Daxili nəzarət şöbəsinin fəaliyyətini idarə edir və daxili nəzarət sistemini təkmilləşdirməyi bacarır.
Vakansiya haqqında
Vakansiya: Monitorinq və qiymətləndirmə şöbəsi, baş məsləhətçi
Vəzifə öhdəlikləri:
- Monitorinq və qiymətləndirmə üçün analitik və metodiki təminatı hazırlamaq;
- Monitorinq və qiymətləndirmə üçün informasiyaların yığımı, təhlili və qiymətləndirilməsi məqsədilə analitik işləri aparmaq, praktiki tövsiyələri hazırlamaq;
- Monitorinq və qiymətləndirmənin həyata keçirilməsi üçün uyğun uzunmüddətli planların, metodologiyanın seçilməsini təmin etmək;
- Monitorinqin aparılması alətlərinin seçilməsi və müvafiq sənədlərin hazırlanmasında iştirak etmək;
- Mərkəzin monitorinq və qiymətləndirmə sisteminin yaradılmasında və təkmilləşdirilməsində iştirak etmək;
- Mərkəzin monitorinq və qiymətləndirmə bazasının təkmilləşdirilməsi üçün spesifik yardım sahələrini müəyyənləşdirmək;
- Monitorinq tədbirlərinin planlaşdırılması və həyata keçirilməsində iştirak etmək;
- İqtisadi yönümlü dövlət proqramlarının, habelə sənaye parkları, məhəllələri və aqroparklarda həyata keçirilən fəaliyyətin monitorinqi və qiymətləndirilməsinin aparılmasında iştirak etmək;
- İcra müddəti bitmiş dövlət proqramlarının və dövlət investisiya layihələrinin iqtisadi səmərəsinin qiymətləndirilməsində iştirak etmək;
- Monitorinq və qiymətləndirmə hesabatlarını hazırlamaq və təqdim etmək.
Təhsil və ixtisas tələbləri: ali təhsil (iqtisadiyyat və idarəetmə, maliyyə, ekonometrika ixtisası, elmi dərəcənin olması arzuolunandır);
Staja dair tələb: müvafiq sahədə 1-3 il iş təcrübəsi;
Kompyüter biliklərinə dair tələblər: MS Office, Internet və s. - yüksək səviyyədə, statistik, ekonometrik və riyazi tətbiqi proqramlar (arzuolunandır);
Dil bilikləri: azərbaycan və ingilis – yüksək səviyyədə, rus və digər xarici dil bilikləri arzuolunandır;
Xüsusi bacarıqlar: yüksək səviyyədə analitik təhlil və düşüncə qabiliyyəti (makroiqtisadiyyat, sənaye, innovativ iqtisadiyyat və s.), dünyagörüşü, təşkilatçılıq səriştəsi, komandada işləmək bacarığı, problemi həll etmək və qərar qəbuletmə qabiliyyəti, ünsiyyət qabiliyyəti.
Şirkət haqqında
Məqsədimiz rəqabətqabiliyyətli sosial bazar modelinin qurulması istiqamətində iqtisadi islahatlara töhfə verməkdir | İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin fəaliyyətinin məqsədləri ölkənin dayanıqlı iqtisadi inkişafının…
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi — bütün vakansiyalarMüraciətin
Bu işəgötürən müraciətləri öz saytında qəbul edir. Vakansiyanın səhifəsinə keç və oradakı formanı doldur.
İşəgötürənin səhifəsinə keçBacarıqlara görə oxşar
Bütün oxşar vakansiyalarBu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.
Şirkətdə əmək münasibətlərini idarə edir və əmək qanunvericiliyini yaxşı bilir.
Daxil olan zəngləri cavablandırır, müştəri xidmətində yüksək kommunikasiya bacarığı tələb olunur.
Beton prekast istehsalatında planlama, hesabat və keyfiyyətə nəzarət işlərini aparır.




