Daxil olan zəngləri cavablandırır, müştəri xidmətini təmin edir, türk dilində ünsiyyət bacarığı tələb olunur.
Vakansiya haqqında
“Europark MMC” müştəri təcrübəsinin yüksəldilməsi və xidmət keyfiyyətinin davamlı inkişafı məqsədilə Call Center üzrə Operator vəzifəsinə peşəkar namizədlərin müraciətini qəbul edir.
Əsas vəzifə öhdəlikləri:
- Daxil olan zənglərin şirkətin xidmət standartlarına uyğun şəkildə cavablandırılması
- Sürücülərə xidmətlər barədə dolğun və dəqiq məlumatın təqdim edilməsi
- Sürücü müraciət, təklif və şikayətlərinin sistem üzərindən qeydiyyatı və nəzarətdə saxlanılması
- Müvafiq struktur bölmələri ilə koordinasiyalı işləyərək sorğuların operativ həllinin təmin edilməsi
- Müştəri məmnuniyyətinin və xidmət keyfiyyət göstəricilərinin qorunması
- Gündəlik və aylıq fəaliyyət hesabatlarının hazırlanması
Namizədə dair tələblər:
- Azərbaycan dilində səlis yazılı və şifahi ünsiyyət bacarığı,rus dili biliyinin olması mütləqdir
- Yüksək kommunikasiya və dinləmə bacarığı
- Müştəriyönümlü yanaşma və etik davranış prinsiplərinə riayət
- MS Office proqramlarında işləmə bacarığı
- Komandada işləmək və operativ qərarvermə qabiliyyəti
- Müvafiq sahədə 1-2 il iş təcrübəsi mütləqdir
- Bəy namizədlərə üstünlük verilir
Təklif edirik:
- Rəsmi əmək müqaviləsi
- Əmək haqqı: 500-700 AZN
- İş qrafiki: Növbəli iş qrafiki
- Peşəkar inkişaf və təlim proqramları
- Stabil və korporativ iş mühiti
Maraqlanan namizədlərdən öz CV-ni mövzu hissəsində “Call Center üzrə Operator” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.
Şirkət haqqında
Fəaliyyət göstərdiyi müddətdə yüksək keyfiyyətli xidmət göstərməklə müştərilərin etibarını qazanmışdır. Peşəkar işçi heyəti ilə sürücülərə həftənin 7 günü, 24 saat dəstək göstərilir və 1 iş günü ərzində ödənişlər hesaba köçürülür.
EUROPARK MMC — bütün vakansiyalarMüraciətin
Bacarıqlara görə oxşar
Bütün oxşar vakansiyalarBu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.
Daxil olan zəngləri cavablandırır, müştəri xidmətini təmin edir, türk dilində ünsiyyət bacarığı tələb olunur.
Müştərilərə məhsullar barədə məlumat verir və satış hədəflərini yerinə yetirir.
Müştərilərlə əlaqə qurub sığorta məhsullarının satışını həyata keçirir, minimum 1 il təcrübə tələb olunur.


