiki təcrübə;
  • Azərbaycan və rus dillərində sərbəst ünsiyyət.

İş şəraiti

  • İş qrafiki: 6/1, Növbəli iş qrafiki
  • Əmək haqqı: Namizədin bilik və təcrübəsindən asılı olaraq müsahibə əsasında təyin olunacaqdır.

Maraqlanan namizədlərdən mövzu sətrində “Mağaza administratoru” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına CV göndərmələri tələb olunur.

Yerləşmə
Azərbaycan
Təcrübə
5+ il
Məşğulluq
Tam ştat
Əməkhaqqı
Göstərilməyib
Yerləşdirilib
3 avqust 2026
Dillər
Azerbaijani, Russian
Son tarix
3 sentyabr 2026

Şirkət haqqında

Ineo Group
Topdansatış və pərakəndə ticarət, İxtisaslaşmış pərakəndə ticarət · Baku
Ineo Group — bütün vakansiyalar

Müraciətin

HRX-də profil yarat

Profilə görə işəgötürənin qərarını görəcəksən, sənə uyğun vakansiyaların tövsiyəsini alacaqsan və onlara bir kliklə müraciət edəcəksən.

CV *

Faylı yükləPDF, 8 MB-a qədər

CV-n yoxdur? 5 dəqiqəyə hazırla

İşəgötürən səninlə necə əlaqə saxlasın?

«Vakansiyaya müraciət et» düyməsini basmaqla İstifadə şərtlərini və Məxfilik siyasətini qəbul edirsən.

Bacarıqlara görə oxşar

Bütün oxşar vakansiyalar

Bu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.

Qədiroğlu MMC
Manager · 1+ ilQəbələ
Maaş göstərilməyib7 gün qalıb

Mağazanın idarə edilməsi və müştəri xidmətində liderlik bacarığı tələb olunur.

Team LeadershipInventory ManagementSales ManagementCustomer Service+1
Müraciət etAsan müraciətAsan müraciət
Decoliv
Manager · 2–3 il
8001 gün qalıb

Mağaza müdiri olaraq satış prosesini idarə etmək və komanda liderliyi bacarığına malik olmalısınız.

Team ManagementLeadershipMerchandisingNegotiation+8
Müraciət etAsan müraciətAsan müraciət
Better Buzz Coffee
Manager · 3+ il
Maaş göstərilməyib

Mağaza müdiri olaraq, müştəri xidməti standartlarını yüksəltmək üçün liderlik bacarığı tələb olunur.

Team LeadershipStaff TrainingFood Safety ManagementInventory Management+7
Müraciət etAsan müraciətAsan müraciət
Bütün oxşar vakansiyalar

Mövzu üzrə materiallar

Bütün materiallar
Göstərilməyib
Mağaza administratoru
Müraciət et